Mariya de Bohun

Mariya Bohun (ing. Mary de Bohun; təq. 13694 iyul 1394[1], Piterboro qəsri[d], Kembricşir qraflığı[d]) — İngiltərə kralı IV Henrinin ilk xanımı və V Henrinin anası. Əri onun vəfatından sonra İngiltərə taxtına çıxdı və bu səbəblə Mariya heç vaxt İngiltərə kraliçası ola bilmədi.

Mariya de Bohun
ing. Mary de Bohun
Şəxsi məlumatlar
Doğum tarixi təq. 1369
Vəfat tarixi 4 iyul 1394(1394-07-04)[1]
Vəfat yeri
Vəfat səbəbi uşaq doğumu
Dəfn yeri
Həyat yoldaşı
Uşaqları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Herford qrafı Hemprey Bohun və xanımı Yuanna Fitzalanın qızı olan Marqarita ana şəcərəsindən Uels monarxlarının sülaləsindən gəlir. O və bacısı Elyanora atasının önəmli mülklərinin varisi idi və bu səbəblə kiminlə evlənəcəkləri mühüm problemə çevrilmişdi. Bacısı Elyanora III Eduardın kiçik oğlu Tomasla evləndi. Ancaq Tomas xanımının mirasının bölüşdürülməməsi üçün baldızını rahibə olmağa və kilsəyə qapanmağa məcbur edirdi. Gentli Conla müttəfiq olan xalasının köməyilə Tomasın yanından qaçdı və Arundel qalasına sığındı. Daha sonra bu qalada Gentli Conun oğlu Henriylə evləndi.

Cütlüyün nikah mərasimi 27 iyul 1380-ci ildə Arundel qalasında baş tutdu və bu nikahdan 6 övladı dünyaya gəldi:

  • V Henri
  • Lankasterli Tomas (1387–1421)
  • Lankasterli Con (1389–1435)
  • Lankasterli Hemprey (1390–1447)
  • Lankasterli Blanş (1392–1409)
  • Lankasterli Filippa (1394–1430)

Mariya Bohun son övladının doğumundan sonra Peterburq qalasında vəfat etdi və 6 iyul 1394-cü ildə Lesterdə yerləşən Məryəm ana kilsəsinə dəfn olundu.

Mənbə

  • Allmand, Christopher (1992). Henry V. The University of California Press.
  • Given-Wilson, Chris (2016). Henry IV. Yale University Press.
  • Goodman, Anthony (2013). John of Gaunt: The Exercise of Princely Power in Fourteenth-Century Europe. Routledge.
  • Knighton, Henry (1995). Martin, G. H. (ed.). Knighton's Chronicle, 1337–1396. Clarendon Press.
  • Luxford, Julian M. (2008). "The Collegiate Church as Mausoleum". In Burgess, Clive; Heale, Martin (eds.). The Late Medieval English College and Its Context. York Medieval Press.
  • Mortimer, Ian (2007). The Fears of Henry IV. Random.
  • Richardson, Douglas (2011). Plantagenet Ancestry: A Study In Colonial And Medieval Families. Genealogical Publishing Company.
  • Staley, Lynn (2006). Languages of Power in the Age of Richard II. The Pennsylvania State University Press.
  • Ward, Jennifer C., ed. (1995). Women of the English Nobility and Gentry, 1066–1500. Manchester University Press.
  • Ward, Jennifer (2006). Women in England in the Middle Ages. Hambledon Continuum.

İstinadlar

  1. Find a Grave (ing.). 1996.
  2. Kindred Britain.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.