Manmohan Sinqh

Manmohan Sinqh (pənc. ਮਨਮੋਹਨ ਸਿੰਘ, hind. मनमोहन सिंह; 26 sentyabr 1932[2][3][…]) — Hindistan dövlət və siyasi xadimi, 22 may 2004-cü ildən 26 may 2014-cü ilədək Hindistanın Hindistan Milli Konqresi (HMK) partiyasından olan 15-ci Baş naziri. İnancına görə, Hindistanın ilk qeyri-hinduist baş naziri olmuşdur.

Manmohan Sinqh
pənc. ਮਨਮੋਹਨ ਸਿੰਘ, hind. मनमोहन सिंह
22 may 2004 26 may 2014
ƏvvəlkiAtal Bihari Vacpai
SonrakıNarendra Modi
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Pəncab, Britaniya Hindistanı
Partiya Hindistan Milli Konqresi
Fəaliyyəti iqtisadçı, siyasətçi, bankir, məmur
Dini siqhizm
Elmi fəaliyyəti
Elmi dərəcəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1982-1985-ci illərdə Hindistan Ehtiyat Bankının meneceri, 1991-1996-cı illərdə Hindistanın maliyyə naziri olub. 2005-2006-cı illərdə eyni zamanda Baş nazir olaraq Hindistanın Xarici İşlər Naziri vəzifəsini icra etmişdir. 2008-ci ilin dekabrı və 2009-cu ilin yanvar aylarında Baş nazir vəzifəsindən ayrılmadan yenidən maliyyə naziri olmuşdur (maraqlıdır ki, 2006-cı ildə də Xarici İşlər Naziri olaraq çalışmışdır və 2009-cu ildə Maliyyə Naziri olaraq, Sinqhi Pranab Mukerci əvəz etmişdi).

İqtisadiyyat sahəsində bir sıra mükafatlar laureatı, elmlər doktoru, iqtisad üzrə elmi işlərin müəllifidir. 1993-cü ildə Euromoney jurnalı onu ilin ən yaxşı maliyyə naziri, Asiamoney jurnalı isə onu iki dəfə (1993 və 1994) bu ad ilə tanımışdır.

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.