Şıxarx
Şıxarx (əvvəlki adları: Marağa; Marağaşen; Marquşavan; Leninavan) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Şıxarx qəsəbə inzibati ərazi dairəsində qəsəbə.[1] Azərbaycan Respublikası Milli Məclisinin 25 avqust 1992-ci il tarixli, 287 saylı Qərarı ilə Ağdərə rayonunun Leninavan qəsəbə Soveti Tərtər rayonunun tərkibinə verilmişdir.[2] Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Tərtər rayonunun Leninavan qəsəbəsi Şıxarx qəsəbəsi adlandırılmışdır.[3] 5 dekabr 2023-cü ildə Şıxarx qəsəbəsi Ağdərə rayonunun tərkibinə daxil edilib.[4]
Qəsəbə | |
Şıxarx | |
---|---|
40°19′48″ şm. e. 46°52′48″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 315 m |
Saat qurşağı | |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Toponimikası
1828-ci ildə Rusiya Şimali Azərbaycanı işğal etdikdən sonra 200 erməni ailəsi Qacar dövləti ərazisindən, Cənubi Azərbaycanın Marağa bölgəsindən Qarabağa köçürüldü. Onlar məskunlaşdıqları ərazini gəldikləri yerlə bağlı olaraq "Marağa" adlandırdılar. Sonralar kəndin adı erməniləşdirilərək Marağaşen (ermənicə "Marağa kəndi" deməkdir) olmuşdur.
1954-cü ildə kənd Vladimir İliç Leninin şərəfinə Leninavan kimi rəsmiləşdirilmişdir. 1978-ci ildə həmin ailələrin Marağadan köçüb gəlməsinin 150-ci illiyi ilə əlaqədar kənd ərazisində abidə ucaldılmışdır.
Ermənistanın Azərbaycana təcavüzü başlandıqdan sonra ermənilərin Qarabağa gəlmə olduqlarının izini itirmək məqsədilə həmin abidədəki yazıların üstünü daşla hörmüşlər. 1992-ci ildə kəndə ərazidəki Şıx arxının adı verildi. Arxın adı isə Şıxlar nəsli ilə bağlıdır.[5]
Tarixi
1990-cı illər
1992-ci il aprel ayının 10-da Tərtər batalyonu Qarabağ müharibəsi tarixinə "Marquşavan əməliyyatı" adı ilə daxil olan döyüşə başlamışdır. İki gün davam edən döyüşdə hərbçilərə rayonun polis şöbəsinin əməkdaşları və mülki vətəndaşları da kömək etmişdir.[6] Bu əməliyyat nətiçəsində Tərtər batalyonu Marquşavan kəndini alsa da, qüvvələrin qeyri-bərabərliyi və hərbi texnikanın olmaması üzündən alınmış kəndi saxlamaq mümkün olmamış və 7 hərbçi, 4 polis əməkdaşı, 6 mülki vətəndaş qurban verərək geri çəkilməli olmuşdur. Şıxarx (Marquşavan) döyüşündə 400-ə yaxın əsir və girovlar götürüldü ki, onlar da daha sonra Xocalıdan olan sakinlərlə dəyişdirildi[7]. Həmin ermənilər daha sonra keçmiş Ağdərə rayonu ərazisində Nor Marağa (Yeni Marağa) adlı qəsəbə salaraq Qarabağ ərazisində yaşamağa davam edirlər.
Hal-hazırda Şıxarx qəsəbəsi döyüş bölgəsinə yaxın məsafədə yerləşdiyinə görə Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altındadır.
Yeni qəsəbə
2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na 2011-ci il 21 fevral tarixli Sərəncamla edilmiş Əlavələrin 1.7-ci bəndinin icrası ilə əlaqədar olaraq 1170 məcburi köçkün ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə yaşayış məhəlləsi tikilib. Layihəyə əsasən yaşayış məhəlləsində hər biri dördmərtəbəli olmaqla, 34 yaşayış binası, 1200 şagird yerlik məktəb, 280 yerlik uşaq bağçası, musiqi məktəbi, həkim məntəqəsi, inzibati bina, klub icma mərkəzi, Avtomat Telefon Stansiyası inşa edilib. Binalardakı mənzillərin 120-si bir, 504-ü iki, 472-si üç, 80-i dördotaqlıdır.[8]
Coğrafiyası və iqlimi
Qəsəbə Tərtərçayın sahilində, Qarabağ düzündə, rayon mərkəzindən 5 kilometr qərbdə, Tərtər-İstisu magistral avtomobil yolunun sağ və sol tərəflərində yerləşir. Ərazisi 3 min 29 hektardır.[9]
Əhalisi
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumatına əsasən Şıxarx qəsəbəsində əhali yaşamırdı.[10]
2013-cü ildə Şıxarx qəsəbə nümayəndəliyində 414 ailə qeydiyyatda idi. Burada 37 nəfərdən ibarət 11 yerli ailə və 673 nəfərdən ibarət 183 məcburi köçkün ailəsi yaşayırdı.[9]
2017-ci ildən Şıxarx qəsəbəsi ərazisində məcburi köçkün ailələri üçün yeni salınmış qəsəbədə 1176 ailə yaşayır.[11]
İstinadlar
- Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- "Azərbaycan Respublikası Ağdərə rayonunun bəzi kəndlərinin Tərtər rayonunun inzibati ərazi bölgüsünə daxil edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 25 avqust 1992-ci il tarixli, 287 saylı Qərarı". 2022-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-29.
- "Azərbaycan Respublikasının bəzi yaşayış məntəqələrinin tarixi adlarının bərpası və dəqiqləşdirilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı". 2022-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-10.
- "Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında Azərbaycan Respublikasının Qanunu" (az.). president.az (2023-12-28 tarixində nəşr olunub). 2023-12-05. 2023-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-27.
- Şıxarx // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
- Elman Cəfərli. ""1991-ci ildə Bakı hərbi hissələrə hücum edərək silahları, texnikanı götürən biz idik"". Karabakhinfo.com. 23.01.2015. 2016-04-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 aprel 2016.
- ""Seysulanda düşmənin xeyli sayda canlı qüvvəsini məhv etməyə nail olduq" – Batalyon komandiri ilə MÜSAHİBƏ". 2019-04-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-04-07.
- "İlham Əliyev Tərtərdə 1170 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksi ilə tanış olub". 2021-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-04.
- Tərtər: cəbhə bölgəsi mətanət nümunələri göstərir
- Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi: 2.5. 2012-ci ilin əvvəlinə iqtisadi və inzibati rayonlar, eləcə də şəhər yaşayış məntəqələri üzrə əhalinin cins bölgüsündə sayı Arxivləşdirilib 2012-06-26 at the Wayback Machine (min nəfər)
- "Tərtər rayonunun Şıxarx qəsəbəsi ərazisində 1176 məcburi köçkün ailəsi üçün yeni salınmış qəsəbədə dezinfeksiya işləri aparılıb". 2021-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-04.