Massagetlər

Massagetlər[1] (yun. Μασσᾰγέται, lat. Massagetae) — Mərkəzi Asiya çöllərində məskunlaşmış və daha geniş skif mədəniyyətlərinin bir hissəsi olmuş qədim köçəri xalq.

E.ə. 323-cü ildə massagetlərin Mərkəzi Asiyada yaşadığı ərazi.

Mənşə

Massagetlərin mənşəyini qəti şəkildə ortaya qoyan tapıntılar olmasa da, iki mühüm yanaşma var.

Massagetlərin İrandilli xalqlardan olması haqqında bir çox fərziyyələr də vardır.[2][3] Digər tərəfdən, onların qədim türklərdən ibarət və qədim türklə rilə əlaqəli olduqlarına dair fikirlər və iddialar var.[4][5][6][7][8][9] Bundan başqa, İrandilli icmaların üstünlük təşkil etdiyi konfederasiya olması haqqında iddialar da var. Əldə edilən mənbələrlə turanlı elementləri də eyniləşdirilir.[10][11][12][13][14][15][16][17][18][19][20][21][22][23][24][25][26][27][28]

Ərazi

Qədim yunan mənbələrində Xəzər dənizinin şərq sahillərində Amudərya və Sırdərya çayları arasındakı ərazidə yaşamış xalq kimi təsvir edilmişdir.[29][30][31][32][33] Lakin bir çox tarixçilərə görə bu çarlıq Orta Asiyada yerləşir.[34] Bəzi mənbələrdə isə onları skif tayfalarından issuerlar. Bu tarixi coğrafiyanın təsdiqi və təsviri Tomirisin məhz Orta Asiyalı oldüğunu sübut edir.[35]

Herodotun əlyazmaları

Yunan tarixçisi Herodotun "Tarix" əsərindəki məlumatına görə "bu xalq çoxsaylı və cəsur idi". Massagetlər köçəri həyat tərzi keçirmişlər.[36]

"

Bu massagetlər, deyilənlərə görə, çoxsaylı və cəsur xalq idi. Onlar qərbdə günəşin qalxmasına doğru issedonların əksinə axan Araks çayı ətrafında yaşayırlar. Həmçinin, bəziləri onları skif tayfası hesab edirlər.[37]

"
"

Massagetlər skiflərə bənzər paltar geyinirlər və onlara bənzər həyat sürürlər. Onlar atlarda döyüşə gedirlər. Onlarda adi ox, qılınc və nizə vardır. Massagetlər bu silahları misdən hazırlayırdılar. Baş geyimlərini isə qızılla bəziyirlər. Dəmir və gümüş burada yox idi. Lakin qızıl bu ölkədə çox idi.[38]

"
"

Massagetlər çörək yemirlər və Araks çayından balıq ovlayaraq qidalanırlar. Onlar süd içirlər. Bu tayfanın yeganə allahı Günəşdir. Onlar yeganə tanrıları olan Günəş allahına atı qurban kəsirdilər ki, dünyanın ən tez allahına dünyanın ən tez insanı qurban verməlidir.[39]

"

Mədəniyyət

E.ə. V əsrdə yaşamış qədim yunan tarixçisi Herodotun (b.e.ə. 484–425) doqquz hissədən[40] ibarət "Tarix" (yun. Ἱστορίαι) əsəri[41] yunan-fars müharibələrinə və bu müharibələrin ətrafında baş verən hadisələrə həsr olunmuşdur.[42] Herodot "Tarix" əsərində massagetlərin təsvirinə böyük yer ayırmışdır. Massagetlər köçəri həyat tərzi sürür, əsasən maldarlıqla məşğul idilər. Mal-qara, süd, ət, yun, dəri məhsulları istehsal edən massagetlər qonşu xalqlarla ticarət əlaqələri qurur, məhsullarını onlara satır, özlərində olmayan məhsulları isə onlardan alırdılar. Köçəri həyat tərzi sürmələrinə baxmayaraq sənətkarlıq yüksək inkişaf səviyyəsinə çatmışdı. Massagetlər ölülərini torpaq qəbirlərdə dəfn edir, axirət dünyasına, ölümdən sonrakı həyata inandıqlarına görə mərhumun yanına qab-qacaq, silah, bəzək əşyaları qoyurdular. Ən hörmətli şəxslərin qəbirləri üzərində kurqan ucaldılırdı. Belə kurqan qəbirlərə yüzlərcə müxtəlif bahalı əşyalar — qızıl və gümüş qab-qacaq, daş-qaşlarla bəzədilmiş bilərziklər, boyunbağılar, üzüklər, silahlar qoyulurdu. Massagetlərdə hər bir həddi-büluğa çatmış kişi döyüşçü hesab olunurdu. Həmçinin, qadınlar və yeniyetmələr də silah işlətməyi bacarırdılar. Massagetlərin ordusu təkcə süvarilərdən ibarət idi.

