Manqo (bitki)
Manqo (lat. Mangifera) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sumaqkimilər fəsiləsinə aid bitki cinsi.
Manqo (bitki) | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Eudicots Klad: Core eudicots Klad: Superrosids Klad: Klad: Malvids Dəstə: Fəsilə: Yarımfəsilə: Anacardioideae Cins: Manqo |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Yayılması
İlk vaxtlar cinsə aid növlər Hindistanın Assam ştatında və Myanma dövlətinin rütubətli tropik meşələrində yayılmışdı. Hazırda isə bir çox ölkələrdə – ABŞ, Meksika, ÇXR-də, Cənubi Amerika ölkələrində, Mərkəzi Amerika ölkələrində Karib adalarında, Afrikanın tropik qurşaqlarında (məsələn Keniyada və Kot-d'İvuarda), bir çox Asiya ölkələrində (Tayland, Filippin), eləcə də Avstraliyada yetişdirilir
Növləri
- Mangifera acutigemma
- Mangifera altissima
- Mangifera andamanica
- Mangifera austroindica
- Mangifera austro-yunnanensis
- Mangifera blommesteinii
- Mangifera bullata
- Mangifera caesia
- Mangifera campnospermoides
- Mangifera casturi
- Mangifera collina
- Mangifera dewildei
- Mangifera dongnaiensis
- Mangifera flava
- Mangifera foetida
- Mangifera gracilipes
- Mangifera hiemalis
- Mangifera lalijiwa
- Mangifera indica
- Mangifera macrocarpa
- Mangifera magnifica
- Mangifera minutifolia
- Mangifera monandra
- Mangifera nicobarica
- Mangifera odorata
- Mangifera orophila
- Mangifera pajang
- Mangifera paludosa
- Mangifera parvifolia
- Mangifera pedicellata
- Mangifera pentandra
- Mangifera persiciformis
- Mangifera rubropetala
- Mangifera rufocostata
- Mangifera siamensis
- Mangifera similis
- Mangifera sumbawaensis
- Mangifera superba
- Mangifera sylvatica
- Mangifera taipa
- Mangifera transversalis
- Mangifera zeylanica
Əfsanəsi
Hindlilər onu "Prajayapati" – Bütün Dünyanın Tanrısının çoxsaylı təcəssümlərindən biri hesab edirdilər. Birma əfsanəsində deyilir ki, bir dəfə Buddaya böyük manqo meyvəsi gətirmişdilər. Onun ən sevimli tələbələrindən biri Ananda, müəllimi üçün onu kəsmişdi. Manqonu yeyəndən sonra, Budda onun çəyirdəyini Verdi və onun basdırılması lazım olan yeri ona göstərdi. Ananda müəlliminin istəyini yerinə yetirdi və bu zaman Budda öz əllərini yuyaraq, basdırılan yeri suladı. Dərhal çoxlu sayda gül və meyvələrlə dolu gözəl bir ağac yetişdi. Budda hər səhər ağacın yanına gəlirdi, manqo meyvəsini deşir və onun şirəsini içirdi, hansıkı onun əhval-ruhiyyəsini yüksəldir və müdriklik verirdi.
Hindistanda hələ də yeni binanın inşası zamanı, onun özülünə uzun mismarla fundamentə vurulan manqo qoyulması adəti mövcuddur. Bu yolla manqo evin bütün gələcək sakinlərinin müdafiəsinin və çiçəklənməsinin təminatçısı kimi qəbul olunur.
Manqo şirəsi
Manqoda həddən artıq çoxlu miqdarda dəmir olduğundan, o, anemiyanın müalicə vasitələrindən biridir və hamiləlik və menstruasiya zamanı qadınlar üçün çox faydalıdır. Əzələ qıc olmasından, stress və ürəklə bağlı problemlərdən əziyyət çəkən insanlar manqo şirəsindəki kalium və maqniumun yüksək tərkibindən faydalana bilərlər. Manqo şirəsi dəriyə və saçlara nəmləndirici, qidalandırıcı, reqenrasiya və mühafizəedici təsirə malikdir.
Vətəni Birma, Şərqi Hindistan və Himalay dağlarının ətəkləridir. Dünyada hər il 16 milyon ton manqo istehsal edilir ki, bunun da 65%-i Hindistanın payına düşür. Manqo çəyirdəkli meyvələr qrupuna aiddir. Hər meyvənin daxilində iri çəyirdəyi olur. Qabığı sıx və hamardır. Meyvələrinin uzunluğu 8-24 sm, diametri 5-10 sm olmaqla bir ədədinin kütləsi 250-118 400 qr, bəzi hallarda 2-3 kq olur. Forması yumru, yumurtavari və uzunsovdur. Qabığının rəngi yaşıl, yaşılımtıl-sarı, narıncı, çəhrayı, qırmızı və qarışıq olur. Ətliyi sarı və açıq narıncı rəngdə, şirəli, turşa- şirin və sortundan asılı olaraq az və ya çox lifli olur. Dad və ətri o qədər yaxşıdır ki, ona "Bütün meyvələrin şahı" adı verilmişdir. Dünyada 1500 manqo sortu vardır və bütün sortlar 4 qrupa bölünür. Florida sortlarına Haden, Tommy Atkins, Kent; Hindistan sortlarından Alphonso, Mulgoba, Bombay, Bangalora, Pairi, Him Sagar; Filippin sortlarından Carabao, Pico, Pathiri, Aroomanis; Cənubi Hindistan sortlarından Julie, Amelie, Peter göstərilə bilər.
Manqonun tərkibində 80-83% su, 10-16% şəkər (o cümlədən 0,5-1,5% qlükoza, 2-4% fruktoza, 7-11% saxaroza), 0,4-0,8% zülal, 0,2- 0,5% üzvi turşu, 0,3-0,5% minerallı maddə, 0,1-0,4% lipidlər, 20-50 mq% C vitamini, 2-10 mq% karotin vardır. Manqo çox ətirli meyvədir. 100 qr-ı 56 kkal və ya 236 kCoul enerji verir[3]
İstinadlar
- Linney K. Genera plantarum eorumque characteres naturales, secundum numerum figuram, situm, & proportionem omnium fructificationis partium. 5 Stokholm: 1754. S. 93. doi:10.5962/BHL.TITLE.746
- Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 200.
- Əhmədov Ə-C.İ., Əliyev N.T. Meyvə və tərəvəzin əmtəəşünaslığı. Ali məktəb tələbələri üçün dərslik. Bakı, ADIU-nin nəşriyyatı, 2009.