Manqa
Manqa (漫画, マンガ) və ya kommiku (コミック) — Yaponiyada və ya yapon dilində istehsal olunan komikslər. Müasir manqaların stili XIX əsrin sonlarında ortaya çıxmışdır.[1] Manqaların uzun və mürəkkəb tarixi var.[2]
Manqa | |
---|---|
Nəşriyyatlar | Shueisha • Kodansha • Shogakukan • Square Enix • siyahı |
Nəşrlər | Weekly Shōnen Jump • Weekly Shōnen Magazine • CoroCoro Comic • Monthly Shōnen Magazine • Weekly Young Magazine • Weekly Young Jump • Ciao • siyahı |
Seriyalar | Doraemon • One Piece • Dragon Ball • Naruto • Golgo 13 • Black Jack • Kochira Katsushika-ku Kameari Kōen-mae Hashutsujo • Case Closed • Crayon Shin-chan • Oishinbo • Slam Dunk • siyahılar |
Dillər | yapon |
Əlaqəli məqalələr | |
Yaponiyada "manqa" termini (kanci: yap. 漫画; hiraqana: yap. まんが; katakana: yap. マンガ; ⓘ) həm komiksləri, həm də karikaturaları bildirmək üçün işlədilir. Yaponiyadan xaricdə isə bu termindən Yaponiyada istehsal olunan komikslər üçün istifadə olunur.[3]
Yaponiyada hər yaşdan insan manqa oxuyur. Buna görə manqalar müxtəlif janrlarda və mövzularda ola bilər: döyüş-macəra, biznes və maliyyə, komediya, detektiv, tarixi, qorxu, romantika, elmi fantastika və fentezi, cinsəllik, idman və s. Manqaların çoxu digər dillərə tərcümə olunur. 1950-ci illərdən başlayaraq manqalar Yaponiya nəşriyyat sənayesinin başlıca sahəsinə çevrilmişdir.[4] 2007-ci ilin məlumatına görə Yaponiyada manqa bazarının həcmi 406 milyard ¥, 2009-cu ildə isə 420 milyard ¥ təşkil etmişdir.[5] Manqaların ancaq Yaponiyada deyil, digər ölkələrdə də böyük oxuyucu kütləsi var.[6] 2012-ci ildə Avropada və Orta Şərqdə manqa bazarının həcmi 250 milyon $ ilə ölçülmüşdür.[7] 2008-ci ildə ABŞ və Kanadada manqa bazarının həcmi 175 milyon $ təşkil etmişdir. Manqalar əsasən ağ-qara nəşr olunur.[8] Lakin rəngli manqalar da mövcuddur (məsələn, "Colorful"). Manqalar adətən böyük manqa jurnallarında serializasiya olunur. Əgər manqa uğur qazanarsa, fəsilləri toplanaraq tankobon cildlər şəklində buraxılır.[9] Manqa üzərində işləyən sənətçiyə manqaka deyilir. Manqaka əsasən bir neçə köməkçi ilə birlikdə işləyir və bir nəşriyyata bağlı olur.[10] Əgər manqa kifayət qədər populyarlıq əldə edərsə, əsasında anime serialı çəkilə bilər. Bu hətta manqanın serializasiyası zamanı da baş verə bilər.[11] Manqalar əsasında bəzən bədii filmlər və anime filmləri də çəkilə bilər.[12]
Manqalar Yaponiyaya yaxın ölkələrin komiks mədəniyyətlərinə də təsir etmişdir. Bu ölkələrə Çin, Honkonq, Tayvan ("manhua") və Cənubi Koreya ("manhva") aiddir.[13][14]
Etimologiya
"Manqa" sözünün yapon dilindəki qarşılığı 漫画 kanciləri ilə ifadə edilir.[15] Bu sözün birinci kancisi 漫 (man) "şıltaq və ya hazırlıqsız" mənasını, ikinci kancisi 画 (ga) isə "şəkillər" mənasını verir.[16]