Tarixi

Əhəməni dövləti ilə münasibətlər

E.ə. VI əsrin 40-cı illərində massagetlərin tayfa başçısı vəfat etmiş, onun oğlu kiçik olduğundan, müvəqqəti olaraq tayfa başçısı vəzifəsinə onun dul qadını Tomris (b.e.ə. 570–520) seçilmişdir.[43] Massagetlərdə qadınların hüquqları kişilərin hüquqları ilə eyni olmuşdur. İran Əhəməni dövlətinin[44] banisi II Kir (b.e.ə. 559–530)[45] işğalçı siyasət yürüdərək qısa müddət ərzində Aralıq dənizindən başlamış Xəzər dənizinədək əraziləri zəbt etmişdir. Yüz minlərlə döyüşçüsü olan Əhəməni ordusunda süvarilər, piyadalar, dəvə süvari dəstələri, daşatan qurğular da var idi. Midiya, Lidiya, Babil kimi dövrün möhtəşəm dövlətlərinin mövcudluğuna son qoyan II Kir[46][47] dünyanın hakimi olmaq fikrinə düşmüşdü.[48] Qərbdəki olan rəqiblərini məğlub etdikdən sonra o, şimala — Araz çayına doğru üz tutur. Onun fikri burada yaşayan massagetləri məğlubiyyətə uğradıb Şimali Azərbaycanı zəbt etmək idi.

Əhəməni hökmdarı II Kir öz elçilərini göndərərək, Tomrislə evlənmək istədiyini bildirir. Ancaq Tomris anlayır ki, Kir onunla evlənmək yox, bu yolla Massaget çarlığını ələ keçirmək istəyir. Elə buna görə də Tomris Xatın həmin təklifi rədd edir. Belə olduqda II Kir hiyləsinin baş tutmadığını görüb, massagetlər üzərinə açıq hücuma keçməyi lazım bilir.

Tarixi məxəzlərdə qey edilir ki, Massagetlərin qoşununu yeyib-içdikdən sonra döyüşçüləri yuxu tutur. Onlar yuxuda ikən farsların hücumuna məruz qalırlar. Bir çoxları qətlə yetirilir, bəziləri əsir götürülür. Massagetlərin sərkərdəsi, Tomrisin oğlu Sparqapis də əsirlərin içərisində olur. Qoşununun və oğlunun aqibətindən xəbər tutan Tomris Kirin yanına çapar göndərir. Çapar onun sözlərini II Kirə çatdırır:

"

"Qaniçən Kir! Öz hünərinlə öyünmə! Əgər hiylə ilə qələbə çalmasaydınız, şərəfli döyüşdə silah gücünə heç nə eləyə bilməzdiniz. İndi gəl oğlumu qaytar və necə gəlmisənsə, eləcə də sağ-salamat çıx get. Əgər bunu etməsən, and olsun bütün massagetlərin pənahı olan Günəş allahına ki, mən səni qan gölündə boğaram".[35]

"

