Maniyafobiya
Maniyafobiya — dəli olmaq qorxusu olaraq təyin olunan bir fobiya növüdür. Fobiya narahatlıq yaşayan, stresli vəziyyətdə olan, psixoloji pozğunluğu olan və ya ruhi xəstə kimi qələmə verilə bilən insanların əzablarına şahidlik edən insanlarda görülə bilən bir pozğunluqdur. Onun simptomları ümumi olsa da, aktiv forması ümumi deyil.
Simptomlar
Baş verməsi mümkün olmayan vəziyyətlərə qarşı diqqətli olmaq, müəyyən bir vəziyyətə gəlməmək üçün əlinizdən gələni etmək əlamətlər arasında göstərilə bilər. Məsələn, iş həyatının psixi sağlamlığına mənfi təsir göstərdiyini düşünən insanlar işlərini tərk edir və ya işlərini dəyişirlər. [1]
İstinadlar
- "Manyofobi". 2022-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-04.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.