Maqsud Paşa

Maqsud Paşa (ö. sentyabr 1644) — IV MuradSultan İbrahim səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi.

Maqsud Paşa
ƏvvəlkiNəqqaş Mustafa Paşa
SonrakıƏyyub Paşa
Şəxsi məlumatlar
Vəfat tarixi
Vəfat yeri İstanbul, Osmanlı imperiyası
Vəfat səbəbi Edam

Həyatı

Doğum tarixi haqqında məlumat yoxdur. Sipahi ocağında yetişərək dəftərdar Ömər Əfəndinin xidmətinə alındı. Ardından Ömər Əfəndinin kəndxudası və saray miraxuru oldu. 1640-cı ildə vəzir rütbəsiylə Diyarbəkir bəylərbəyi təyin edilsə də, bir il sonra vəzifədən alındı. 3 oktyabr 1642-ci ildə Misir bəylərbəyi oldu. Ancaq burada yerli əyanlarla və orduyla problemlər yaşadı. Nəhayət, ordu qarşısındakı acizliyi bəhanə göstərilərək 21 aprel 1644-cü ildə vəzifədən alınaraq paytaxta çağırıldı. Gələr-gəlməz Yeddiqüllə zindanlarına həbs edilən Maqsud Paşa mal-mülkü müsadirə edildikdən sonra həmin ilin sentyabrında edam edildi.

Mənbə

  • Sicill-i Osmani III, səh. 249
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.