Marqarita (ada)

Marqarita adası (ispan dilində: Isla Margarita) — Karib dənizinin cənubunda yerləşən ən böyük Venesuela adası. Arxipelaqa daxil olan Koçe və Kubaqya adaları ilə birlikdə venesuelanın Hueva-Esparto (Yeni Sparta) adlanan vahid ada əyalətinin tərkibinə daxildir. Adanın ümumi sahəsi 1071 km².-dir.

Marqarita
Isla de Margarita
Isla de Margarita
Ümumi məlumatlar
Sahəsi
  • 1.020 km²
Uzunluğu
  • 69,4 km
Eni 33,2 km
Əhalisi
  • 491.610 nəf. (2011)[1]
Yerləşməsi
10°59′13″ şm. e. 63°56′08″ q. u.
Ölkə
Marqarita xəritədə
Marqarita
Marqarita
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əhalisi 490 min nəfərdir (2011).

Coğrafiyası

Marqarita adası — Venesuela Respublikasına daxil olan ən böyük adadır, bir-birindən 18 km uzunliğunda uzunsov qumluq sahə ilə ayrılan iki dağ massivindən ibarətdir. Ada materikdən 22 km. enində boğazla ayrılır. Adanın uzunluğu 69,2 km, maksimum eni 34,6 km.-dir. Adanın iqlimi — 24 və 37°S dərəcə arasında dəyişən quru tropik iqlimdir.

Tarixi

Ada 1498-ci ildə Xristofor Kolumb tərəfindən kəşf edilmiş və Avstriya şahzadəsi Marqaritanın şərəfinə adlandırılmış və İspaniya müstəmləkələrinin tərkibinə daxil edilmişdir. 1814-cü ildə ada sakinləri müstəqillik uğrunda mübarizəyə başlamış və ilk dəfə Simon Bolivarın başçılığı ilə istiqlaliyyət qazanmışlar.

Qalereya

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.