"Manqa" sözü Santo Kyodennin "Shiji no yukikai" şəkilli kitabının (1798) çap olunmasında sonra[17][18] XVIII əsrdə[19] və Aykava Minvanın "Manga hyakujo" (1814) əsərinin və məşhur ukiyo-e rəssamı Katsuşika Hokusayın eskizlərindən ibarət məşhur "Hokusai Manga" kitablarının (1814–1834) nəşr olunmasından sonra XIX əsrin əvvəllərində geniş şəkildə istifadə olunmağa başlamışdır.[20] Sözdən müasir mənası ilə ilk dəfə Rakuten Kitazava (1876–1955) istifadə etmişdir.[21]
İlk dəfə, bu sözü "karikatura" mənasında gec Meyci dövründə (1868-1912) iştətməyə başladılar.[22] Müasir yapon dilində "manqa" sözü bütün komiks, karikatura və animasiya növləri üçün istifadə olunur. Xarici ölkələrdə "manqa" sözü əsasən "Yaponiya komiksləri" mənasında işlədilir. Animasiya rəsmlərindən istifadə edilərək istehsal olunmuş komiksləri təsvir etmək üçün "ani-manqa" terminindən istifadə olunur.[23]
Tarix
Müasir manqaların tarixi Yaponiyanın işğal dövründə (1945-1952) və işğaldan sonrakı illərdə (1952-1960-cı illərin əvvəlləri) formalaşmışdır.
Manqa tarixçiləri müasir manqaların yaranması prosesində iki amili qeyd edirlər. Birinci amil ABŞ-nin Yaponiya işğalı illərində (1946-1952) ABŞ-nin mədəni təsirləridir. Bu dövrdə hərbçilər tərəfindən Yaponiyaya gətirilmiş ABŞ televiziya, film və karikatura şəkilləri və mövzuları (xüsusilə Disney) manqaların formalaşması prosesinə təsir etmişdir. Frederik Şodt, Kinko İto və Adam Kern kimi yazıçılar tərəfindən dəstəklənən baxış isə Yaponiyanın mədəni və estetik ənənələrinin (müharibədən öncə, Meyci dövrü və Meyci dövründən əvvəl mədəniyyət və incəsənət) təsirlərini vurğulayır.
Manqa sənətinin inkişafının ən sürətli inkişafı müharibədən sonrakı dövrə təsadüf edir. Xüsusilə, Osamu Tezuka ("Astro Boy") və Maçiko Haseqava ("Sazae-san") kimi manqakalar bu dövrün ən parlaq simalarıdır. "Astro Boy" Yaponiyada böyük populyarlıq əldə etmişdir. "Sazae-san" yonkomasının anime adaptasiyası isə 1969-cu ildən fasiləsiz yayımlanmaqdadır. Tezuka və Haseqava manqa stilində yeniliklər gətirmişdilər.
Xüsusiyyətlər
Yaponiyada hər yaşdan insan manqa oxuyur,[24] ona həm təsviri incəsənət, həm də bədii ədəbiyyat nümunəsi kimi ehtiram göstərirlər, buna görə də ən müxtəlif janrlarda və müxtəlif mövzulara aid çoxlu sayda manqalar mövcuddur: macəra, romantika, idman, tarix, yumor, elmi fantastika, dəhşət, erotika, biznes və s.[24] Demək olar ki, bütün manqalar ağ-qara çəkilir, hərçənd az miqdarda rəngli manqalar da var. Populyar manqalar, xüsusilə uzun manqa seriyaları (bəzən bitməyən) əsasında anime çəkilir.
Yaponiyada nəşriyyat məhsularının 1/4-ni manqalar təşkil edir. Demək olar ki bütün Yaponiya nəşriyyat evləri manqa dərc edir. Qərb komikslərinin təsiri altında inkişaf etməsinə baxmayaraq manqalar qrafik və bədii cəhətdən onlardan kəskin fərqlənir. İlk dəfə Osamu Tezukanın "böyük gözlər" stilində" çəkdiyi baş qız qəhrəmanlar, sonradan digər bütün manqalara təsirsiz ötüşməyib və böyük gözlər yapon manqasının fərqləndirici cəhətlərindən birinə çevrilmişdir.
