Maqdalena Roqman
Maqdalena Roqman (nid. Magdalena Roghman; 1637, Amsterdam, Hollandiya qraflığı – 1679, Amsterdam, Hollandiya qraflığı) — Holland qızıl dövrün rəssamı, və qravüraçısı.[1]
Maqdalena Roqman | |
---|---|
nid. Magdalena Roghman | |
| |
Doğum tarixi | 1637 |
Doğum yeri | |
Vəfat tarixi | 1679 |
Vəfat yeri | |
Fəaliyyəti | rəssam, qravüraçı |
Janrlar | Rəsmxət, qravür |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Maqdalena Roqman 13 yanvar 1632-ci ildə Amsterdamda qravüraçı Henrik Lamberts Roqman və Mariya Yakobs Savereyin ailəsində anadan olub. Anası məşhur sənətkar ailəsindən idi. Buna görə Maqdalena qardaşı Rolant Roqman və böyük bacısı Gertruda Roqman anası vasitəsilə məşhur rəssam Rolant Savereyin nəvəsi sayılırdı. Çünki Roland Saver anaları Mariya Yakobs Savereyin əmisi idi.[1] Maqdalena 1669-cu ildə Jan Rulof Heisterlə ailə qurub. Onun uşaqlarının olub-olmadığı, harada və nə vaxt öldüyü məlum deyil.[2]
O, böyük qardaşı məşhur rəssam Rolant və böyük bacısı Gertruda kimi qravür düzəldirdi. O, daha çox Jan Baranın 1650-ci ildə Amsterdamda nəşr edilmiş "Herstelde vorst, ofte Geluckigh Ongeluck" adlı kitabındakı iki qravüradan tanınır.[1] Bu əsər Amsterdamdakı Reyksmüzyemun çap otağında mühafizə olunur.[3]
İstinadlar
- Magdalena Roghman in the en:RKD
- Roghman, Magdalena Arxivləşdirilib 2023-12-13 at the Wayback Machine in het en:Digitaal Vrouwenlexicon van Nederland
- Geertruydt Roghman Arxivləşdirilib 2012-10-11 at the Wayback Machine on en:inghist