Maral Şirinova

Maral İbrahim qızı Şirinova (1 yanvar 1930, Kortala, Balakən rayonu2010) — Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (02.10.2002)[1]

Maral Şirinova
Doğum tarixi 1 yanvar 1930(1930-01-01)
Doğum yeri
Vəfat tarixi 2010
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
Vətəndaşlığı SSRİ SSRİAzərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Fəaliyyəti müəllimə, tütünçü
Partiyası
Mükafatları Sosialist Əməyi Qəhrəmanı  — 1949
"Lenin" ordeni

Həyatı

1930-ci il yanvarın 1-də Azərbaycan SSR-in Zaqatala qəzasının Kortala kəndində (hazırda Balakən rayonunda kənd) Nəsiblər nəslində anadan olub.

1952-ci ildə Şəki Pedaqoji Texnikumunu bitirmişdir.

1945-1950-ci illərdə Balakən rayonunun "Kommunizm" kolxozunun manqabaşı olmuşdu. 1948-ci ildə “Trapezond” sortu üzrə 3 hektar sahədə hər hektardan 25,2 sentner tütün məhsulu alıb.

Maral Şirinova həmçinin, Azərbaycanın ictimai həyatında da fəal iştirak etmişdir. 1952-ci ildən orta məktəbdə müəllim işləmişdir. 1967-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü, 1968 və 1978-ci illərdə müəllimlərin Ümumittifaq qurultayının nümayəndəsi olmuşdur.

2010-cu ildə 80 yaşında vəfat edib.

Mükafatları

1949-ci il 1 iyul tarixli SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə, 1948-ci ildə yüksək tütün məhsulu topladığına görə Şirinova Maral İbrahim qızı Sosialist Əməyi Qəhrəmanı adı verilmiş, Lenin ordeni"Oraq və Çəkic" qızıl medalları təqdim olunmuşdur.

Azərbaycanın elm və təhsil sahəsində böyük xidmətlərinə görə, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” 11 iyun 2002-ci il tarixli Fərmanına uyğun olaraq 2002-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.

İstinadlar

  1. "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". «LegalActs» LLC (az.). legalacts.az. 02.10.2002. 2016-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-13.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.