Marağa Universiteti

Marağa Universiteti (fars. دانشگاه مراغه) — İran İslam Respublikasının Şərqi Azərbaycan ostanının Marağa şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin rektoru Saleh Şahabivənddir.

Marağa Universiteti
37°22′24″ şm. e. 46°16′54″ ş. u.
Əsası qoyulub 1987
Tip Universitet
Rektor Saleh Şahabivənd
Tələbə sayı 1000+
Şəhər Marağa
Ölkə
Sayt maragheh.ac.ir

Tarixi

Marağa Universiteti 1987-ci ildən fəaliyyət göstərir.

Kontingent

Marağa Universitetində min nəfərdən çox tələbə təhsil alır.

Azərbaycanşünaslıq Dərnəyi

Universitetdə Azərbaycanşünaslıq Dərnəyi fəaliyyət göstərir. Dərnək türk dili və ədəbiyyatının tədris edilməsi ilə bağlı xeyli cəhd göstərmiş, universitetin Mədəniyyət Şurasına çoxlu məktublar göndərmişdir[2]. Nəhayət, dərnəyin müraciəti Mədəniyyət Şurasından Universitetin Təhsil Şurasına, oradan isə Elm, Təhqiqat və Texnologiya Nazirliyinə çatdırılıb[2]. Sonra müraciətin cavablandırılması üzrə prosedur yenidən Universitetin Qərarçıxarma Şurasına tapşırılıb[2]. Şura isə tələbələrin ardıcıl müraciətlərini nəzərə alaraq müraciəti dəyərləndirib və bu barədə 2016-cı ildə müsbət qərar çıxarıb[2].

Nəşrlər

"Elin" jurnalı

Marağa Universitetində nəşr edilən "Elin" jurnalı türkcə-farsca öyrənci dərgisidir[3]. Onun nəşrinə 4 illik fəaliyyətindən sonra 2015-ci ildə Universitet Nəşrlərinə Nəzarət Komitəsi tərəfindən 1 illik qadağa qoyulmuşdur[3]. O vaxta qədər jurnalda dərc edilən yazılartarix, kimlik, ədəbiyyat, ana dili və azlıq hüquqları mövzularında olmuşdur[3].

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.