Lakin II Kir bu sözlərə əhəmiyyət vermir və ordusunu toplayaraq onların üzərinə hücuma keçir. Şərabın dumanı başından çəkilən Tomrisin oğlu Sparqapis hansı vəziyyətə düşdüyünü anlayır və Kirdən əllərini açdırmasını istəyir. Əlləri açılan şahzadə özünü öldürür. Oğlunun ölüm xəbərini alan Tomris qoşunu yığıb farsların üzərinə hücuma keçir. Bu döyüş Herodota görə, barbarların tayfalarının düşmənə qarşı ən böyük və ən qanlı döyüşü issuelır.[49] Döyüşün gedişini tarixçilər belə təsvir edirlər:

"

"Əvvəlcə düşmən qoşunları üz-üzə duraraq, uzaqdan bir-birini oxa tutdular. Sonra nizə və xəncərlə əlbəyaxa döyüşə keçdilər. Döyüş uzanır, heç kim geri çəkilmək istəmirdi. Nəhayət, massagetlər qələbə çaldılar. Az qala farsların hamısı döyüş meydanında həlak oldu.[35]

"

Geriyə qayıtmağa çalışan II Kirin ordusu ilə massagetlərin arasında ağır döyüş baş verir. İşğal məqsədi ilə Azərbaycana gəlmiş Əhəməni döyüşçüləri isə canlarını xilas edib Arazı keçməyə çalışırlar. Əhəməni qoşunları darmadağın edilir və II Kirin 29 illik[50] hakimiyyətinə son qoyularaq öldürülür. Döyüşdən sonra Tomris şərab piyaləsini insan qanı ilə dolduraraq, II Kirin cəsədini tapmağı əmr etdi. II Kirin cəsədini tapdırır və onun boynunu vurdurur.[51] Tomrisin əmri ilə II Kirin kəsilmiş başı qanla dolu piyalənin içinə atılır[52] və bu zaman o, məşhur kəlamını deyir:

"

"Mən sağ qalsam da, sən məni məhv etdin. Mən demişdim ki, sənə qan içirdəcəyəm. İndi nə qədər istəyirsən, iç bu insan qanından."[53][54][55]

"

Tomris və onun döyüşçüləri böyük qurbanlar hesabına olsa da torpaqlarını düşmən tapdağına vermirlər.

Massaget çarlığı

Tomris xatunun rəhbərlik etdiyi Massaget çarlığı (Quba ərazisindəki Maskut və ya Müşkür ilə eyniləşdirilir)[56] isə onun adı bizə bəlli olmayan həyat yoldaşı tərəfindən təxminən Əhəmənilər dövləti ilə eyni dövrdə Dərbənddən Şirvana qədər olan Azərbaycan torpaqlarında yaradılmışdı.[53] Şirvan ərazisində yerləşən Massaget çarlığının hökmdarı Tomris Əhəməni hökmdarı II Kirə qalib gəlir Belə ki, massagetlər əvvəlcə Midiya dövlətinə tabe idilər. Buna baxmayaraq, Əhəmənilər madayların hakimiyyətini zəbt etdikdən sonra massagetlər onlara tabe olmayaraq özlərinin müstəqil bəyliklərini qurmuşdular. Mərkəzləşdirilmiş Qafqaz Albaniyası yaradıldığı zaman isə massagetlər Qafqaz albanlarına tabe olmuşdular.[53]

