Mariya Borodakova

Mariya Borodakovarusiyalı qadın voleybolçu. Dinamo Kazan klubunda kapitan olan Mariya blokçu möqeyində oynayır.

Mariya Borodakova
Şəxsi məlumatlar
Tam adı Mariya Vladimirovna Borodakova-Borisenko
Doğum tarixi
Doğum yeri Rusiya Nijni Novqorod Rusiya
Vətəndaşlığı rus
Voleybolçu məlumatları
Boyu 1.90 m
Çəkisi 80 kq
Zərbəsi 301 sm
Bloku 297 sm
Mövqeyi Blokçu
Karyerası
Komandası Rusiya Dinamo Kazan
Nömrəsi 1
Klub karyerası
2001–2004
2004–2009
2009–2010
2010–
Rusiya İndezit Lipek
Rusiya Dinamo Moskva
Türkiyə Əczacıbaşı
Rusiya Dinamo Kazan
Milli komanda karyerası
2005– Rusiya Rusiya

Karyerası

Mariya Borodakovanın karyerasının çox hissəsi Dinamo Moskvada keçmişdir. Voleybolçu burada beş sezon forma geyindikdən sonra Əczacıbaşına transfer olunmuşdu. Moskvada keçirdiyi beş mövsümdə üç dəfə Rusiya çempionatının qızıl medalını qazanan voleybolçu Türkiyədə heç bir çempionluq yaşaya bilməmişdi. 2010-cu ildə transfer olunduğu Dinamo Kazanda ən böyük uğurlarını yaşayan Mariya burada kapitanlıq sarğısına da yiyələnmişdi. Klubla keçirdiyi ilk mövsümdə Rusiya çempionatını və kubokunu qazanan voleybolçu 2013-14 sezonunda Çempionlar Liqasının kubokunun başı üzərinə qaldırmışdı. Həmin mövsümün öncəsi və sonrası Rusiya çempionatı qazanan Dinamo Kazanın kapitana Mariya 2014-cü ildə Klublararası dünya çempionatıında da çempionluq sevinci yaşamışdı.[1]

Borodakovanın milli komanda karyerası da klub karyerası kimi rəngarəndir. Hər bir voleybolçunun qazanmaq arsuzu olduğu dünya çempionatında iki dəfə fəxri kürsününün ən yüksək pilləsinə qalxmışdı.

Uğurları

Klublar ilə

  • Rusiya Rusiya çempionatı: 6
2005-06, 2006-07, 2008-09, 2010-11, 2011-12, 2012-13
  • Rusiya kuboku: 2
2010, 2012
2014
2013-14

Milli komanda ilə

Şəxsi mükafatları

  • 2006 Top Teams kuboku - "Ən Yaxşı Blokçu"
  • 2011 Rusiya kuboku - "Ən Yaxşı Blokçu"
  • 2012 Çempionlar Liqası - "Ən Yaxşı Blokçu"
  • 2012 Rusiya kuboku - "Ən Yaxşı Blokçu"

İstinadlar

  1. Maria Borodakova Arxivləşdirilib 2013-09-28 at the Wayback Machine  (ing.)

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.