Marşal tələb funksiyası
Mikroiqtisadiyyatda istifadə olunan Marşal tələb funksiyası (ing. Marshallian demand function) (Alfred Marşal şərəfinə) göstərir ki, istehlakçı hər bir qiymət və var-dövlət vəziyyətində nə qədər alacaq, nəzərə alaraq ki bu qərar faydanın maksimallaşdırılmasının problemini həll edəcək. Marşal tələb funksiyası həm də Valras tələbi (Leon Valrasın şərəfinə) və ya "əvəzini verməyən tələb funksiyası" kimi tanınır, çünki Marşalın ilkin təhlili var-dövlətin effektlərini nəzərə almırdı.
Faydanın maksimallaşdırılması probleminə uyğun olaraq, p qiymətlərinə L məhsullar var. w var-dövlətinə malik olan istehlakçı və bir sıra imkanı çatan seçimlər mövcüddur:
- ,
burada, qiymətlərin daxili məhsul fəzası və məhsulların sayıdır. İstehlakçının faydalılıq düsturu aşağıdakı kimidir:
- .
İstehlakçının Marşal tələb müvafiqliyi belə təyin olunur:
- .
Əgər faydanı maksimallaşdıran seçim hər bir qiymət və var-dövlət üçün yeganədirsə, bu Marşal tələb funksiyası adlanır.
Misal
Əgər iki məhsul varsa, onda öz gəlirini həmişə hər bir məhsul üçün yarıya bölən istehlakçı Marşal tələb funksiyasına malikdir.
İstinadlar
- Mas-Colell, Andreu; Whinston, Michael; & Green, Jerry (1995). Microeconomic Theory. Oxford: Oxford University Press. ISBN 0-19-507340-2