Maqura mağarası

MaquraBolqarıstannın Vidin vilayəti ərazisində, Rabışa kəndi yaxınlığında, Vidin şəhərinin ərazi vahidliyində yerləşir.

Maqura mağarası
Ümumi məlumatlar
Uzunluğu
  • 2.500 m
Kəşf tarixi 1960
Dövrü Paleolit
Yerləşməsi
43°43′06″ şm. e. 22°36′01″ ş. u.
Ölkə  Bolqarıstan
Maqura mağarası xəritədə
Maqura mağarası
Maqura mağarası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Mağara hələ qədim zamanlardan məşhur olmuşdur. Belə ki, Roma imperiyası dövründə və orta əsrlərdə mağara tətqiq olunmuşdur.

Xüsusiyyətləri

Mağaranın ümumi uzunluğu 3 kilometrə[1] yaxındır. Mağara uzun və geniş dəhlizlərə sahibdir. Dəhlizlərlə sona qədər getmək məqsədi ilə insana 5 saat lazım gəlir. Maqura özünün stalaktit, stalaqmit və stalaqnatları ilə məşhurdur. Ən böyük stalaqnat (və ya stalaqnot) 20 m hündürlük və 4 m enə malikdir. Ən böyük stalaqmit isə 11 m uzunluq və 6 m diamtrə malikdir.

İl boyu mağarada temperatur sabit olaraq qalır. Maquranın teperaturu + 12 °C təşkil edir. Maquranın daxilində rütubət 80%-dir. Maqura mağarası 461 metr dəniz səviyyəsindən yuxarıda yerləşir. Mağaranın morfologiyası altı müxtəlif ölçülü zallar və onun ətrafında üç lateral qalereyalardan ibarətdir.

1974 və 1975-ci il yayı mağara uğurla Vassil Dimitrov tərəfindən astma xəstəliyinin müalicəsində istifadə edilmişdir.

Fauna

Mağarada tapılan mağara ayısı, mağara kaftarı, tülkü, canavar, vəhşi pişik və su samurunun qalıqları aşkarlanmışdır. Hazırda isə burada yalnız əsasən yarasalar yaşayır.

Rəsmlər

Mağarada 700 qaya üstü rəsm mövcuddur. Bu ilkin rəsm nümumələri Avropa və Balkanlarda üçün unikaldır. Bu rəsmlərdə qadın, ovçular, heyvanlar, bitkilər, günəş və ulduzlar təsvir edilmişdir. Bolqar araşdırmaçılarının fikirinə görə mağaranın divarlarında olan təsvirlərdə günəş təqvimi təcvir edilmişdir. Bu Avropada ilk təsvir edilən günəş təqvimidir. Təqvimdə 366 gün vardır[2][3][4]. Alimlərin fikirinə görə insanlar hələ paleolit dövrübdən vaşayış olmuşdur (100 000 — 40 000 il bizim eradan əvvəl.).

Müasir həyat

Mağaranın görünüşü

Mağarada hazlrda Şərab saxlanılır. Üstəlik dövlət nağaraya turistlərin cəlb edilməsi məqsədi ilə müəyyən turlar təşkil edir. Turistlər üçün hündürlüyü 30, eni 58, uzunluğu 130 m olan zalda klassik müsiqilər səsləndirilir. Turustlərin sərbəst hərəkəti məqsədi ilə pilləkənlər hazırlanmışdır.

İatinadlar

  1. Kassabova, Kapka. Bulgaria. New Holland. 2008. səh. 115. ISBN 978-1-84537-564-5.
  2. Maqurada Avropanın ən qədim günəş təqvimi təsvir edilmişdir.
  3. Stoev, Alexey; Maglova, Penka, Astronomy in the Bulgarian Neolithic // Ruggles, Clive L. N. (redaktor ), The Handbook of Archaeoastronomy and Ethnoastronomy, New York: Springer, 2014, 1377–1384, ISBN 978-1-4614-6140-1
  4. Tomova, Iva; Lazarkevich, Irina; Tomova, Anna; Kambourova, Margarita; Vasileva-Tonkova, Evgenia. "Diversity and biosynthetic potential of culturable aerobic heterotrophic bacteria isolated from Magura Cave, Bulgaria". International Journal of Speleology. 42 (1). 1 January 2013: 65–76. doi:10.5038/1827-806X.42.1.8.

Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.