Maqsud Məmmədov (aktyor)

Maqsud Fazil oğlu Məmmədov — aktyor, Azərbaycanın əməkdar artisti (2018).

Maqsud Məmmədov
Maqsud Fazil oğlu Məmmədov
Digər adı Məqsud Məmmədov
Doğum tarixi
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Fəaliyyəti Aktyor, Qrim Rəssamı
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı  — 2018

Həyatı

Maqsud Məmmədov Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyoru fakültəsini 1995-ci ildə bitirib.

1994-cü ildən S. Vurğun adına Rus Dram Teatrının aktyorudur. Teatrda işlədiyi müddətdə bir çox rollar oynamışdır. Onun yaratdığı: Aqent ("Vid s mosta" A. Miller), Mahmud ("Ray v şalaşe" K. Aslanov), Aktyor ("Salam, mən sizin dayınızam" Elçin), Doristeo ("Xitroumnaya vlüblyonnaya" L. de Veqa), Reks ("Nedosyaqayemaya" S. Moem), Tomas Mor ("Kral oyunları" Q. Qorin), Celme ("Çingizxanın sirri" M. Şaxanov), Şoklü Məlik ("Burla xatun" N. Xəzri), Kazımbəyov ("Neft bumu" R. İbrahimbəyov), Jon Vallone ("Daha bir Cekson" X. Berqer), Qersoq Albanski ("Kral Lir", U. Şekspir), Şapur ("Fərhad və Şirin" S. Vurğun) kimi obrazları aktyorun rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir.

Mükafatları

27 may 2018-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.[1]

27 iyun 2013-cu ildə "Fəxri Mədəniyyət İşçisi" döş nişanina layiq görülmüşdür.[mənbə göstərin]

10 may 2019-cu ildə[2], 7 may 2020-ci ildə[3] və 7 may 2021-ci ildə[4] Prezident Mükafatına layiq görülmüşdür.

Filmoqrafiya

  1. Atama deyərəm (film, 2006)
  2. Azərbaycan xanlıqları. Naxçıvan və İrəvan xanlıqları. 5-ci film (film, 2003)
  3. Bir anın həqiqəti (film, 2003)
  4. Çətin yol (film, 2006)
  5. Ci-Mi (film, 2008)
  6. Əlamət (film, 2006)
  7. Əziz dost (film, 2006)
  8. Hesab (film, 2006)
  9. Məhkumlar (film, 2007)
  10. Məzə (film, 2006)
  11. Milçək (film, 2006)
  12. Nə gözəldir bu dünya... (film, 1999)
  13. Nümunəvi şagird (film, 2006)
  14. Peşə (film, 2006)
  15. Rüşvət (film, 2006)
  16. Seçilən (film, 2008)
  17. Vərdiş (film, 2006)
  18. Qırmızı bağ (film, 2016)

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.