İstinadlar

  1. Массагеты. // БРЭ. — М., 2011. Т. 19.
  2. Grousset, René. The Empire of the Steppes. Rutgers University Press, 1989, ISBN 0-8135-1304-9, s.547.
  3. Gershevitch, I.; Fisher, William Bayne; Boyle, John Andrew; Yarshater, Ehsan; Frye, Richard Nelson (1968). The Cambridge History of Iran. Cambridge University Press. p. 48. ISBN 9780521200912.
  4. DURMUŞ, İ . "MASSAGETLER". Bilig (1996 ): 86-91
  5. MEMİŞ, Ekrem 1987 İskitlerin Tarihi. Konya Selçuk Üniversitesi Yayınları,s, 9-16
  6. TOGAN, A. ZekiVelidi 1987 "Sakalar (VI)", Belgelerle Türk Tarihi Dergisi. 23, 29- 34.
  7. BAKIR, A , ŞENOL, F . "AZERBAYCAN'IN GÖZBEBEĞİ BAKÜ ŞEHRİNE GENEL BİR BAKIŞ (ESKİ ÇAĞLARDAN ORTA ÇAĞ’IN SONUNA KADAR)". Genel Türk Tarihi Araştırmaları Dergisi 2 (2020 ): 87-122
  8. Türkler, Cilt: 1 İLK ÇAĞ. YENİ TÜRKİYE YAYINLARI 2002 ANKARA. S: 963-970
  9. Massagettai",HERRMANN, Albert 1930 “Massagettai”, Paulys Real Encyclopâdie der Classischen Altertumsvrissenschaft XIV,2,2123-2129
  10. Wilcox, Peter. Rome's Enemies: Parthians and Sassanids. Osprey Publishing, 1986, ISBN 0-85045-688-6, p. 9-15
  11. "The Scythians: discovering the nomad-warriors of Siberia". World Archaeology (ingilis). 25 Temmuz 2017. 26 Ağustos 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 Mayıs 2022.
  12. "Scythian | People, History, & Facts | Britannica". www.britannica.com (ingilis). 15 Haziran 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 Mayıs 2022.
  13. "Google Akademik". scholar.google.com. 12 Kasım 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 Mayıs 2022.
  14. "Google Akademik". scholar.google.com. 14 Kasım 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 Mayıs 2022.
  15. Gorder, A. Christian Van. Christianity in Persia and the Status of Non-muslims in Iran (ingilis). Rowman & Littlefield. 2010. ISBN 978-0-7391-3609-6. 29 Mayıs 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 Mayıs 2022.
  16. "Profile for Tomyris (Massagetean Queen) from The Histories (page 1)". www.goodreads.com. 28 Ekim 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 Mayıs 2022.
  17. Salam‐Liebich, Hayat. "Masterpieces of Persian Textiles from the Montreal Museum of Fine Arts Collection". Iranian Studies (1–2). 1992: 19-29. doi:10.1080/00210869208701765. ISSN 0021-0862. 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-25.
  18. Kessler, P. L. "Kingdoms of Central Asia - Massagetae". www.historyfiles.co.uk (ingilis). 24 Ocak 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 Mayıs 2022.
  19. "Massagetes - Livius". www.livius.org. 16 Kasım 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 Mayıs 2022.
  20. Foundation, Encyclopaedia Iranica. "Welcome to Encyclopaedia Iranica". iranicaonline.org (ingilis). 10 Nisan 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 Mayıs 2022.
  21. "Massagetae". Encyclopaedia of Islam, THREE. 5 Ağustos 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 Ağustos 2022.
  22. "Archäologische Mitteilungen aus Iran". Orientalistische Literaturzeitung (1). Ocak 1992. doi:10.1524/olzg.1992.87.1.49a. ISSN 2196-6877. 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-25.
  23. The Cambridge history of Iran. Cambridge,: University Press. 1968-1991. ISBN 0-521-06935-1. OCLC 745412. 26 Mart 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 Ağustos 2022.
  24. Grousset, René. The empire of the steppes : a history of central Asia. New Brunswick, N.J. 1970. ISBN 0-8135-0627-1. OCLC 90972. 22 Ekim 2022 tarixində arxivləşdirilib.
  25. Gera, Deborah Levine. Warrior women : the anonymous Tractatus de mulieribus. Leiden: E.J. Brill. 1997. ISBN 978-90-04-32988-1. OCLC 605398940.
