Mark Eliyahu

Mark Eliyahu (ivr. מארק אליהו 13 iyul 1982, Mahaçqala) – yəhudi əsilli kamança ifaçısı.

Mark Eliyahu
Ümumi məlumatlar
Doğum tarixi
Doğum yeri Dağıstan, Rusiya SSR, SSRİ
Milliyyəti Yəhudi
Musiqiçi məlumatları
Fəaliyyəti Musiqiçi
Fəaliyyət illəri 1998 h.h.
Janrlar Xalq musiqisi, Oriental Musiqi
Musiqi alətləri Kamança, saz
markeliyahu.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Mark Eliyahu 1982-ci il 13 iyulda Dağıstanda anadan olub və ailəsi ilə birgə 1989-cu ildə İsrailə köçüb. 16 yaşında olarkən Habil Əliyevin kamança ilə ifasına qulaq asır. Bundan təsirlənən Mark Bakıya köçür və Ədalət Vəzirovun rəhbərliyi altında kamança dərsləri almağa başlayır.

"Mən bu səsi birinci dəfə eşidəndə, elə hiss etdim ki,bu səs mənim həmişə daxilimdə olub, sanki,mənim daxili səsimdir. Bunu atama dedikdə o,çox sevindi.Mənim babam da Dağıstanda olduqca məşhur kamança ifaçısı olmuşdur."

Eliyahu karyerasının əvvəllərində[1]Boulderjewishnews'lə müsahibəsindən

Musiqi karyerası

1999-cu ildə Eliyahu "The Spirit of the East" adlı konsertdə çıxış etmişdir. Bu konserti onun atası Piris Eliyahu bəstələmişdir. Həmçinin, konsertdə Alim Qasımov və onun qızı Fərqanə Qasımova da iştirak etmişdilər. Bundan başqa o, bu ildə İsrail Çəmbər Orkestrasının solisti kimi İsrail Musiqi festivalında iştirak etmişdir. 2004-cü ildə o,"Voices of Judea" adlı ilk solo albomunu buraxır.

Filmoqrafiya

Filmlər
İl Filmin adı Rol Qeyd
2012 Balada Le'aviv Habohe Özünü Baş rol

İstinadlar

  1. Bernhaimer, Kathryn. "Music Stars in Film Fest's Israeli Drama". boulderjewishnews.org. 12 August 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 August 2014.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.