Markos Pontes

Markos Pontes (port. Marcos Cesar Pontes; 11 mart 1963) — Braziliyanın ilk kosmonavtı.

Markos Pontes
Doğum tarixi 11 mart 1963(1963-03-11) (60 yaş)
Uşağı 2
Fəaliyyəti kosmonavt, mühəndis, qırıcı təyyarə pilotu, yazıçı, siyasətçi
İmza
marcospontes.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Markos Pontes 11 mart 1963-cü ildə Braziliyada, San-Paulo ştatının Bauru şəhərində anadan olub.

1998-ci ildə NASA-ya göndərilib. Orada Pontes kosmik uçuşlara hazırlıq keçib. 2000-ci ilin dekabr ayında NASA-nın astronavtı elan edilib. Pontes hələ 2003-cü ildə kosmosa uçmalıydı. Lakin "Kolumbiya" şatlının qəzasından sonra bütün şatlların uçuşları təxirə salındı.

Braziliya ilə Rusiya arasında 2 sentyabr 2005-ci ildə imzalanmış müqavilə Pontesa kosmik uçuş etməyə şərayit yaradıb. Beləliklə, bort mühəndisi olan Markos Pontes 30 mart 2006-cı il tarixində Baykonur kosmodromundan "Soyuz TMA-8" kosmik gəmisində kosmosa uçdu.

İstinadlar

    Xarici keçidlər

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.