Marqarita de Valua
Valualı Marqarita (ing. Margaret of Valois; fr. Marguerite de Valois, 14 may 1553[1], Sen-Jermen-an-Le[d] – 27 mart 1615[1][2][…], Paris) — Navarra və Fransa kralı IV Henrinin xanımı, Fransa kraliçası. O, eyni zamanda Fransa kralı II Henri və Yekaterina Mediçinin qızı, II Fransisk, IX Karl və III Henrinin doğma bacısı idi.
Marqarita de Valua | |
---|---|
fr. Marguerite de France | |
Şəxsi məlumatlar | |
Doğum adı | Marguerite de Valois |
Doğum tarixi | 14 may 1553[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 27 mart 1615[1][2][…] (61 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ağciyər iltihabı |
Dəfn yeri | |
Sülalə | Valua sülaləsi, Burbonlar |
Atası | II Henri[3][4][…] |
Anası | Yekaterina Mediçi[3][4][…] |
Həyat yoldaşı | |
|
|
İmzası | |
Vikianbarda əlaqəli mediafayllar |
Fransadakı katoliklər və kalvinistlər arasında sülh yaratmaq məqsədilə planlaşdırılan Marqaritanın Navarra kralıyla baş tutan evliliyi, nikahdan 6 gün sonra baş tutan Varfolomey gecəsi qətliamı ilə ləkələndi. Kiçik qardaşı Anju hersoqu Fransiskin hugenotlar üzərinə tərtib etdiyi hərbi əməliyyatlar əsnasında qardaşının tərəfini tutmuş, bu səbəblə ərinin dərin nifrətini qazanmışdır.
Navarra kraliçası olaraq əri və Fransa monarxiyası arasındakı münasibətləri tənzimləməyə çalışan Marqarita 2 saray arasında get-gəl edərək uzlaşma yaratmaq istəsə də, nəticədə öz evliliyi pozuldu. Ərinin ondan üz çevirməsinin ardından Marqarita 1585-ci ildə Navarradakı müxalif qüvvələrə və katolik birliklərə rəhbərlik etməyə başladı. Bu səbəblə əri Fransa kralı olsa da, Marqarita 20 il boyunca sürgündə yaşamağa məcbur oldu. Nəhayət, 1599-cu ildə yüklü miqdarda təzminat almaq şərtilə boşanmağa razı oldu.
Məşhur bir ədib olan və sənət adamlarına hamilik edən Marqarita sarayın mədəni həyatının inkişafında, xüsusilə də 1605-ci ildə sürgündən döndükdən sonra mühüm rol oynadı. Sürgün illərində öz xatirələrini qələmə aldı və bunu Avropa tarixində edən ilk qadın oldu.
Mənbə
- Éliane Viennot, Margherita di Valois. La vera storia della regina Margot, 1994, Mondadori, Milano ISBN 88-04-37694-5
- David Buisseret, Henry IV, King of France, New York: Routledge, 1990. ISBN 0-04-445635-2
- Julianne Pidduck, La Reine Margot, London and New York, I. B. Tauris, 2005. ISBN 1-84511-100-1
- Natalie R. Tomas, The Medici Women: Gender and Power in Renaissance Florence. Aldershot, UK: Ashgate, 2003. ISBN 0-7546-0777-1
İstinadlar
- Margaret Of Valois // Encyclopædia Britannica (ing.).
- Marguerite De Valois // Babelio (fr.). 2007.
- Маргарита Французская (rus.). // Энциклопедический словарь СПб: Брокгауз — Ефрон, 1896. Т. XVIIIа. С. 605.
- Lundy D. R. Marguerite d'Angoulême // The Peerage (ing.).
- Генрих IV (rus.). // Энциклопедический словарь СПб: Брокгауз — Ефрон, 1892. Т. VIII. С. 356–357.