Mariya Peralta
Mariya Peralta (30 noyabr 1977, Mar del Plata, Argentina) — Argentinalı marafonçu. Mariya Peralta Argentinanı 2012 və 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi.
Mariya Peralta | |
---|---|
![]() | |
Şəxsi məlumatlar | |
Tam adı | Mariya de los Anceles Peralta |
Vətəndaşlığı |
![]() |
Doğum tarixi | |
Doğum yeri | Mar del Plata, Argentina |
İdman növü | Yüngül atletika |
12 sentyabr 2016 tarixində yenilənib. |
Karyerası
Mariya Peralta birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. O, Böyük Britaniyanın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 40 dəqiqə 50 saniyəyə qət edərək 157 marafonçu sırasında 81-ci yeri tutdu.
Mariya Peralta növbəti Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınasada, məsafəni sona gədər qət edə bilmədi.
Mənbələr
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.