Mannerheym xətti

Mannerheym xətti - Kareliya bərzəxində - Finlandiyanın keçmiş SSRİ ilə sərhədində istehkamlar sistemi. Finlandiya marşalı Karl Qustav Emil Mannerheymin adı ilə adlandırılmışdır.

1927-1939-cu illərdə inşa edilmişdir. 30 km içəriyə çəkilmiş operativ maneə zonasından ibarət idi; əsası 8-10 km, ikinci dayağı - 5 km və təbii maneələrə (göllər, çaylar, bataqlıqlar, meşələr və s.) söykənən arxa mühafizə xəttindən ibarət idi.

"Mannerheym xətti"nin içərilərə doğru ümumi dərinliyi 80 – 90 km, istehkamların ümumi uzunluğu isə 400 km-ə yaxın idi. Mannerheym xəttində səngərlər və çöl istehkamları vasitəsilə birləşdirilmiş 1000-ə yaxın yaxşı gizlədilmiş ağac-torpaq atəş nöqtəsi var idi. İstehkamların önündə 12 cərgəyədək qranit dirəklər basdırılmış, 15 - 45 cərgəlik məftilli çəpərlər çəkilmiş, tank əleyhinə xəndəklər qazılmış və minalanmış çöllər var idi.

1939-1940-cı illər SSRİ-Finlandiya müharibəsi zamanı sovet qoşunlarının hücumunun qarşısı "Mannerheym xətti" ilə xeyli müddətə alınmışdı, onun yarılması zamanı sovet qoşunları canlı qüvvədə minlərlə itki verdilər.

1944-cü ildə sovet qoşunları yenidən böyük itkilərlə "Marmerheym xətti"ni yardılar və bundan sonra istehkamlar məhv edildi.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.