Digər ən mühüm cəhət manqaların sağdan sola oxunmasıdır, səbəb isə yapon məktublarında heroqlif sütunlarının məhz belə yazılmasıdır.
Yerliləşdirmə
ABŞ-də bir çox rəssamlar manqa stilində komiks və karikatura çəkmişdirlər. İlk belə komiks nümunələrini ABŞ komiksçisi Vernon Qrant Yaponiyada yaşayarkən 1960-cı illərin sonlarında və 1970-ci illərin əvvəllərində yaratmışdır.[25] Manqa stilində çəkilmiş ən tanınmış ABŞ komiksləri Frank Millerin "Ronin" komiksi (1980-ci illərin ortaları), Adam Uorren və Toren Smitin "The Dirty Pair" komiksi (1988),[26] Ben Dunnun "Ninja High School" komiksi (1987) və Uilyam Tukkinin "Manga Shi 2000" (1997) komiksidir.
XXI əsrdə ABŞ-də manqa istehsalı sürətlənmişdir.[27] 2002-ci ildə I.C. Entertainment ABŞ rəssamları tərəfindən istehsal olunan amerimanqaları nəşr etməyə başlamışdır.[28] 2004-cü ildə eigoMANGA "Rumble Pak" və "Sakura Pakk" antologiya seriyalarını nəşr etmişdir. Manqa stilində çəkilmiş bu cür ABŞ komiksləri əsasən orijinal ingilisdilli manqa (OİD manqa) adı ilə tanınır.[29][30]
Fransa komiksçiləri manqa stilində komikslərin bir neçə versiyası yaratmışdırlar (manfra). Bunlardan biri banisi Frederik Bale olan novella manqadır. Bale Fransa və Yaponiyada işləmiş, Yaponiya manqakaları ilə əməkdaşlıq etmişdir.[31]
Mükafatlar
Yaponiya manqa sənayesində bir çox mükafatlar təsis olunub. Mükafatların böyük hissəsi nəşriyyatların sponsorluğu ilə verilir. Bu cür mükafatlara nümunələr:
- Akatsuka mükafatı (ən yaxşı yumora malik manqa üçün)
- Dengeki Comic qran-prisi (ən yaxşı one-shot manqası üçün)
- Yaponiya Karikaturaçılar Assosiasiyası Mükafatı (müxtəlif kateqoriyalar)
- Kodansha Manqa Mükafatı (müxtəlif janrlar)
- Seynun mükafatı (ilin ən yaxşı elmi fantastika komiksinə görə)
- Shogakukan Manqa Mükafatı (müxtəlif janrlar)
- Tezuka mükafatı (ən yaxşı yeni manqa seriyasına görə)
- Tezuka Osamu Mədəniyyət Mükafatı (müxtəlif janrlar)
2007-ci ilin mayından Yaponiya Xarici İşlər Nazirliyi tərəfindən Beynəlxalq Manqa Mükafatı verilir.[32]
Ədəbiyyat
- Allison, Anne. Sailor Moon: Japanese superheroes for global girls // Craig, Timothy J. (redaktor ). Japan Pop! Inside the World of Japanese Popular Culture. Armonk, New York: M.E. Sharpe. 2000. ISBN 978-0-7656-0561-0.
- Arnold, Adam. "Full Circle: The Unofficial History of MixxZine". 2000. 2010-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 sentyabr 2016.
- Bacon, Michelle. "Tangerine Dreams: Guide to Shoujo Manga and Anime". 14 April 2005. 4 March 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 sentyabr 2016.
- Berger, Klaus. Japonisme in Western Painting from Whistler to Matisse. Cambridge: Cambridge University Press. 1992. ISBN 0-521-37321-2.
- Boilet, Frédéric. Yukiko's Spinach. Castalla-Alicante, Spain: Ponent Mon. 2001. ISBN 84-933093-4-6.