  26. The Cambridge ancient history. Cambridge [England]. 1970-<2005>. ISBN 0-521-85073-8. OCLC 121060. 8 Eylül 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 Ağustos 2022.
  27. Vogelsang, W. J. The rise and organisation of the Achaemenid Empire : the eastern Iranian evidence. Leiden: Brill. 1992. ISBN 90-04-09682-5. OCLC 26158953.
  28. History of civilizations of Central Asia. Paris: Unesco. 1992-2005. ISBN 92-3-102719-0. OCLC 28186754. 26 Temmuz 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 Ağustos 2022.
  29. İlyas Kara: Fedâi, Çatı Kitapları, 2008, s.17 Arxivləşdirilib 2023-07-27 at the Wayback Machine
  30. The Turks. Volume 1: Early Ages. Part 3: Old nomads of the steppes: Scythian age in Eurasia. Prof. Dr. A. Chay — Prof. Dr. I. Durmus, Scythians, Yeni Türkiye, Ankara 2002, S.147–166 Arxivləşdirilib 2013-10-16 at the Wayback Machine, ISBN 975-6782-56-0
  31. İbrahim Ateş, Sadi Bayram, Mehmet Narince: 10. Vakıf Haftası, Vakıflar Genel Müdürlüğü Yayınları, 1993, s.147
  32. Ümit Hassan, Sina Akşin: Türkiye tarihi: Osmanlı devletine kadar Türkler, Cem Yayınevi, 1987, s.140
  33. Türk Kültürünü Araştırma Enstitütü. Türk kültürü: aylık dergi yayınlayan Türk Kültürünü Araştırma Enstitüsü, 11'ci Cilt, 1972, s.618 Arxivləşdirilib 2023-07-27 at the Wayback Machine
  34. Куклина И. В. Этнография Скифии по античным источникам. — Л., 1985. С. — 114–117.
  35. Azərbaycan | Tarix və şəxsiyyətlər | Massaget hökmdarı Tomris Xatun Arxivləşdirilib 2017-03-07 at the Wayback Machine Yoxlanılıb: 18 sentyabr 2014
  36. Массагеты Arxivləşdirilib 2022-08-27 at the Wayback Machine. // Советская историческая энциклопедия.
  37. Herodot, I, 201
  38. Herodot, I, 215
  39. Herodot, I, 216.
  40. Herodotus (1987). The History, translated by David Grene. University of Chicago Press. ISBN 0-226-32770-1.
  41. "А. Л. Вассоевич. ПО ПОВОДУ СТАТЬИ М. М. ПОСТНИКОВА И "КУЛЬТУРНО-ИСТОРИЧЕСКИХ" ПУБЛИКАЦИЙ ЕГО ПОСЛЕДОВАТЕЛЕЙ. Вопросы истории естествознания и техники. 1984, N 2". 2010-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-18.
  42. Arnold, John H. (2000). History: A Very Short Introduction. Oxford University Press. 17. ISBN 0–19-285352-X.
  43. F. Altheim und R. Stiehl. Geschichte Mittelasiens im Altertum. Berlin, 1970.
  44. "Отрывок из вавилонской хроники". 2010-11-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-18.
  45. "Отрывок из сиппарского цилиндра Набонида". 2009-04-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-18.
  46. "Геродот. История. Книга I "Клио", § 125". 2015-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-18.
  47. "Страбон. География. Книга XV, Глава III, § 3 (с. 729)". 2015-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-18.
  48. "Геродот. История. Книга I "Клио", § 214". 2015-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-18.
  49. Геродот. История (I, 214). Доватур А. И., Каллистов Д. П., Шишова И. А. Народы нашей страны в "Истории" Геродота. — М., 1982. С. 91.
  50. "Диодор Сицилийский. Историческая библиотека. Книга IX (фрагменты), 21". 2013-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-18.
  51. Геродот. История (I, 214). Arxivləşdirilib 2015-02-09 at the Wayback Machine Перевод Г. А. Стратановского.
  52. Mayor, pp. 157–9.
  53. Tomris Arxivləşdirilib 2021-08-12 at the Wayback Machine Azerbaijans.com, saytında, Yoxlanılıb: 18 sentyabr 2014
  54. Геродот. История (I, 214). Доватур А. И., Каллистов Д. П., Шишова И. А. Народы нашей страны в «Истории» Геродота. — М., 1982. — С. 91.
  55. More Women Rulers. // Women in World History Curriculum Arxivləşdirilib 2012-07-22 at the Wayback Machine.
  56. Azərbaycan xalçaları / şİRVAN QRUPU Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine Yoxlanılıb: 18 sentyabr 2014

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.