Mataiva

Mataiva (fr. Mataiva) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Polizer adaları qrupuna daxildir. Tikehaudan 18 km, Rangiroadan 80 km şimal-şərqdə yerləşir.

Mataiva adası
fr. Mataiva
Ümumi məlumatlar
Sahəsi 16 km²
Əhalisi 204 nəfər (2007-ci il)
Yerləşməsi
14°53′ c. e. 148°43′ q. u.
Ölkə  Fransa Polineziyası
Akvatoriya
Mataiva adası xəritədə
Mataiva adası
Mataiva adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Atollun kosmosdan təsviri.

Coğrafiya

Ada dairəvi formaya malikdir. Hündürlüyü 80 metrdir. Atollun sahəsi 16 km²-dir. Uzunluğu 10 km, eni 5,3 km-dir. Daxilində laqun vardır. laqunun sahəsi 25 km²-dir. laqunun dərinliyi 10 metrə çatır. Çökəklərdə fosfat alıqları aşkarlanmışdır. Bəzi hissələrdən laqun okean suları ilə birləşir. İqlimi rütubətli və tropikdir. İllik orta temperatur 24-30 °C, illik yağıntının miqdarı 2500 mm-dir.

Tarixi

«Mataiva» Polineziya dilindən tərcümədə «doqquz göz» mənasını verir. Makatea ilk dəfə 1820-ci ildə rus səyyahı Faddey Bellinshauzen tərəfindən kəşf edilir. O, adanı Lazarev atollu adlandırır.

İnzibati bölgüsü

İnzibati baxımından Ranqiroa kommunasına daxildir.

Əhali

2007-ci il məlumatına görə adada 204 nəfər yaşayır. Pohua əsas yaşayış məntəqəsidir.

İqtisadiyyat

TikehauRangiroa adasının sakinləri Mataiva atolunu ziyarət edirlər. Yerli əhalinin əsas məşquliyyəti kənd təsərrüfatıdır (vanil yetişdirir).

Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.