Maqnum Foto

Maqnum Foto — beynəlxalq foto agentliyi. Nyu-York, Paris, LondonTokioda ofisləri olan agentlik 1947-ci ildə başda Anri Kartye-Bresson olmaqla müharibə fotoqrafları Robert Kapa, Devid SeymurCorc Rocer tərəfindən yaradılmışdır.

Maqnum Foto
Loqonun şəkli
Ümumi məlumatlar
Tipi Kooperativ
Sənaye fotoqrafiya, fotojurnalistika
Məhsulu fotojurnalistika
Təsis tarixi 1947
Baş qərargahın yeri Nyu-York, Paris, London, Tokio
Rəhbərlik
Təsisçilər Anri Kartye-Bresson, Robert Kapa, Devid Seymur, Corc Rocer
Magnum Photos
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yaranması

Agentlik 1947-ci ildə Parisdə Robert Kapanın ideyası əsasında Robert Kapa, Anri Kartye-Bresson, Devid Seymur, Corc Rocer, Uilyam Vandivert, Rita VandivertMariya Eyzner tərəfindən yaradılıb. Rita Vandivert agentliyin ilk prezidenti və Nyu-York ofisinin rəhbəri seçildi. Mariya Eyzner Paris ofisinə rəhbər təyin edildi. Plana görə, C.Rocer AfrikaYaxın Şərq, A.Kartye-Bresson Cənubi və Şərqi Asiya, D.Seymur və U.Vandivert AvropaABŞ-dən fotolar çəkməli idilər. R.Kapa isə haranı və hansı hadisəni çəkəcəyini sərbəst şəkildə seçməli idi.

Maqnum üzvləri tərəfindən yaradılan ilk fotoqrafiya koorporasiyadır. Heyət fotoqraflara dəstək göstərir və onların müəlliflik hüquqlarını müdafiə edirdi.

Yeni üzvlərin seçilməsi

Maqnumun yeni yarandığı illərdə üzvlük ümumi xarakter daşıyırdı və Robert Kapanın şəxsi dəvəti ilə qəbul edilirdi. 1955-ci ildə bu günə qədər qüvvədə qalan üç mərhələli üzvlük sisyemi yaradıldı.

Nyu-Yorkda, Parisdə və yaxud Londondakı ofislərində ildə bir dəfə - iyun ayının sonuncu həftəsində görüşən Maqnum fotoqrafları korporasiyanın işlərini müzakirə edirlər. Bu görüşlərin bir günündə potensial yeni üzvlərin müraciətlərinə, portfoliolarına baxılıb səsvermə keçirilir. Qəbul olunmuş müraciətçi "Üzvlüyə namizəd" olmağa dəvət edilir. Bu üzvlük kateqoriyası namizədlə üzvlərin bir-birini tanımasına şərait yaradır, heç bir tərəf üzərinə heç bir məsuliyyət qoymur.

"Üzvlüyə namizəd"likdən iki il sonra fotoqraf "Müxbir üzv" olmaq üçün başqa yeni bir portfolio təqdim edir. Əgər uğurlu olarsa, fotoqraf agentliyin qaydaları ilə yaxından tanış olur, onun imkanlarından və ümumdünya təqdimatlarından yararlanır. "Tam üzv"lə "Müxbir üzv" arasındakı əsas fərq ondan ibarətdir ki, müxbir üzv korporasiyanın mühim qərarlarında səsvermə hüququna malik deyil. "Müxbir üzv" iki ildən sonra "Tam üzv" olmaq istəyirsə, yeni bir portfolio təqdim edir, üzvlər onun işlərinə səsvermə ilə qiymət verirlər.

