Marzılı

Marzılı (əvvəlki adı: Marzıgi) — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 11 iyun 2002-ci il tarixli, 341-IIQ saylı Qərarı ilə Yevlax rayonunun Havarlı kənd inzibati ərazi dairəsi tərkibindəki Marzıgi kəndi Marzılı kəndi adlandırılmışdır.[1] Kənddə 4 illik ibtidai məktəb fəaliyyət göstərir.

Marzılı
40°42′34″ şm. e. 47°08′01″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Marzılı xəritədə
Marzılı
Marzılı

Tarixi

Marziki - Yevlax rayonunun Havarlı inzibati ərazi vahidində kənddir. Düzənlikdə yerləşir. Yerli dialektdə Marzığı kimi tələffüz olunur. Bəzi tədqiqatçılara görə, oykonim fars dilindəki mərzək (bataqlıq) sözündən və -ı şəkilçisindən ibarət olub, “bataqlıq” mənasındadır. Kənd X əsrin əvvəllərində Şəki-Zaqatala zonasında yaşayan bir qrup qaraqoyunlu ailəsinin Marziki adlı köhnə kənd yerində məskunlaşması nəticəsində yaranmışdır. 2002-ci ildən kəndin adı Marzılı kimi rəsmiləşdirilmişdir.[2]

İstinadlar

  1. "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 11 iyun 2002-ci il tarixli, 341-IIQ saylı Qərarı". 2022-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-21.
  2. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. II cild. Bakı, “Şərq-Qərb”, 2007, 304 səh.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.