- Boilet, Frédéric; Takahama, Kan. Mariko Parade. Castalla-Alicante, Spain: Ponent Mon. 2004. ISBN 84-933409-1-X.
- Bosker, Bianca. "Manga Mania". The Wall Street Journal. 31 August 2007. 7 September 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 sentyabr 2016.
- Bouquillard, Jocelyn; Marquet, Christophe. Hokusai: First Manga Master. New York: Abrams. 1 June 2007. ISBN 0-8109-9341-4.
- Brenner, Robin E. Understanding Manga and Anime. Westport, Connecticut: Libraries Unlimited/Greenwood. 2007. ISBN 978-1-59158-332-5.
- Clements, Jonathan; McCarthy, Helen. The Anime Encyclopedia: A Guide to Japanese Animation Since 1917, Revised and Expanded Edition. Berkeley, California: Stone Bridge Press. 2006. ISBN 1-933330-10-4.
- Crandol, Mike. "The Dirty Pair: Run from the Future". Anime News Network. 14 January 2002. 16 November 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 sentyabr 2016.
- Cube. "2007年のオタク市場規模は1866億円―メディアクリエイトが白書" (Japanese). Inside for All Games. 18 December 2007. 20 April 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 sentyabr 2016.
- "Dark Horse buys Studio Proteus" (Press-reliz). Dark Horse Comics. 6 February 2004. 2010-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-12.
- Drazen, Patrick. Anime Explosion! The What? Why? & Wow! of Japanese Animation. Berkeley, California: Stone Bridge. 2003. ISBN 978-1-880656-72-3.
- Farago, Andrew. "Interview: Jason Thompson". The Comics Journal. 30 September 2007. 14 February 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 sentyabr 2016.
- Fishbein, Jennifer. "Europe's Manga Mania". BusinessWeek. 26 December 2007. 15 July 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 sentyabr 2016.
- Fukushima, Yoshiko. Manga Discourse in Japan Theatre. Routledge. 2013. 19. ISBN 9781136772733. 2022-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-06.
- Gardner, William O. "Attack of the Phallic Girls". Science Fiction Studies (88). November 2003. 2009-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 sentyabr 2016.
- Glazer, Sarah. "Manga for Girls". The New York Times. 18 September 2005. 26 August 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 sentyabr 2016.
- Gravett, Paul. Manga: Sixty Years of Japanese Comics. New York: Harper Design. 2004. ISBN 1-85669-391-0.
- Gravett, Paul. "Gekiga: The Flipside of Manga". 15 October 2006. 20 January 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 sentyabr 2016.
- Griffiths, Owen. "Militarizing Japan: Patriotism, Profit, and Children's Print Media, 1894–1925". Japan Focus. 22 September 2007. 7 July 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 sentyabr 2016.
- Isao, Shimizu. Red Comic Books: The Origins of Modern Japanese Manga // Lent, John A. (redaktor ). Illustrating Asia: Comics, Humor Magazines, and Picture Books. Honolulu, Hawaii: University of Hawai'i Press. 2001. ISBN 978-0-8248-2471-6.
- Ito, Kinko. "Growing up Japanese reading manga". International Journal of Comic Art (6). 2004: 392–401.
- Ito, Kinko. "A history of manga in the context of Japanese culture and society". The Journal of Popular Culture. 38 (3). 2005: 456–475. doi:10.1111/j.0022-3840.2005.00123.x. 2013-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 sentyabr 2016.
- Johnston-O'Neill, Tom. "Finding the International in Comic Con International". The San Diego Participant Observer. 3 August 2007. 22 August 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 sentyabr 2016.
- Katzenstein, Peter J.; Shiraishi, Takashi. Network Power: Japan in Asia. Ithaca, New York: Cornell University Press. 1997. ISBN 978-0-8014-8373-8.
- Kern, Adam. Manga from the Floating World: Comicbook Culture and the Kibyōshi of Edo Japan. Cambridge: Harvard University Press. 2006. ISBN 978-0-674-02266-9.
