Manuel Robles Pesuela

Manuel Robles Pesuela (isp. Manuel Robles Pezuela; 23 may 1817, Quanaxuato[d], İspaniya imperiyası23 mart 1862) — Meksika siyasətçisi və hərbi xadimi . O, 24 dekabr 1858-ci ildən 21 yanvar 1859-cu ilə qədər Meksikanın prezidenti olmuşdur.

Manuel Robles Pesuela
Şəxsi məlumatlar
Doğum tarixi 23 may 1817(1817-05-23)
Doğum yeri
Vəfat tarixi 23 mart 1862(1862-03-23) (44 yaşında)
Fəaliyyəti siyasətçi, hərbi qulluqçu, nazir
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Amerika–Meksika müharibəsində iştirak etmiş,[1] İslahat müharibəsində Mühafizəkarlar tərəfində vuruşmuşdur.[2] O, sələfi Feliks Mariya Suloaqanın hökumətini devirdikdən sonra hakimiyyətə gəlmişdir.[3] Buna baxmayaraq, onun hökuməti kifayət qədər dəstək almamışdır. Onu tezliklə Migel Miramon əvəz etmişdir.[3]

Fransa işğalından sonra işğalçılarla əməkdaşlıqda şübhəli bilindiyi üçün həbs olunmuşdur. O, qaçmağı bacarmış və Fransa ordusuna qoşulmağa cəhd etmişdir, lakin öldürülmüşdür.

İstinadlar

  1. Rivera Cambas, Manuel. Los Gobernantes de Mexico: Tomo II. Aguilar Ortiz. 1873. 549.
  2. Bancroft, Hubert Howe. History of Mexico Volume V 1824-1861. The Bancroft Company. 1885. 751.
  3. Rivera Cambas, Manuel. Los Gobernantes de Mexico: Tomo II. Aguilar Ortiz. 1873. 550.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.