Marçello Mastroyanni

Marçello Mastroyanni (it. Marcello Mastroianni) — İtaliya aktyoru.

Marçello Mastroyanni
it. Marcello Mastroianni
Doğum adı Marcello Vincenzo Domenico Mastrojanni[1]
Doğum tarixi
Doğum yeri Fontana Liri, Latsio, İtaliya
Vəfat tarixi (72 yaşında)
Vəfat yeri Paris, Fransa
Vəfat səbəbi mədəaltı vəzin xərçəngi
Dəfn yeri
  • Kampo Verano[d]
Vətəndaşlığı
Partnyorları
Fəaliyyəti aktyor, kino aktyoru
Fəaliyyət illəri 1947—1996
Təhsili
Mükafatları Oskar (1963, 1978, 1988)
BAFTA (1961, 1965)
Devid di Donatello (1964)
Qızıl kamera (1995)
Ən yaxşı aktyor (1970, 1987)
IMDb ID0000052
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Marçello Vinçenso Domeniko Mastroyanni 28 sentyabr 1924-cü ildə İtaliyada anadan olmuşdur. Uşaqlığı, eləcə də gəncliyi TurinRoma şəhərlərində keçmişdir. Bu dövrdə tamaşalar son dərəcə neorealist üslubunda hazırlanırdı. İş elə gətirir ki, aktyorun çəkildiyi ilk filmlər də bu üslubda olur.

Lukino Viskontinin "Bəyaz gecələr" və Mario Moniçellinin "Naməlum cinayətkarlar" filmlərində çəkilən Mastroyanni Fellininin "Şirin həyat" filminə çəkiləndən sonra daha da məşhurlaşır. Bu ekran əsəri onu bütün Avropaya tanıdır.

1961-ci ildə kino tənqidçiləri Mastroyanninin "Gecə" filmində (rejissor: Mikelancelo Antonioni) ifa etdiyi obrazı müzakirə edirlər. Bu aktyorun iştirakı ilə sonralar çəkilmiş "İtalyansayağı boşanma" filmi də uğur qazanır. Marçello bu kinoda Stefaniya Sandrelli ilə birgə çəkilmişdi. Bu əsərin rejissoru Pyetro Cermi olmuşdur.

O, ardıcıl olaraq iki dəfə Britaniya kino akademiyasının mükafatını qazanmışdır. Daha sonra isə Federiko Fellininin "Səkkiz yarım" filmində çəkilən aktyor burada Klaudiya Kardinale ilə tərəf-müqabil olmuşdur. Elə bu filmin çəkildiyi ildə də ona "Dünən, bu gün, sabah" layihəsində Sofi Lorenlə işləmək nəsib olur.

Mastroyanni ilk dəfə 1946-cı ildə Flora Karabella ilə ailə həyatı qursa da o, əsl məhəbbətini Fransada tapır. Məhz orada aktrisa Katrin Denövlə evlənir və onların bir qızı dünyaya gəlir[2].

XX əsrin 70–80-ci illərində Mastroyanni əvvəlki illərə nisbətən daha çox filmdə çəkilir. Hər il onun iştirakı ilə bir neçə film kinoteatrlara çıxırdı. 1986-cı ildə isə o, Kann kinofestivalının mükafatını qazanır və "Oskar"a namizəd göstərilir.

M. Mastroyanni son kino rollarından birini 1994-cü ildə rejissor Robert Oltmanın "Yüksək dəb" filmində ifa etmişdi.

Marçello Mastroyanni 19 dekabr 1996-cı ildə Fransanın Paris şəhərində vəfat etmişdir.

