Mariya Anna

Mariya Anna (isp. María Ana de España) (18 avqust 1606[1], Eskorial13 may 1646[2][1], Lins, Ens[d])[3]İspaniya infantası, Müqəddəs Roma imperatoru III Ferdinandın xanımı[4]. Fərqli zamanlarda ərinin yerinə naibə olaraq xidmət etmişdir. Atası İspaniya kralı III Filipp, anası isə Avstriyalı Marqaritadır.

Mariya Anna
isp. María Ana de España
Şəxsi məlumatlar
Doğum tarixi 18 avqust 1606(1606-08-18)[1]
Doğum yeri
Vəfat tarixi 13 may 1646(1646-05-13)[2][1] (39 yaşında)
Vəfat yeri
Sülalə Habsburqlar sülaləsi
Atası III Filipp (İspaniya kralı)
Anası Avstriyalı Marqarita (İspaniya kraliçası)
Həyat yoldaşı
Uşaqları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Uşaqlıq illəri

Mariya Anna 18 avqust 1606-cı ildə Madrid yaxınlığındakı Eskorial sarayında İspaniya kralı III Filipin qızı olaraq dünyaya gəldi. Valideynləri ikinci dərəcəli qohum idi. Belə ki, atası III Filipin babası V Karl və anası Marqaritanın babası I Ferdinand qardaş idi. Uşaq yaşlarından etibarən Mariya Annanın evlilik məsələsi atasının siyasi planlarında istifadə olundu. İlk namizədi dayısı olan Müqəddəs Roma imperatoru II Ferdinandın böyük oğlu və varisi Con-Karl idi. Ancaq nişanlısı 26 dekabr 1619-cu ildə anidən vəfat etdi və nişan pozuldu.

1622-ci ildə qardaşı IV Filip İngiltərə kralına göndərdiyi məktubla 2 dövlət arasında sülhü təmin etmək istədi. Sülhün təminatı olaraq isə İngiltərə kralı I Ceymsin yenicə Uels şahzadəsi olan oğlu Karlla İspaniya infantası olan Mariya Anna arasında siyasi evlilik planlaşdırıldı. 1623-cü ilin fevralında Karl, Bukingem hersoqu və vəliəhdin yaxın adamlarından biri İspaniya ilə planlaşdırılan siyasi evlilik məsələsini müzakirə etmək məqsədilə gizlicə İspaniyaya getdilər. Ancaq onların bu gizli səyahəti uğursuzluqla nəticələndi. Belə ki, infanta Karlın öz inancına görə kafir olduğunu, bu evliliyin əsas şərti olaraq İngiltərə vəliəhdinin Roma-Katolik kilsəsinə dönməsini tələb etdi. Bundan başqa, ispanlar İngiltərədəki katolik inancının bərpasını və baş tutacaq nikahın ardından gəlinin İngiltərəyə getməyəcəyini irəli sürdülər. Müzakirələr əsnasında Bukingem hersoqu ilə dönəmin İspaniya baş naziri arasında münasibətlərin pisləşməsinin ardından müzakirələr bilavasitə Karl tərəfindən aparıldı. Həmin ilin oktyabrında heç bir nəticə əldə edə bilməyən Karl və adamları Londona geri döndülər və döndükdən sonra, nişan pozuldu.

Evliliyi

1626-cı ilin sonlarında Mariya Anna ilk nişanlısının qardaşı və Müqəddəs Roma imperatorunun yeni varisi Ferdinandla nişanlandı. Mərasimdən bir il sonra Ferdinand BohemiyaMacarıstan kralı elan olundu. Bacısı Annanın 1615-ci ildə Fransa kralı XIII Lüdoviklə evlənərkən bütün taxt hüquqlarından imtina etməsinə baxmayaraq, Mariya Anna bu hüquqlarından əl çəkmədi. Evlənməsinə baxmayaraq İspaniya taxtındakı varisliyini əlində saxladı. Uzun müzakirələrdən sonra Mariya Anna 1629-cu ilin dekabrında Madriddən Vyanaya doğru yola düşdü. 26 yanvar 1631-ci ildə Triestə limanına çatan gəlin alayı burada imperatorun digər oğlu Leopold Vilhelm tərəfindən qarşılandı. Həmin gün cütlüyün vəkalətən nikahı kəsildi. Ardından Leopold Vilhelm qardaşının yeni xanımıyla birlikdə Vyanaya yola düşdü. Rəsmi toy mərasimindən öncə xanımını görmək istəyən Ferdinand sarayda keçirilən mərasimlərdən birində gizlicə Mariya Anna ilə görüşdü. Cütlüyün bir-birini sevdiyi və gələcək imperatorun səltənəti boyunca heç bir məşuqəsinin olmadığı bilinir. 20 fevral 1631-ci ildə Vyanada baş tutan toy mərasimi bir ay boyunca davam etdi.[3]