- Kern, Adam. "Symposium: Kibyoshi: The World's First Comicbook?". International Journal of Comic Art (9). 2007: 1–486.
- Kinsella, Sharon. Adult Manga: Culture and Power in Contemporary Japanese Society. Honolulu, Hawaii: University of Hawai'i Press. 2000. ISBN 978-0-8248-2318-4.
- Kittelson, Mary Lynn. The Soul of Popular Culture: Looking at Contemporary Heroes, Myths, and Monsters. Chicago: Open Court. 1998. ISBN 978-0-8126-9363-8.
- Lee, William. From Sazae-san to Crayon Shin-Chan // Craig, Timothy J. (redaktor ). Japan Pop!: Inside the World of Japanese Popular Culture. Armonk, New York: M.E. Sharpe. 2000. ISBN 978-0-7656-0561-0.
- Lent, John A. Illustrating Asia: Comics, Humor Magazines, and Picture Books. Honolulu, Hawaii: University of Hawaii Press. 2001. ISBN 0-8248-2471-7.
- Leonard, Sean. "Progress Against the Law: Fan Distribution, Copyright, and the Explosive Growth of Japanese Animation" (PDF). 12 September 2004. 29 October 2013 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 12 sentyabr 2016.
- Lone, Stewart. Daily Lives of Civilians in Wartime Asia: From the Taiping Rebellion to the Vietnam War. Westport, Connecticut: Greenwood Publishing Group. 2007. ISBN 0-313-33684-9.
- Mahousu. "Les editeurs des mangas". self-published. January 2005. 2013-06-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 sentyabr 2016.
- Masters, Coco. "America is Drawn to Manga". Time Magazine. 10 August 2006.
- "First International MANGA Award" (Press-reliz). Ministry of Foreign Affairs of Japan. 29 June 2007. 6 April 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 September 2016.
- McCarthy, Helen. A Brief History of Manga: The Essential Pocket Guide to the Japanese Pop Culture Phenomenon. Hachette UK. 2014. 6. ISBN 9781781571309. 2022-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-06.
- Napier, Susan J. Anime: From Akira to Princess Mononoke. New York: Palgrave. 2000. ISBN 0-312-23863-0.
- Nunez, Irma. "Alternative Comics Heroes: Tracing the Genealogy of Gekiga". The Japan Times. 24 September 2006. 5 December 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 sentyabr 2016.
- Ōgi, Fusami. "Female subjectivity and shōjo (girls) manga (Japanese comics): shōjo in Ladies' Comics and Young Ladies' Comics". The Journal of Popular Culture. 36 (4). 2004: 780–803. doi:10.1111/1540-5931.00045.
- Onoda, Natsu. God of Comics: Osamu Tezuka and the Creation of Post-World War II Manga. University Press of Mississippi. 2009. 10. ISBN 9781604734782. 2022-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-06.
- Patten, Fred. Watching Anime, Reading Manga: 25 Years of Essays and Reviews. Berkeley, California: Stone Bridge Press. 2004. ISBN 978-1-880656-92-1.
- Perper, Timothy; Cornog, Martha. "Eroticism for the masses: Japanese manga comics and their assimilation into the U.S.". Sexuality & Culture. 6 (1). 2002: 3–126. doi:10.1007/s12119-002-1000-4.
- Perper, Timothy; Cornog, Martha. Sex, love, and women in Japanese comics // Francoeur, Robert T.; Noonan, Raymond J. (redaktorlar ). The Comprehensive International Encyclopedia of Sexuality. New York: Continuum. 2003. ISBN 978-0-8264-1488-5.
- Petersen, Robert S. Comics, Manga, and Graphic Novels: A History of Graphic Narratives. ABC-CLIO. 2011. ISBN 9780313363306. 2019-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-12.
- Prohl, Inken; Nelson, John K. Handbook of Contemporary Japanese Religions. BRILL. 2012. 596. ISBN 9789004234352. 2022-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-06.
