Mark Stronq

Mark Stronq (ing. Mark Strong, doğulanda Marko Cüzeppe Salussolia, İslinqton, London, 5 avqust 1963) — İtalyan əsilli İngilis aktyoru, BAFTA TV (2004) və Toni (2016) mükafatları üçün namizəd göstərilib. "Şerlok Holms", "Kick-ass", "Yalanların cəmi", "Rock and Roll", "Stardust", "Robin Hood", "Casus, Get Out!", "İmitasiya oyunu", "Kinqsman: Məxfi xidmət" və "Kinqsman: Qızıl dairə" filmlərindəki rolları ilə məşhurdur.

Mark Stronq
ing. Mark Strong
Stronq 2019-cu ilin may ayında
Stronq 2019-cu ilin may ayında
Doğum adı Marco Giuseppe Salussolia
Doğum tarixi
Doğum yeri London, İngiltərə, Böyük Britaniya
Vətəndaşlığı  Böyük Britaniya
Fəaliyyəti aktyor
Fəaliyyət illəri 1983–hal-hazırda
İstiqamət komediya
Mükafatları Lorens Olivye mükafatı 2015-ci il
IMDb ID 0835016
markstrong.co.uk
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Mark Stronq (doğulanda Marko Cüzeppe Salussolia) 5 avqust 1963-cü ildə Londonun İslinqton səmtində italyan-avstriyalı ailədə anadan olmuşdur.[1] Anası oğlunun həmyaşıdları ilə ünsiyyətini asanlaşdırmaq üçün adını rəsmi olaraq dəyişdirmişdir.[2]

Əvvəlcə London Royal Holloway Universitetində, daha sonra Bristol Old Vic teatr məktəbində oxumuşdur.[3][4]

İlk rolunu məşhur aktrisa Helen Mirrenlə "Əsas şübhəli" serialında oynamışdır.[5]

Son diqqət çəkən rolları arasında "Şerlok Holms"da Lord Blakvud, "Yaşıl fanar"da Taal Sinestro, "Kick-ass"da Frank De Amiqo, "Robin Qud"da, Ser Qodfri, "Xəfiyyə rədd ol!"da Jim Prido, Merlin "Kinqsman: Məxfi xidmət"də, "İmitasiya oyunu"da Mİ-6 rəhbəri Stüart Mezisdi.

Əksər filmlərdə Stronq praktik olaraq tanınmazdır, çünki hər rol üçün görünüşünü dəyişdirir: Stardust "Tristan və İzolda" da uzun saçlı, "Robin "Qud"da və "Kinqsman dilogiyası"nda keçəl, "Rok and Roll", "Şerlok Holms" filmlərində saçlıdır.

"Warhammer 40,000: Space Marine" video oyununda Ultramarine Order Titusun kapitanı, "Eisenhorn"da İnkivizitor Qreqor Eisenorn, "Total War: Rome II"-də proloqun qəhrəmanı General Silanı səsləndirmişdir.

2014-cü ildə Mark "Körpüdən mənzərə" tamaşasındakı roluna görə "Laurence Olivye" ən yaxşı aktyor mükafatını almışdır.

2016-cı ildə eyni rola görə, bir tamaşanın ən yaxşı aktyoru nominasiyasında "Toni" mükafatına namizəd göstərilmişdir.[6]

Şəxsi həyatı

Mark Stronq həyat yoldaşı Liza Marşall və iki oğlu Qabriel (mart 2005-ci il təvəllüdlü) və Roman (5 oktyabr 2007-ci il təvəllüdlü) ilə Londonun şimal-qərbində yaşayır.[7]

Stronq kiçik oğlu Romanın xaç atası olan aktyor Deniel Kreyqin yaxın dostudur.[7]