Toy mərasiminin ardından ispan əsilli xidmətçiləri ilə birlikdə Vyanadakı kral sarayına köçən Mariya Anna burada vəliəhdin xanımı olaraq qısa zamanda nüfuz qazandı. Ərinin bütün qohumlarıyla yaxın münasibət saxlasa da, ögey qaynanası olan Elyanora Qonzaqa ilə sarayda nüfuz mübarizəsi apardı. İncəsənətə, xüsusilə də rəsmə marağı ilə tanınan Mariya Annanın son dönəm Renesans və erkən Barokko dönəminin italyan, ispanflamand rəssamlarının əsərlərini topladığı məlumdur.

22 dekabr 1636-cı ildə Ferdinand Regensburqda Roma kralı elan edildi və bir neçə həftə sonra tacqoyma mərasimi keçirildi. 21 yanvar 1637-ci ildə Mariya Anna Almaniya kraliçası olaraq tac taxdı. Cəmi 1 ay sonra atasının vəfatıyla — 15 fevral 1537-ci ildə Ferdinand Müqəddəs Roma imperatoru elan edildi. Beləcə, Müqəddəs Roma imperatorunun xanımı olan Mariya Anna daha sonra Bratislavada Macarıstan kraliçası elan edildi.

Ərinə siyasi baxımdan yön verən Mariya Anna imperatorla ispan qohumları arasında vasitəçi rolu oynadı. Ərinin müharibə səbəbilə paytaxtdan uzaqlaşdığı illərdə naibə olaraq xidmət etdi.

Son illəri

1645-ci ilin martında Mariya Anna və övladları yaxınlaşan protestant isveç təhlükəsi səbəbilə Linz şəhərini tərk etdi və Vyanaya gəldilər. Ancaq Vyanaya gəldikdən qısa müddət sonra yayılan vəba epidemiyası səbəbilə yenidən Linzə döndülər. 1646-cı ilin yanvarında kraliçanın altıncı hamiləliyi xalqa elan edildi ancaq 4 ay sonra — 12 mayda Linz qalasında kraliça yüksək hərarət və qanama ilə xəstələndi. Ertəsi gün kraliça vəfat etdi və doğulan qız övladı yalnız bir neçə saat yaşadı. Övladıyla birlikdə eyni tabuta yerləşdirilən Mariya Annanın bədəni keçirilən cənazə mərasimiylə Vyanaya aparıldı və burada ailə məzarlığına dəfn olundu. Xanımının və yeni doğulan övladının cənazə mərasiminə qatılmayan III Ferdinand, avqust ayında paytaxta döndü və xanımının məzarını ziyarət etdi. Ziyarətin ardından böyük qızı Mariannanın İspaniya taxtının varisi Baltazar Karlosla nişanlandığını elan etdi. Buna baxmayaraq vəliəhd bir neçə ay sonra vəfat etdi və nişan pozuldu.

Övladları

Mənbə

  • M. Hengerer: Kaiser Ferdinand III. (1608–1657). Eine Biographie, Böhlau ed., Vienna, Köln, Weimar 2012 ISBN 978-3-205-77765-6
  • Bettina Braun, Katrin Keller, Matthias Schnettger: Nur die Frau des Kaisers?: Kaiserinnen in der Frühen Neuzeit, Böhlau ed., Vienna 2016 ISBN 978-3-20-520085-7
  • Habsburg, Maria Anna von Spanien, Biographisches Lexikon des Kaiserthums Oesterreich, Vienna Kaiserlich-königliche Hof- und Staatsdruckerei, p. 52 – 458 p
  • R. Bireley: Ferdinand II, Counter-Reformation Emperor, 1578–1637. Cambridge: Cambridge University Press 2014, p. 302 ISBN 978-1-10-706715-8

İstinadlar

  1. María de Austria // Diccionario biográfico español (isp.). Real Academia de la Historia, 2011.
  2. Wurzbach D. C. v. Habsburg, Maria Anna von Spanien (alm.). // Biographisches Lexikon des Kaiserthums Oesterreich: enthaltend die Lebensskizzen der denkwürdigen Personen, welche seit 1750 in den österreichischen Kronländern geboren wurden oder darin gelebt und gewirkt haben Wien: 1856. Vol. 7. S. 23.
  3. "Eduard Heydenreich: Handbuch Der Praktischen Genealogie, p. 52, BoD – Books on Demand 2012 - 448 p." 2022-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-24.
  4. (#empty_citation)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.