- Pink, Daniel H. "Japan, Ink: Inside the Manga Industrial Complex". Wired. 15 (11). 22 October 2007. 28 June 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 sentyabr 2016.
- Poitras, Gilles. Anime Essentials: Every Thing a Fan Needs to Know. Berkeley, California: Stone Bridge. 2001. ISBN 978-1-880656-53-2.
- Reid, Calvin. "HarperCollins, Tokyopop Ink Manga Deal". Publishers Weekly. 28 March 2006. 17 January 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 sentyabr 2016.
- Reid, Calvin. "2008 Graphic Novel Sales Up 5%; Manga Off 17%". Publishers Weekly. 6 February 2009. 31 December 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 sentyabr 2016.
- Riciputi, Marco. "Komikazen: European comics go independent". Cafebabel.com. 25 October 2007. 11 October 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 sentyabr 2016.
- Rifas, Leonard. "Globalizing Comic Books from Below: How Manga Came to America". International Journal of Comic Art. 6 (2). 2004: 138–171.
- Rousmaniere, Nicole. Births and Rebirths in Japanese Art : Essays Celebrating the Inauguration of the Sainsbury Institute for the Study of Japanese Arts and Cultures. Hotei Publishing. 2001. ISBN 978-9074822442. 2017-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-06.
- Sanchez, Frank. "Hist 102: History of Manga". AnimeInfo. 1997–2003. 5 February 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 sentyabr 2016.
- Schodt, Frederik L. Manga! Manga! The World of Japanese Comics. Tokyo: Kodansha. 1986. ISBN 978-0-87011-752-7.
- Schodt, Frederik L. Dreamland Japan: Writings on Modern Manga. Berkeley, California: Stone Bridge Press. 1996. ISBN 978-1-880656-23-5.
- Schodt, Frederik L. The Astro Boy Essays: Osamu Tezuka, Mighty Atom, and the Manga/Anime Revolution. Berkeley, California: Stone Bridge Press. 2007. ISBN 978-1-933330-54-9.
- Shimizu, Isao. 日本漫画の事典 : 全国のマンガファンに贈る (Nihon Manga no Jiten – Dictionary of Japanese Manga) (Japanese). Sun lexica. June 1985. ISBN 4-385-15586-0.
- Stewart, Bhob. "Screaming Metal". The Comics Journal (94). October 1984.
- Tai, Elizabeth. "Manga outside Japan". Star Online. 23 September 2007. 12 October 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 sentyabr 2016.
- Tchiei, Go. "Characteristics of Japanese Manga". 1998. 2011-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 sentyabr 2016.
- Thompson, Jason. Manga: The Complete Guide. New York: Ballantine Books. 2007. ISBN 978-0-345-48590-8. 2022-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-06.
- Thorn, Matt. "Shôjo Manga—Something for the Girls". The Japan Quarterly. 48 (3). July–September 2001. 2011-06-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 sentyabr 2016.
- Toku, Masami. "Shojo Manga: Girl Power!". Chico Statements. California State University, Chico. Spring 2006. ISBN 1-886226-10-5. 2008-04-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 sentyabr 2016.
- Vollmar, Rob. "Frederic Boilet and the Nouvelle Manga revolution". World Literature Today. 1 March 2007. 15 June 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 September 2007.
- Webb, Martin. "Manga by any other name is..." The Japan Times. 28 May 2006. 19 July 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 sentyabr 2016.
- Wong, Wendy Siuyi. Hong Kong Comics: A History of Manhua. New York: Princeton Architectural Press. 2002. ISBN 978-1-56898-269-4.
- Wong, Wendy Siuyi. "Globalizing manga: From Japan to Hong Kong and beyond". Mechademia: an Annual Forum for Anime, Manga, and the Fan Arts. 2006. 23–45.
- Wong, Wendy. "The Presence of Manga in Europe and North America". Media Digest. September 2007. 2013-06-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 sentyabr 2016.
- "About Manga Museum: Current situation of manga culture". Kyoto Manga Museum. 2009-05-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 sentyabr 2016.
