Marif Zeynalov
Marif Zeynalov (Marif Zeynalov Seyid Bəbir oğlu; 10 yanvar 1934, Şuşa, DQMV – 5 iyun 2020, Bakı) — geologiya –mineralogiya elmləri namizədi. Əməkdar elm xadimi.[1]
Marif Zeynalov | |
---|---|
Doğum tarixi | 10 yanvar 1934 |
Doğum yeri | |
Vəfat tarixi | 5 iyun 2020 (86 yaşında) |
Vəfat yeri | |
Təhsili |
|
Mükafatları |
Həyatı
Marif Zeynalov 1934-cü ildə Şuşa şəhərində anadan olmuşdur. 1940-cı ildə Şuşa şəhər məktəbinə getmiş və 1950-ci ildə həmin məktəbi Qızıl medalla bitirmişdir. 1950-ci ildə Azərbaycan Sənaye İnstitutunun geoloji-kəşfiyyat fakultəsinə qəbul olmuş, 1955-ci ildə həmin institutu bitirərək mühəndis-geoloq diplomu almışdır. 1962-ci ildə aspiranturanı bitirmiş və 1963-cü ildə Naxçıvan polimetal yataqlarının geoloji-struktur xüsusiyyətləri mövzusunda dissertasiya işini müdafiə etmişdir. 50-dən cox elmi əsərin müəlifidir.
Ailəsi
Həyat yoldaşı Zeynalova Kəmalə Məmməd qızı Hüquq məsləhətçisi vəzifəsində çalışmışdır.
İki qız övladı var. Samirə Zeynalova Marif qızı: 15 dekabr 1963-cü ildə Bakı şəhərində anadan olub. Hal hazırda Rusiyada. Moskva şəhərində yaşayır, 1371 nömreli şeher orta məktəbdə informatika müəllimi işləyir.
Səidə Zeynalova Marif qızı coğrafiya üzrə fəlsəfə doktoru: 08 sentiyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. AMEA akademik H. Ə. Əliyev adına Coğrafiya İnstitutunun "landşaftşünaslıq və landşaft planlaşdırılması" şöbəsinin aparıcı elmi işçi vəzifəsində işləyir.[2]
Yaradıcılığı
1954-cü ildə tələbə olarkən AMEA Geologiya-geofiika İnstitutunda laborant vəzifəsinə qəbul olmuşdur. 1954–1957-ci illər ərzində Naxçıvan qırışıq vilayətinin 1:50 000, 1:25 000 miqyasda yerinə yetirilən geoloji xəritələşməsi ilə məşğul olmuşdur. Tədqiqat işləri Kiçik Qafqazın cənubunda İran Respublikasının şimal-qərb sərhədi boyu aparılmışdır. Bununla yanaşı Naxçıvanda yayılan süxurların İran, Türkiyə və Ermənistanla həmsərhəd rayonların süxurları ilə uyğunlaşdırılması işləridə aparmışdır.1958–1959-cu ilərdə Nərimanov rayonu ekspedisiyasında çalışmışdır. Həmin illər Kəlbəcər rayonunun Dəlidağ intruziv massivinin 1:25 000 miqyaslı ixtisaslaşmış geoloji xəritələrini tərtib etmişdir.1959-cu ildə AMEA-nın Geologiya İnstitutunun aspiranturasına daxil olmuş və filiz yataqlarının öyrənilməsi ilə məşğul olmuşdur.1962-ci ildə aspiranturanı bitirmiş və 1963-cü ildə "Naxçıvan polimetal yataqlarının geoloji-struktur xüsusiyyətləri" mövzusunda dissertasiya işini müdafiə etmişdir. 1963–1966-cı illərdə Geologiya İntitutunun "Filiz yataqları" laboratoriyasında elmi işçi vəzifəsində çalışmış və Kiçik Qafqazın vulkanogen formasiyaların filizlik məsələləri ilə məşğul olmuşdur. 1967-ci ildə AMEA-nın geologiya İdarəsinin Naxçıvan geoloji-kəşfiyyat ekspedisiyasında baş geoloq vəzifəsinə təyin olunmuşdur. Bu işlər zamanı bir sıra yeni yataqlar aşkar olunmuşdur. Bunlardan Şərur rayonun ərazisindəki paleozoy çöküntülərində boksitlərin olduğu böyük ərazini, Ordubad rayonundakı eosenin vulkanik süxurlarında alunit olan yataqları göstərmək olar. 1975–1977-ci illərdə BMT eksperti kimi İran geoloji xidmətdə fəaliyyət göstərmişdir. Bu illər ərzində İran geoloqları ilə birgə bir neçə alunit yataqları aşkar olunmuşdur.[3] 1977–1981-ci illərdə AMEA-nın Geologiya İdarəsində kompleks geoloji ekspedisiyasının baş geoloq vəzifəsində çalışıb. Azərbaycan Respublikasının filiz yataqlarına aid 60-dan çox elmi məqalələri çap olunmuşdur. Azərbaycanın 1:500 000 miqyaslı metallogenik xəritənin həmmüəlliflərindən biridir. 1981-ci ildə Naxçıvan geoloji ekspedisiyasına rəis təyin olunmuşdur.[4]
Mükafatları
- 1970-ci ildə V. İ. Lelinin anadan olmasının 100 illiyi münasibətilə fədakar əməyinə görə yubiley medalı ilə,
- 1980-ci ildə "Yer təkinin kəşfiyyat əlaçısı" döş medalı ilə təltif olunmuşdur.
- 1980-ci ildə SSR geologiya nazirliyi onu "Yer təkinin fəxri kəşfiyyatçısı" fəxri adına layiq görmüşdür.
Çap olunmuş elmi məqalələri
- Зейналов М.Б. и др. Сопоставление миоценовых отложений Нахичевани, Армении, Ирана и Турции. Изв. АН Азерб. ССР, сер. Геол.-геогр. Наук, № 3, 1959.
- Зейналов М.Б. Bлияние пострудных подвижек на текстурно-структурные особенности руд Гюмушлугского месторождения. Изв. АН Азерб. ССР, сер. геол.-геогр. наук и нефти, № 3, 1962.
- Зейналов М.Б. Геолого-структурные особенности полиметалических месторождений
- Нахичевани. Автороферат. Баку, 1963. Зейналов М.Б. и др. Золотоносность медно-молибденовой формации Мисхано-Зангезурской складчатой зоны. Геологический ежегодник Азерб.отдела ЦИНИГРИ. 1974.
- Зейналов М.Б. Фосфориты. Геология СССР, т.47, "Недра", М., 1976.
- Зейналов М.Б. и др. Медно-кобальт-никелевые сульфидные минералы Кетамского месторождения (Малый Кавказ). Болгарская Академия наук, София, 1977.
- Бабаев И.А., Зейналов М.Б. Сравнительная характеристика алунитовых месторождений Азербайджанской ССР и Ирана. Сб. "Вопросы минералогии и рудных месторождений Азербайджана". Баку, "Элм", 1991.
- Zeynalov M. B. About alunite deposits of Azerbaijan and Iran and technology of alunite are refining. Reports of Azerbaijan geologists at the symposium of Islamik Republik of Iran. Baku, 1994.
- Babayev J. A., Zeynalov M. B. Genetik types of alunite deposites of Azerbaijan and Iran. International volcanological Congress, Ankara, 1994. və s.
İstinadlar
- Azərbaycan gəncləri qəzeti.24.10.1970
- Coğrafiyaçı alimləri kitabı 2021
- İran İslam Respublikası Beynəlxalq Cyruş nəşriyyatı
- Geologiya İnstitutunu alimləri 1999