Martin Hartman

Martin Hartman (alm. Martin Hartmann; 9 dekabr 1851[1], Vrotslav, Prussiya[2]5 dekabr 1918[1], Berlin[2]) — alman şərqşünas-ərəbşünası.

Martin Hartman
Doğum tarixi 9 dekabr 1851(1851-12-09)[1]
Doğum yeri
Vəfat tarixi 5 dekabr 1918(1918-12-05)[1] (66 yaşında)
Vəfat yeri
Elm sahələri şərqşünaslıq[3]
Təhsili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Martin Hartman 1851-ci ildə Breslauda (indiki Vrotslavda) anadan olmuşdur. İbtidai və orta təhsilini həmin şəhərdə almışdır. 1875-ci ildə Leypsiq Universitetində professor Henrix Leberext Fleyşerin rəhbərliyində "Sami dillərində çoxhərfli birləşmələr" (alm. Die Pluriliteralbildungen in den semitischen Sprachen) adlı doktorluq işini müdafiə etmişdir. Daha sonra Bursayaİstanbula gələrək türkcə öyrənmiş[4], 1876–1887-ci illərdə Beyrutdakı Almaniya konsulluğunda tərcüməçi olaraq çalışmışdır. 1887-ci ildən ölümünə qədər Berlində qurulmuş Şərq Dilləri Seminarı (alm. Seminar für Orientalische Sprachen) institutunda dərs demişdir.[5]

Fəaliyyəti

Martin Hartman islamşünaslığın müstəqil bir elm kimi tanınmasını qətiyyətlə müdafiə etmişdir. Onun tədqiqat mövzusu yaranışından bu günə qədər İslam və onun Çindən Qərbi Afrikaya qədər yayılma coğrafiyasını əhatə edib. O, Almaniya universitetlərində diqqətdən kənarda qalan müasir İslamın öyrənilməsinin böyük əhəmiyyətini vurğulayıb. 1912-ci ildə həmkarları ilə birlikdə Almaniya İslamşünaslıq Cəmiyyətini (alm. Deutsche Gesellschaft für Islamkunde) və islamşünaslığa dair "Die Welt des Islamics" jurnalını təsis etmişdir. Martin Hartman ərəb xalq mahnılarını ilk toplayanlardan biri olub, ərəb mətbuatı haqqında yazılar yazıb. Çində İslamın yayılması haqqında ilk bəhs edənlərdən olub. Osmanlı imperiyasında baş verən hadisələrdən də geniş yazıb.[5]

O, Almaniyada islamşünaslığın öyrənilməsinə sosioloji metodu gətirən ilk şəxsdir.[5]

Əsərləri

  • Arabischer Sprachführer für Reisende (Leypsiq, 1880)
  • Die hebräische Verskunst (Berlin, 1894)
  • Metrum und Rhytmus. Die Entstehung der arabischen Versmaße (Gissen, 1896)
  • Das Muwaššaḥ. Das arabische Strophengedicht (Veymar, 1897)
  • The Arabic Press of Egypt (London, 1899)
  • Lieder der libyschen Wüste (Leypsiq, 1900)
  • Čaghataisches. Die Grammatik ussi lisani turki des Mehemed Sadiq (Heydelberq, 1902)
  • Chinesisch Turkestan. Geschichte, Verwaltung, Geistesleben und Wirtschaft (Halle, 1908)
  • Der Islam. Geschichte-Glaube-Recht. Ein Handbuch (Leypsiq, 1909)
  • Die Frau im Islam. Vortrag (Halle, 1909)
  • Fünf Vorträge über den Islam (Leypsiq, 1912)
  • Islam, Mission, Politik (Leypsiq, 1912)
  • Reisebriefe aus Syrien (Berlin, 1913)
  • Die Literatur der neuen Türkei (Leypsiq, 1917)
  • Dichter der neuen Türkei (Berlin, 1919)
  • Zur Geschichte des Islam in China (Leypsiq, 1921)

İstinadlar

  1. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. Deutsche Nationalbibliothek Record #119120828 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  3. Çex Milli Hakimiyyət Məlumat bazası.
  4. Hilal Görgün. "HARTMANN, Martin (1851-1918)" (türk). TDV İslâm Ansiklopedisi. 13.01.2023. 2023-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-13.
  5. "Hartmann, Martin" (alman). Deutsche Biographie. 13.01.2023. 2017-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-13.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.