Marusya (Formula-1 komandası)
Marusya ( ing. Marussia F1 Team, ru. Маруся) rusiya-britaniya avtomobil yarış komandası, 2012-ci ildən Formula 1 də iştirak etmişdir. Komanda Marussia Motors un Vörcin komandasını satın alması nəticəsində yaradılmışdır. 2012-2013-cü illərdə komanda Cosworth, 2014-cü ildə isə Ferrari mühərriklərindən istifadə etmişdir. 2014-cü ilin aprel ayında Marussia Motors şirkətinin prezidenti Nikolay Fomenko, Marusyanın mühəndislik şöbəsinin rəhbəri deyildir və komandanın Fomenko ilə heç bir texniki və ya maliyyə əlaqəsi qalmadı. 2014-cü ilin oktyabr ayında şirkət xarici idarəetmə prosedurunu tətbiq etmişdir. 7 Noyabr 2014-cü ildə şirkətin sona çatması elan edildi. 2015-ci ildə komanda yarışlara Manor adı altında qatıldı.
Tarix
2009-cu ilin yay ayında Britaniya komandası Manor, Grand Prix Formula 1-də iştirak etmiş və 4 yerdən birini tutdu. 2009-cu il 15 dekabr, Manor Motorsport və Vörcin komandaları birləşdi və Vörcin adı altında fəaliyyət göstərdi və Marussia Motors şirkəti komandanın sponsoru oldu. Nikolay Fomenko komandanın rusiya lisenziyası ilə fəaliyyətinə nail oldu və komanda Formula 1 tarixində ikinci rusiya komandası oldu. Uğursuz çıxışlar Nik Uirtin komandanı tərk etməsinə səbəb oldu. Nikolay Fomenko qrupda dəyişikliklər etməyə başladı. Komanda Şeffilddə yerləşdirildi, yeni texnik Pet Simons dəvət olundu və McLaren ilə müqavilə imzalandı. 2012-ci ildə komanad Marussia F1 Team adlandırıldı.
2012
2011-ci ildə, 2012-ci ildə keçirilən yarışa namizədlər, almaniyalı Timo Glock və fransalı Charles Pic təyin olundu. Komanda yarış avtomobilini tam hazır etmək üçün bir neçə yarışda iştirak etmədi. Nəhayət əvvəlki şassi təkmilləşdirildi və MVR-02 modeli hazırlandı. Ancaq avtomobilin uğursuz olması planları yenidən dəyişməyə səbəb olur. Yenidən bir sıra yarışlara ara verilir.2012-ci il iyul 3-də sınaq aparılarakən Cambridgeshire ʼin Duxford ərazisində sürücü María de Villota qəzaya düşür və ağır travma alaraq sağ gözündə görmə qabiliyyətini itirir.
2013
2012-ci ilin dekabr ayında komanda britaniyalı Max Chilton ilə müqavilə imzalayır. 2013-cü ilin yanvar ayında Timo Glock komandanı tərk edir. 5 fevralda komanda MR02 modelini təqdim edir. Daha sonra komandanın ikinci pilotu fransalı Jül Byanki ilə müqavilə imzalanır.İyul ayında Pet Simons komandanı tərk edərək Uilyamsa keçir. Komanda Konstruktorlar Kubokunda 10-cu yeri qazanır.
2014
2014-cü il, Monako Qran pri-də Marusya komandası karyerasında ilk xalını Jül Byanki sayəsində qazanır. O, bu yarışda 8-ci yerdə qərarlaşır. Yaponiya Qran pri də Jül Byanki qəzaya düşür və ciddi travmalar alır. Komanda yarışlara Max Chilton ilə davam edir. Oktyabr ayının sonunda komanda Braziliya və ABŞ-da keçiriləcək yarışlara qatılmayacağını elan etdi. 7 noyabr 2014-cü ildə Marusya əməliyyatların dayandırılması və bütün işçilərin işdən çıxarılmasını açıqladı. Səbəb maliyyələşmənin olmaması idi.