Maralyansarov

MaralyansarovAzərbaycan Respublikasının Ağdərə rayonunun Həsənqaya kənd inzibati ərazi dairəsində kənd.[1]

Maralyansarov
40°29′11″ şm. e. 46°56′20″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ5900
Nəqliyyat kodu 59
Maralyansarov xəritədə
Maralyansarov
Maralyansarov

Tarixi

Qarabağda iki Sarov adlı kənd vardı. Onlardan biri Maralyan Sarov, digəri Bəyim Sarov adlanırdı. Maralyan kənd adı Cənubi Azərbaycanın Ərdəbil əyalətinin Bərzənd mahalında Maraluy kəndindən çıxmış ailələrin XVI əsrdə məskunlaşması nəticəsində yaranmışdır. Bu da Maraluy kənd- adından fars dilində cəm bildirən-an şəkilçisindən ibarətdir.[2]

Kənd Ağdərə rayonunun tərkibində olub. 1992-ci ildə Ağdərə rayonu ləğv edilib ərazisi qonşu rayonlar arasında bölüşdürüldükdən sonra kənd Tərtər rayonunun ərazisinə düşüb.

1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Maralyansarov kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Maralyansarov kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır.

5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib.[3]

İstinadlar

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. B.Budaqov, Q.Qeybullayev Yuxarı Qarabağın Toponimləri Bakı.2005
  3. "Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında Azərbaycan Respublikasının Qanunu" (az.). president.az (2023-12-28 tarixində nəşr olunub). 2023-12-05. 2023-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-27.

Xarici keçidlər


Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.