Mariya Muzıçuk

Mariya Oleqovna Muzıçuk (ukr. Музичук Марія Олегівна; 21 sentyabr 1992[2][3][…], Lvov) — Ukrayna şahmatçısı, qadın şahmatı tarixində 15-ci, ukraynalı qadın şahmatçıları arasında isə ikinci (Anna Uşeninadan sonra) dünya çempionu (6.4.2015–14.3.2016). İkiqat Ukrayna çempionu (2012, 2013). Ukraynanın qadınlardan ibarət yığmasının heyətində komandalar arası dünya (2013)Avropa çempionatının (2013) qalibi. Qadınlar arasında qrosmeyster (2007), beynəlxalq usta (2008), qrosmeyster (2015).[4]

Mariya Muzıçuk
ukr. Марія Музичук
Mariya Muzıçuk 2022-ci ildə
Mariya Muzıçuk 2022-ci ildə
Ölkə Ukrayna Ukrayna
Doğum tarixi
Doğum yeri Lvov, Ukrayna
Titulu qrosmeyster (2015)
Son reytinqi
  • 2.510 (dekabr 2023)[1]
Maksimal reytinqi 2.563 (mart 2016)
FİDE nömrəsi 14114550
Mükafatları 3-cü dərəcəli "Xidmətlərinə görə" ordeni (Ukrayna) (Ukrayna)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şahmat karyerası

Mariya 2010-cu ilin noyabrında dünyanın beşinci ən yüksək əmsallı qadını oldu. O, 2010-cu il qadınlar arasında dünya çempionatında 16-cı oldu, amma əsas matç taybreykindən sonra Harika Dronavalliyə məğlub oldu.

2015-ci il qadınlar arasında dünya çempionatının ilk raundunda əsas oyunlarda Yuanlinq Yuan ilə heç-heçə etdi, sonra isə taybreykdə onu məğlub etdi. İkinci raundda Polşalı rəqibi Monika Sotsko ilə görüşdə də eyni mənzərə müşahidə olundu, əsas oyun heç-heçə bitdi, taybreyklərdə isə Mariya qələbə qazandı. Üçüncü raundda qadınlar arasında keçmiş dünya çempionu Antoaneta Stefanovanı klassik oyunlarda 1½–½ hesabı ilə məğlub etdi. Dörddə-bir finalda bir nömrəli Kampi Koneru, sonra isə yarımfinalda Harika Dronavalli üzərində qələbə qazandı. Finalda isə 2½–1½ hesabı ilə Nataliya Poqonina üzərində qələbə əldə etdi. Bu qələbənin nəticəsi olaraq o, qrosmeyster titulunu aldı və 2015-ci il Bakıda keçiriləcək Dünya Kubokuna vəsiqə qazandı. Gələcək dünya çempionunu turnirin gedişində beynəlxalq qrosmeyster Aleksandr Belyavski çalışdırıb.[5]

Mariya dünya çempionatında qələbəyə görə, 2015-ci il aprelin 8-də III dərəcəli "Xidmətlərinə görə" ordeni ilə təltif edilib.[6]

Şəxsi həyatı

Mariya Ukrayna şahmatçısı Anna Muzıçukun kiçik bacısıdır. Hər iki bacı şahmatdan başqa stolüstü tennis də oynayır.[7]

İdman nəticələri

Turnirlər

İlŞəhərTurnir+=NəticəYer
2013KiyevUkrayna çempionatı6039-dan 7½Gold
2015SoçiDünya çempionatı1031124-dən 15½Gold

Şahmat olimpiadaları

İlŞəhərTurnir+=NəticəYer (komanda)Yer (şəxsi)
2010Xantı-Mansi24-cü Olimpiyada5139-dan 6½9Gold
2012İstanbul25-ci Olimpiyada3069-dan 6BronzeSilver
2014Tromse26-cı Olimpiyada31610-dan 6Bronze8

Dünya çempionatları

İlŞəhərTurnir+=NəticəYer (komanda)Yer (şəxsi)
2009Ninbo2-ci dünya çempionatıTBDTBDTBDTBDBronzeTBD
2011Mardin3-cü dünya çempionatıTBDTBDTBDTBDTBDTBD
2013Astana4-cü dünya çempionatıTBDTBDTBDTBDGoldTBD
2015Çendu5-ci dünya çempionatı3058-dən 5½5Bronze

Avropa çempionatları

İlŞəhərTurnir+=NəticəYer (komanda)Yer (şəxsi)
2011Porto Karras9-cu Avropa çempionatı4138-dən 5½45
2013Varşava10-cu Avropa çempionatı6118-dən 6½GoldGold
2015Reykyavik11-ci Avropa çempionatı6208-dən 7SilverGold

İstinadlar

  1. FİDE FIDE Standard Ratings as of 31 december 2023. 2023.
  2. http://ratings.fide.com/toparc.phtml?cod=338.
  3. http://chess-db.com/public/pinfo.jsp?id=14114550.
  4. GM norm certificate Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine FIDE
  5. Алексей Кузнецов. "Шахматная королева Мария". www.svoboda.org. 2015-04-06. 2015-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-07.
  6. "УКАЗ ПРЕЗИДЕНТА УКРАЇНИ № 204/2015 «Про нагородження М.Музичук орденом „За заслуги"»" (ukrayna). www.president.gov.ua. 2015-04-08. İstifadə tarixi: 2015-04-08.
  7. ""We are not the Ukrainian 'Kosintseva Sisters'! We are the Muzychuk Sisters!"". Chess Daily News. 22 December 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 Dec 2015.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.