Filmoqrafiya

YearTitleRoleNotes
1993YüzillikPolis
1994TələKenni
1997Futbol xəstəliyiStiv
1997AludəçiCon MakHolDaniyel Creyk üçün alman dublyajı
1998Yağışlı ayaqqabıda adamDeyv Summers
1999Fil suyu şirəsiFrenk
1999Günəş işığıİstván Sors
2001Bütün müharibələri bitirmək üçünDesti Miller
2001OtelFerdinand
2001MartinsDouq
2001XurafatAntonio Gabrieli
2002Qızıl yataqlarıDr Tolkin
2002Heartlandsİan
2003Bəzi yerlər təhlükəsizdirDadQısa metrajlı film
2003Hər şey sevgi ilə bağlıdırArtur
2005RevolverSorter
2005Oliver TvistTobi Krakit
2005SuriyalıMussavi
2006Tristan & İzoldaLord Viktred
2006Cinsi mənzərəLuis
2007Günəşin işığıPinbeker
2007Ulduz tozuŞahzadə Septimus
2008Miss Pettiqrevin bir günlük ömrüNik Salderelli
2008Axmaq haqında xatirələrManni Mişel
2008Eramızın BabiliFinn
2008Rokin RolArçi
2008Yalanların cəmiHani Salaam
2008YaxşıFilipp Bouler
2009Qanqster və azğın həmyaşıdNarrator (səsləndirmə)Sənədli film
2009Oyunun sonuNeil Bernard
2009Gənc Viktoriya]]Ser Con Konroy
2009Şerlok HolmsLord Henri Blekvud
2010Kick-AssFrenk De Amiqo
2010Robin QudSer Qodfrey
2010Geri yolAndrey Xabarov
2011QvardiyaKliv Kornell
2011QartalGuern / Luis Klaus Metellus
2011Yaşıl fənərTaal Sinestro
2011Liliputlar diyarından AriettiPud (səsləndirmə)
2011Tinker Tailor əsgər xəfiyyəCim Prido
2011Qara qızılSultan Amar
2012Con KarterMatay Şanq
2012Sıfır Qaranlıq OtuzCorc
2013Punşa xoş gəlmisinizYakob Sternvud
2013Şahin günüSultan Amar
2013Castin və şücaət cəngavərləriHeraklio (səsləndirmə)
2013QanRobert Seymur
2014İttifaqNarratur (səsləndirmə)Sənədli film
2014Aya daha yaxınMaks Rosental
2014Yuxuya getməmişdən əvvəl]Dr Naş
2014Görmə mənzərəsiCon Vaşinqton
2014İmitasiya oyunuStevart Menzies
2014Kinqsman: Məxfi xidmətMerlin
2016QrimizbiSebastian Qraves[8]
2016Naməluma yaxınlaşmaqKapitan Viliyam Stenfort
2016Jadovillin mühasirəsiKonor Kruz O'Brayen
2016Miss SoloanoRodolfo Şmit[9]
20176 GünMaks Vernon
2017Kinqsman: Qızıl dairəMerlin
2018O, casus idiVerner Helsenberq
2018StokholmQunnar Sorensson[10]
2019Şazam!Doktor Sivana[11][12]
20191917Kapitan Smit[13]
2021KruellaCon
TBANokebo

İstinadlar

  1. "Imogen Edwards-Jones meets the actor Mark Strong on the eve of his stage comeback". 2012-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-07.
  2. Craig, O. "Mark Strong: how I put the fear factor into Sherlock Holmes". en:The Telegraph. 2013-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-17.
  3. "Interview: Why actor Mark Strong is an accidental anti-hero". 2015-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-17.
  4. Preston, John. "Mark Strong: the strong, violent type". The Daily Telegraph. London. 18 February 2009. 16 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 June 2021.
  5. "Mark Strong". 2011-09-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-17.
  6. Fleming Jr, Mike. "Mark Strong Joins Sacha Baron Cohen in Sony Comedy 'Grimsby'". en:Deadline Hollywood. 24 April 2014. 12 June 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 April 2014.
  7. "Mark Strong: the strong, violent type". 2012-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-17.
  8. "Mark Strong joins Sacha Baron Cohen in cast of upcoming comedy Grimsby". Grimsby Telegraph. 18 July 2014 tarixində orijinalından arxivləşdirilib.
  9. Donnelly, Matt. "Jessica Chastain Gun-Control Thriller 'Miss Sloane' Sells to EuropaCorp in Toronto". en:TheWrap. 12 September 2015. 2 February 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 January 2016.
  10. "Cannes: Noomi Rapace Boards Action-Thriller 'Close'". The Hollywood Reporter (ingilis). 19 April 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 June 2017.
  11. Kit, Borys. "'Shazam!': Mark Strong in Talks for Villain Role". The Hollywood Reporter. 2 November 2017. 3 November 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 November 2017.
  12. Sky, Rick. "Mark Strong spills on Shazam! secrecy". ContactMusic.net. 14 January 2018. 15 January 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 January 2018.
  13. Galuppo, Mia. "Colin Firth, Benedict Cumberbatch Join Sam Mendes' WWI Movie '1917'". The Hollywood Reporter. 28 March 2019. 28 March 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 May 2020.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.