- "Correction: World Manga". Anime News Network. 10 May 2006. 2010-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 sentyabr 2016.
- "I.C. promotes AmeriManga". Anime News Network. 11 November 2002. 2010-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 sentyabr 2016.
- "Interview with Tokyopop's Mike Kiley". ICv2. 7 September 2007. 20 February 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 sentyabr 2016.
- Japan: Profile of a Nation, Revised Edition. Tokyo: Kodansha International. 1999. ISBN 4-7700-2384-7.
- "Japan's Foreign Minister Creates Foreign Manga Award". Anime News Network. 22 May 2007. 2008-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 sentyabr 2016.
- "manga". Merriam-Webster Online Dictionary. 2010-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 sentyabr 2016.
- "Manga-mania in France". Anime News Network. 4 February 2004. 2010-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 sentyabr 2016.
- "'Manga no Kuni': A manga magazine from the Second Sino-Japanese War period". Kyoto International Manga Museum. 2009-04-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 sentyabr 2016.
- "'Poten': a manga magazine from Kyoto". Kyoto International Manga Museum. 2009-04-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 sentyabr 2016.
- "'Shonen Pakku'; Japan's first children's manga magazine". Kyoto International Manga Museum. 2009-04-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 sentyabr 2016.
- "The first Japanese manga magazine: Eshinbun Nipponchi". Kyoto International Manga Museum. 2011-08-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 sentyabr 2016.
- "Tokyopop To Move Away from OEL and World Manga Labels". Anime News Network. 5 May 2006. 2010-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 sentyabr 2016.
İstinadlar
- Lent, 2001. səh. 3–4, Gravett, 2004. səh. 8
- Kern, 2006, Ito, 2005, Schodt, 1986
- Merriam-Webster, 2009
- Kinsella, 2000, Schodt, 1996
- Saira Syed. "Comic giants battle for readers". BBC News. BBC. 18 August 2011. 22 September 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 sentyabr 2016.
- Wong, 2006, Patten, 2004
- Danica Davidson. "Manga grows in the heart of Europe". Geek Out! CNN. Turner Broadcasting System, Inc. 26 January 2012. 24 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 sentyabr 2016.
- Katzenstein, Shiraishi, 1997
- Gravett, 2004. səh. 8, Schodt, 1986
- Kinsella, 2000
- Kittelson, 1998
- Johnston-O'Neill, 2007
- Webb, 2006
- Wong, 2002
- Rousmaniere, 2001. səh. 54, Thompson, 2007. səh. xvi, Prohl, Nelson, 2012. səh. 596,Fukushima, 2013. səh. 19
- Webb, 2006,Thompson, 2007. səh. xvi,Onoda, 2009. səh. 10,Petersen, 2011. səh. 120
- "Santō Kyōden's picturebooks". 2016-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-10.
- "Shiji no yukikai(Japanese National Diet Library)". 2022-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-10.
- Prohl, Nelson, 2012. səh. 596,McCarthy, 2014. səh. 6
- Bouquillard, Marquet, 2007
- Shimizu, 1985. səh. 53–54, 102–103
- Rei Okamoto Inouye Theorizing Manga: Nationalism and Discourse on the Role of Wartime Manga Arxivləşdirilib 2023-07-27 at the Wayback Machine, Mechademia, Vol. 4, War/Time (2009), pp. 20-37 (p. 21)
- "Inu Yasha Ani-MangaGraphic Novels". Animecornerstore.com. 1999-11-01. 4 December 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-01.
- Gravett, Paul «Manga: Sixty Years of Japanese Comics». «Harper Design», 2004. — 8 s. ISBN 1-85669-391-0
- Stewart, 1984
- Crandol, 2002
- Tai, 2007
- ANN, 2002
- ANN, 10 May 2006
- ANN, 5 May 2006
- Boilet, 2001, Boilet, Takahama, 2004
- ANN, 2007, Ministry of Foreign Affairs of Japan, 2007