Manute Bol
Manute Bol (16 oktyabr 1962 – 19 iyun 2010[1]) — Sudan basketbolçusu.
Manute Bol | |
---|---|
Mövqeyi | mərkəz |
Boyu | 231 sm |
Çəkisi | 102 kq |
Vətəndaşlığı | |
Doğum tarixi | 16 oktyabr 1962 |
Vəfat tarixi | |
Oyunçu seçimi | Los-Anceles Klippers, Vaşinqton Uizards |
Həyatı və karyerası
Manute Bol 1962-ci ildə Sudanın cənubunda anadan olub.
Manute Bol 1985–1994-cü illərdə NBA-da çıxış edib. George Mureşan gələnədək, o, NBA tarixinin ən ucaboy basketbolçusu sayılıb. Rumıniyalı George Mureşan kimi, 231 sm boya malik Manute Bol 10 mövsüm ərzində "Vaşinqton Bullits", "Qolden Steyt Uorriors", "Filadelfiya 76" və "Mayami Hit" klublarında çıxış edib. Oyunçu karyerasını başa vurduqdan sonra isə o, Sudanın xeyriyyə və hüquq – müdafiə təşkilatında çalışıb.
Manute Bol böyrək xəstəliyindən müalicə olunmaq üçün 2010-cu ilin may ayında Sudandan ABŞ-yə qayıdıb. Lakin sabiq basketbolçunun həyatını xilas etmək mümkün olmayıb. 2010-cu ilin iyun ayında Kanzas ştatının Şarlottsvill şəhər xəstəxanasında 48 yaşında vəfat edib.[2]
İstinadlar
- http://www.nytimes.com/2010/06/20/sports/basketball/20bol.html.
- "Ən ucaboy basketbolçu öldü". 2009-10-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-06-22.