Masazır

MasazırAzərbaycan Respublikasının Abşeron rayonunun inzibati-ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Abşeron rayonunun Masazır kəndi Xırdalan qəsəbə Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Masazır kənd Soveti yaradılmışdır.[1]

Masazır
40°28′57″ şm. e. 49°45′35″ ş. u.
Ölkə
Region Abşeron rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 50 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 3.247 nəf.
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ0116, AZ0123
Masazır xəritədə
Masazır
Masazır
Masazır xəritədə
Masazır
Masazır

Toponimikası

Masazır oykonimi fars dilindəki masse – qum sözündən və məkan bildirən zar şəkilçisindən ibarət olub, "qumlaq, qum olan yer" mənasını bildirir. Yazılı mənbələrdə oykonimin Musazır, Musadır, Mostazxir variantlarına da rast gəlinir. Yerli əhali kəndin adını Məstanzor şəxs adı ilə də bağlayır.[2]

Tarixi

Masazır kəndi 1913-cü ildə Bakı qəzasının Masazır kənd cəmiyyətinə tabe idi. 1926-cı ildə isə Azərbaycan SSR-in inzibati-ərazi bölgüsünə görə Bakı qəzasının Binəqədi dairəsinə tabe idi. 1929-cu ildə inzibati bölgü islahatlarında qəzalar ləğv edildikdən sonra Masazır Azərbaycan SSR Bakı Şəhər Sovetinin tabeliyinə verilmişdir. 1961-ci il inzibati bölgüsünə görə Masazır kəndi Azərbaycan SSR Bakı şəhəri, Kirov rayonu Xırdalan qəsəbə sovetinin tərkibində olmuşdur. 1963-cü il yanvarın 4-də kənd yeni yaradılmış Abşeron rayonunun tərkibinə verilmişdir. Kənd 1977-ci il inzibati ərazi bölgüsünə görə Abşeron rayonu Xırdalan kənd sovetinin tərkibində olmuşdur. 1991-ci il mayın 25-də Xırdalan kənd Sovetindən yeni Masazır kənd Soveti ayrıldı. 1999-cu ildə Azərbaycanda inzibati islahat aparıldı və Masazır inzibati ərazi dairəsi tərkibində Abşeron rayonunun Masazır bələdiyyəsi yaradıldı.

Coğrafiyası və iqlimi

Masazır eyniadlı gölün sahilində yerləşir. Kənd Bakıdan 16 km aralıda, Xırdalan şəhərinin ərazisi ilə birləşir. Ən yaxın dəmir yolu stansiyası Xırdalandır. Kənd dəniz səviyyəsindən 70 metr yüksəklikdə yerləşir.

İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.