Marduk (tanrı)
Marduk (şum. MAR.DUK - azərb. aydın səma oğlu) — şumer və akkad mifologiyasında Babil panteonunun, Mesopotamiyanın, ali tanrısı. E.ə. 2024 cü ildən Babil şəhərinin qəyyumçu-tanrısı. Yazı tanrısı. Qədim yazılara əsasən Marduk müdrik, təbib, "tanrılar hakimi", "tanrılar hökmdarı", "tanrılar atası" "ölü dirildən" kimi təsvir edilir. Onun dövründə ən mühüm bayram və mərasim yazda qeyd olunan "Təzə İl" sayılırdı. Babildə 12 gün qeyd olunan Akiti (şum. A.Kİ.Tİ) - "Yerdə həyatın başlanması" bayramının xələfi sayırdılar.
Qədim Şərq Tanrıları Marduk | |
---|---|
Marduk | |
Mifologiya | Qədim Şərq:şumer və akkad mifologiyası |
Adının izahı | aydın səma oğlu |
yun. | Μαρδοχαῖος |
şum. | MAR.DUK} |
akk. | AMAR.UTU 𒀫𒌓 |
Digər mədəniyyətlərdə | Zevs, Yupiter, Ahur-Məzdə |
Əlaqədar personajlar | Tiamat, Kinqu |
Rəmzləri | kətman, bel və Muşhuş əjdahası |
Adı
Marutukkum - "tufanın oğlu"; "günəşin oğlu"[1]. Mardukun 50 adı olmuşdur:
- Asaru, bitki və güllər haqqında biliklərə malik.
- Asarualim, elmi sirlləri bilən.
- Asarualimnunna, müdafiəüçün güc.
- Asaruludu, alovlu qılınc daşıyan
- Namru, hər şeyin elmi və hikməti
- Namtillaku, sirrli və güclü tanrı
- Tutu qəmginləri, kədərliləri ovunduran
Əyalətlər və dövlətlər
Əhali
Əlyazmalar
Dillər
Mifologiya
|
Marduk və Tiamat[2]
Marduk ox-kaman, dəyənək və torla silahlanaraq dörd külək və yeddi çovğunla on bir əcaib Timatın üzərinə hücum çəkərək döyüşə girir. Timat güclü küləyin təsirindən açıq ağzını yuma bilmir. Marduk dərhal onu öz oxu ilə öldürür və dünyaya sahib olmaq üçün Kinqunu ələ keçirir.Daha sonra Marduk dünyanı yaradır: Timatın bədənini ikiyə parçalayaraq, gövdəsinin aşağı hissəsindən yeri yuxarı hissəsindən göyü, kəlləsindən dağları, gözlərindənisə Dəclə və Fərat çaylarını yaratmış olur. Marduk göyü - "yuxarı dəryanı" Timatın bir parçası ilə tutaraq qapısına gözətçi qoyur ki, yerə suyu, qarı və dolunu onun göstərişi olmadan tökülməsin. Marduk göyə qalxaraq ulduzları və ayı yaradaraq gecəni ona həvalə edir. Marduka tanrılar aclıq və soyuqdan şikayətlənirlər. Marduk Eanın yanına gedərək bütün işləri boynuna qoymaq və tanrılara qulluq etmək onları qayğılardan azad etmək, bununla da tanrıların dünyadan zövq almaları üçün insanı yaratmaq qərarına gəldiyini bildirir. Ea ona tanrıları bir yerə yığmasını və insanı yaratmaq üçün onlardan birinin qanından maya kimi istifadə edilməsi üçün öldürülməsini söyləsin. Tanrılar bir ağızdan bütün bunlara səbəbkar olduğu üçün Kinqunun öldürülməsini israr edirlər. Kinqunun vətərlərini kəsərək qanını tökürlər. Marduk gili qanda yoğuraraq ondan insanı yaradaraq ona tanrılara qulluq etməyi tapşırır. Buna görə də insanlar minnətdarlıq üçün onun şərəfinə "Müqəddəs Babili" tikmişlər. Beləliklə bütün tanrılar hər ilin başlanğıcında "Müqəddəs Babil" iqamətgahına Mardukun əlindən xeyir dua almaq üçün yığışırdılar. Tanrılar burada xorla "Marduk Babilin və bütün yerin göyün, tanrıların tanrısıdır, bütün tanrıların həyatını pak edəndir, onun taleyindən yüksək heç nə yoxdur." deyərək ona sadiq olduqlarını bildirərdilər.
Rəmzləri
Mardukun rəmzləri kətman, bel və Muşhuş əjdahası sayılır. Onun bədəninin hissələri isə müxtəlif heyvan və bitkilərlə eyniləşdirilir. Onun əsas daxili şirə, içalatı itə, onurğası kedr ağacına, barmaqları qamışa, kəlləsi gümüşə, toxumu isə qızıla oxşadılır[3].
İstinadlar
- Thorkild Jacobsen 1968, The Battle between Marduk and Tiamat. Journal of the American Oriental Society 88/1, 106
- Мифы народов мира, Древний Египет / И.В. Рак , Месопотамия / А.И. Немировски, Л.С. Ильинская. - М.: Мир книги, Литература, 2007.-432 с. ISBN 978-486-01299-0 (rus.)
- Мифы народов мира / Ред. С. А. Токарев. — М.: Советская энциклопедия, 1991. — Т. 2, с. 110.
Mənbələr
- Мифы народов мира, Древний Египет / И.В. Рак, Месопотамия / А.И. Немировски, Л.С. Ильинская. - М.: Мир книги, Литература, 2007.-432 с. ISBN 978-486-01299-0 (rus.)