Mario (franşiza)
Mario (yaponca: マリオ, Hepbörn: Mario) — diqqət mərkəzində italyan Mario personajının olduğu, videooyunlar üzrə ixtisaslaşmış "Nintendo" şirkəti tərəfindən nəşr edilən və istehsal olunan mediafranşiza. Bu, əsasən bir videooyun franşizasıdır, ancaq franşizanın digər formalarına bir neçə teleserial və bir bədii film daxildir. Franşiza ilkin olaraq geymdizayner Şiqeru Miyamoto tərəfindən 9 iyul 1981-ci il tarixində buraxılmış "Donkey Kong" adlı arkada oyunu ilə yaradılmışdır. Franşizaya daxil olan oyunlar "Nintendo", "Hudson Soft" və "AlphaDream" kimi müxtəlif istehsalçılar tərəfindən istehsal olunmuşdur. "Mario" oyunlarının əksəriyyəti üçüncü nəsildən bəri "Nintendo" şirkətinin müxtəlif videooyun konsolları üçün satışa çıxarılmışdır.
Mario | |
---|---|
Janrlar | Siyahı List
|
Yaradıcılar | Nintendo |
Nəşrçilər | Nintendo |
Müəlliflər | Şiqeru Miyamoto |
Platformalar | Siyahı List
|
Orijinal platforma | Arkada |
Başlanğıc ili | 1981 |
İlk buraxılış | Donkey Kong 9 iyul 1981 |
Son buraxılış | Mario Kart Tour 25 sentyabr 2019 |
Rəsmi vebsaytı | mario.nintendo.com |
Franşizadakı əsas seriya "Super Mario" platforma seriyasıdır, hansı ki, Marionun uydurma dünya olan Göbələk krallığındakı macəralarından bəhs edir. Bu oyunlar tipik olaraq, Marionun səviyyələrdən irəliləməsi üçün onun tullanma bacarığına əsaslanır. Franşizanın adı altında, müxtəlif janr və seriyalarda 200-dən çox videooyun yaranmışdır.
"Mario" seriyası "Nintendo" şirkətinin ən tanınmış və müvəffəqiyyətli franşizalarından biridir. Seriyaya daxil olan videooyunların çoxu, xüsusilə də "Super Mario" videooyunları tarixin ən yaxşı videooyunlarından biri hesab edilir. 2011-ci ildə əldə edilmiş məlumatlara görə, əsas "Super Mario" videooyunları satışlarda 12.000.000.000 ABŞ dollarından çox gəlir əldə etmişdir.[1] Bu günə kimi "Mario" oyunlarının 500.000.000-dan çox nüsxəsi satılmışdır. Bu isə onu tarixin ən çox satan videooyun franşizasına çevirir. "Mario" həmçinin, tarixin ən çox gəlir qazanmış doqquzuncu mediafranşizasıdır. Təxmin edilir ki, mediafranşizasının ümumi gəliri 36.000.000.000 ABŞ dollarından çoxdur.
İstinadlar
- Rayan, Ceff. Super Mario: How Nintendo Conquered America (ingilis). Penguin Books. 2011. səh. 8. ISBN 9781101517635. 2020-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-29.
Xarici keçidlər
- mario.nintendo.com — "Mario" franşizasının rəsmi saytı (ing.)
- Mario — azarkeş Vikiya saytında. (ing.)
Yaponiya portalı Videooyunlar portalı |