Marakaybo gölü
Marakaybo — Venesuela ərazisində yerləşən iri duzlu göl. Göl tektonik məşəlli olaraq Serra-de-Periha (qərb) və Kordilera-de-Merida (şərq) sıra dağları ilə əhatələnir. Şimal hissədə dayaz, cənubunda isə dərinlik 250 m təşkil edir.[2] Göl birbaşa Venesuela körfəzi ilə dayaz (2–4 m) boğazla birləşir. Gölə tökülən ən iri çay Katatumbo çayıdır. Cənubi Amerikanın ən böyük gölü olaraq 13 210 km² sahəyə malikdir. Dünyanın ən qədim göllərindən biri hesab edilir.[3] Gölün sahilində Venesuelanın əhalisinin hardasa ¼ hissəsi yaşayır.
Marakaybo gölü | |
---|---|
isp. Lago de Maracaibo | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 0 ± 1 m |
Eni | 67 km |
Uzunluğu |
|
Sahəsi | 13 210 km² |
Həcmi | 280 ± 1 km³ |
Dərin yeri | 250 m |
Tökülən çay | Katatumbo çayı |
Yerləşməsi | |
9°48′57″ şm. e. 71°33′24″ q. u. | |
Ölkə | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Gölün adı koloniyalaşma zamanı yerli sərkərdə Maranın şərəfinə adlandırılmışdır. Mənası isə "Maranın torpağı" anlamını verir.
Coğrafiya
Marakaybo gölünün dənizlə birbaşa yol vardır: Marakaybo və Kamibas limanları ilə əlaqə yaranır. Gölün hövzəsində böyük neft ehtiyatı vardır. Buda Venesuelanın inkişafına təkan verir. Gölü okeanla birləşdirən dərin kanal gölə iri takerlərin daxil olmasına imkan verir. Keçidin üzərində 8 kilometrlik körpü 1962-ci ildə istifadəyə verilmişdir.
Gölün üzərində Katatumbo ildırımı baş verir. Bu atmosfer hadisəsi Katatumbo çayının gölə töküldüyü yerdə baş verir.
Yaşayış məntəqələri
Gölün üzərində cənub, cənub-qərb hissədə bir neçə su üzərində asma kəndlər vardır. Burada yaşayan insanlar sivilizasiyadan kənarda yaşayır. Onlar bir sıra xəstəliklərdən əziyyət çəkirlər. Bu xəstəliklərdən ən geniş yayılanı Hantinqtona xəstəliyidir ki, yerli əhali bu xəstəliyi " Müqəddəs Vitanın rəqsi" adlandırırlar.
İstinadlar
- Wiki Loves Monuments monuments database. 2017.
- Латинская Америка Энциклопедический справочник, 2 том, "Советская энциклопедия", Москва, 1982 −656с.
- "Маракайбо на LakeNet". 2012-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-25.
Mənbə
- Lake Maracaibo — Encyclopædia Britannica