Filmoqrafiya

İlAzərbaycanca adıOrijinal adıRol
1949Avqustun bazar günüDomenica d’agostoErkole Nardi
1949Dəniz üzərində ürəkCuori sul mareMassimo Falçetti
1951Paris həmişə ParisdirParigi è sempre ParigiMarçello Venturi
1954Kanar şahzadəsiLa principessa delle Canariedon Diyeqo
1954Məhəbbət günləriGiorni D'AmorePaskuale
1957Atalar və oğullarPadri e figliÇezare
1957Bəyaz gecələrLe notti biancheMario
1958Həmişəki naməlumlarI Soliti IgnotiTiberio
1960Şirin həyatLa Dolce VitaMarçello Rubini
1960Gözəl AntonioIl bell'AntonioAntonio
1961İtalyansayağı boşanmaDivorzio all'italianaFerdinando Çefalu
1961GecəLa notteCovanni Pontano
1962Ailə tarixçəsiCronaca familiareEnriko
1963Səkkiz yarım8 ½Qvido Anselmi
1963Dünən, bu gün, sabahIeri, oggi, domaniKarmine Sbarati / Renso / Auqusto Ruskoni
1964İtalyansayağı nikahMatrimonio All’ItalianaDomeniko Soriano
1965Kazanova-70Casanova 70Andrea Rossi-Kolombotti
1965Onuncu qurbanLa Decima VittimaMarçello Poletti
1965Bu gün, sabah, birisigünOggi, domani, dopodomaniMario / Mişel
1967YadLo stranieroArtur Merso
1968SevgililərAmantiValerion
1970GünəbaxanlarI GirasoliAntonio
1971Bu ancaq başqalarının başına gəlirÇa n’arrive qu’aux autresMarçello
1971İcazə verin, özümü təqdim edim, Rokko PapaleoPermette? Rocco PapaleoRokko Papaleo
1971Keşişin arvadıLa moglie del pretedon Mario
1972Nə?Che?Aleks
1973Romada qətlMassacre In RomePyetro Antonelli
1973Böyük acgözlükLa Grande AbbuffataMarçello
1974Ağ qadına toxunmaTouche pas a la femme blanchegeneral Corc Armstronq Kaster
1975Qanqsterin oyuncağıLa Pupa Del GangsterÇarli Koletto
1975Bazar gününün qadınıLa donna della domenicaSalvatore Santamaria
1976Xanımlar və cənablar, gecəniz xeyrə qalsınSignore e signori buonanottePaolo
1976Todo modoTodo mododon Qaytano
1977Əlvida, kişiCiao maschioLuici Noçello
1977İkiqat qətlDoppio delittoBruno Baldassarre
1978Qanlı ədavətFatto di sangue fra due uomini per causa di una vedova, si sospettano moventi politiciRozario Mariya Spallone
1979Neopolitan detektiviGiallo napoletanoRafael
1979Özünlə qalCosi' come seiCulio Marenqo
1980Qadınlar şəhəriLa Città Delle DonneSnaporaz
1981DəriLa pelleKursio Malaparte
1981Sevgi kabusuFantasma d’amoreNino Monti
1982Qapı arxasındaOltre la portaEnriko Sommi
1982Yeni dünyaIl Mondo NuovoCakomo Cirolamo Kazanova
1983Pyeranın hekayətiStoria Di PieraLorenso
1986Cincer və FredGinger E FredPippo Bottiçella ("Fred")
1987MüsahibəIntervistaözü
1987Qara gözlərОчи чёрныеmemar Romano Patroe
1989Saat neçədir?Che ora è?Marçello
1990Hər kəsin bütün işləri qaydasındadırStanno Tutti BeneMatteo Skuro
1991Gözəl sevgiCin cinÇezario Qrimaldi
1992İkinci nəfəsUsed PeopleCo Meledandri
1993Bu barədə danışmaq istəmirəmDe Eso No Se HablaLüdoviko D’Andrea
1994Yüksək dəbPrêt-à-PorterSergey / Sercio
1995Buludlar arxasındaAl di là delle nuvolerəssam
1995Simon Sinemanın 101 günüLes Cent et une nuits de Simon Cinemaitalyan dost
1996Üç həyat və bir ölümTrois vies et une seule mortMateo Strano

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.