Üzvlərinin siyahısı

AdıMilliyyətiƏməkdaşlıq etdiyi müddət
Abbas Attarİran İran1981-
Kristofer AnderssonABŞ ABŞ2005-
Ansel AdamsABŞ ABŞ1956
Eve ArnoldABŞ ABŞ1951-
Oliviya ArturBöyük Britaniya Birləşmiş Krallıq2008-
Miça Bar-Amİsrail İsrail1968-
Bruno BarbeyMərakeş Mərakeş1964-
Yonas BenediksenNorveç Norveç2004-
İan BerriBöyük Britaniya Birləşmiş Krallıq1967-
Hiroşi HamayaYaponiya Yaponiya1960-1999
Verner Bişofİsveçrə İsveçrə1949-1954
Brayan BreykYeni Zelandiya Yeni Zelandiya1957-1966
Maykl Kristofer BraunABŞ ABŞ2013-
Rene Burriİsveçrə İsveçrə1955-
Kornell KapaMacarıstan Macarıstan1954-2008
Robert KapaMacarıstan Macarıstan1947-1954
Anri Kartye-BressonFransa Fransa1947-2004
Çien-Çi ÇanqÇin Respublikası Tayvan1995-
Antuan D'AqataFransa Fransa2004-
Brüs DevidsonABŞ ABŞ1956-
Karl De KeyzerBelçika Belçika1990-
Luk DelahayeFransa Fransa1994-2004
Raymond DepardonFransa Fransa1978-
Biek DepurterBelçika Belçika2012-
Tomas DvorzakAlmaniya Almaniya2004-
Nikos EkonomopulosYunanıstan Yunanıstan1990-
Elliott ErvittABŞ ABŞ1953-
Martin FrankBelçika Belçika1980-2012
Stüart FranklinBöyük Britaniya Birləşmiş Krallıq1985-
Leonard FridABŞ ABŞ1956-2006
Kristina Qarsiya Roderoİspaniya İspaniya2005-
Jan QomiFransa Fransa1977-
Brüs GildenABŞ ABŞ1998-
Bört QlinnABŞ ABŞ1951-2008
Mark QodfreyABŞ1974-1981
Cim QoldberqABŞ ABŞ2002-
Filipp Cons QriffitsBöyük Britaniya Birləşmiş Krallıq1966-2008
Harri QruyaertBelçika Belçika1981-
Ara GülərTürkiyə Türkiyə
Ernst HaasAvstriya Avstriya1950-1986
Filipp HalsmanABŞ ABŞ1951-
Çarlz HarbuttABŞ ABŞ1964-1981
Erik HartmannABŞ ABŞ1951-1999
Devid Alan HarveyABŞ ABŞ1993-
Bob HenrikesABŞ ABŞ1957-1961
Tim HeterinqtonBöyük Britaniya Birləşmiş Krallıq2011-
Abigeyl HeymanABŞ ABŞ1970-
Tomas HoepkerAlmaniya Almaniya1964-
Devid HörnBöyük Britaniya Birləşmiş Krallıq1965-
Riçard KalvarABŞ ABŞ1975-
Cozef KudelkaÇexiya Çexiya1971-
Kent Kliçİsveç İsveç1998-2002
Hiroci KubotaYaponiya Yaponiya1971-
Dorotea LanqABŞ ABŞ1956-
Serxio LarrainÇili Çili1959-2012
Rassell LiABŞ ABŞ1956-
Gi lö KeresFransa Fransa1976-
Erix LessinqAvstriya Avstriya1950-
Herbert ListAlmaniya Almaniya1951-1975
Pol LouvBöyük Britaniya Birləşmiş Krallıq
Denni LionABŞ ABŞ1966-1968
Aleks Macoliİtaliya İtaliya1996-
Konstantin ManosABŞ ABŞ1963-
Meri Elen MarkABŞ ABŞ1977-1981
Piter MarlouBöyük Britaniya Birləşmiş Krallıq1982-
Fred Mayerİsveçrə İsveçrə1967-2009
Don MakKallinBöyük Britaniya 19681969-
Stiv MakKarriABŞ ABŞ1986-
Suzan MeyselasABŞ ABŞ1976-
Ueyn MillerABŞ ABŞ1958-2013
İnge MoratAvstriya Avstriya1953-2002
Dominik Nahrİsveçrə İsveçrə2010-
Trent ParkAvstraliya Avstraliya2002-
Martin ParrBöyük Britaniya Birləşmiş Krallıq1988-
Paolo Pelleqrinİtaliya İtaliya2001-
Gil PeresFransa Fransa1970-
Georgi PinxasovRusiya Rusiya1986-
Mark PauerBöyük Britaniya Birləşmiş Krallıq2002-
Raqu RayHindistan Hindistan1977-
Eli RidABŞ ABŞ1983-
Mark RibudFransa Fransa1955-
Ejen RiçardsABŞ ABŞ1983-
Migel Rio BrankoBraziliya Braziliya1978-
Corc RocerBöyük Britaniya Birləşmiş Krallıq1947-1995
Sebastiyan SalqadoBraziliya Braziliya1979-1994
Moises Samanİspaniya İspaniya2010-
Alessandra SanginettiArgentina Argentina2007-
Liz SarfatiFransa Fransa1997-
Fernando Siannaİtaliya İtaliya1982-
Cerom SesiniFransa Fransa2012-
Devid SeymurPolşa Polşa1947-1956
Merlin SilverstounABŞ ABŞ1964-
Ejen SmitABŞ ABŞ1957-1958
Yakob Ou SobolDanimarka Danimarka2007-
Alek SotABŞ ABŞ2004-
Kris Stil PerkinsBöyük Britaniya Birləşmiş Krallıq1979-
Dennis StokABŞ ABŞ1951-2009
Zo StrausABŞ ABŞ2012-
Mixail SubotskiCənubi Afrika Respublikası CAR2007-
Krin TakonisNiderland Niderland1954-1960
Nikolas TixomirovRusiya Rusiya1959-
Larri TouellKanada Kanada1988-
İlkka UimonenFinlandiya Finlandiya2002-
Bark AzzlABŞ ABŞ1967-1983
Piter van AqtmaelABŞ ABŞ2008-
Uilyam VandivertABŞ ABŞ1947-1948
Con VinkBelçika Belçika1993-
Aleks UebbABŞ ABŞ1976-
Donovan UiliBöyük Britaniya Birləşmiş Krallıq1992-
Patrik ZaşmanFransa Fransa1985-

Kitabları

  • Amerika böhranda (America in Crisis). 1969
  • Maqnum: əlli il tarixin ön cəbhəsində (Magnum: Fifty Years at the Front Line of History). 1999
  • Maqnum hekayələri (Magnum Stories). 2004
  • Fokusda bizim dünyamız (Our World In Focus). 2004
  • Pop altmışıncılar (Pop Sixties). 2008
  • Maqnumu oxumaq: müasir dünyanın vizual arxivi (Reading Magnum: A Visual Archive of the Modern World). 2013
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.