Manipur

Manipur - Hindistanın şimal-şərqində yerləşən ştat. İnzibati mərkəzi İmfal şəhəridir. Şimalda Naqalend, cənubda Mizoram, qərbdə Assam, şərqdə isə Myanma ilə həmsərhəddir. Ştatın digər adları Kangleipak və ya Sanaleibak-dır.[3]

Manipur
মনিপুর্

24°48′36″ şm. e. 93°56′24″ ş. u.


Ölkə Hindistan
İnzibati mərkəz İmfal[1]
Ən böyük şəhəri İmfal[1]
Qubernator V. Şanmuqanatan[2]
Baş Nazir Okram İbobi Sinq
Tarixi və coğrafiyası
Yaradılıb 21 yanvar, 1972
Sahəsi 22327[1] km² (23-cü-ci yer)
Saat qurşağı +05:30
Əhalisi
Əhalisi 2.855.794 nəfər (2011[1]) (22-ci-ci yer)
Əhalinin sıxlığı 120 nəfər/km²
Rəqəmsal identifikatorlar
Abreviatura IST
ISO kodu IN-MN
Avtomobil nömrəsi MN
Rəsmi sayt
Manipur xəritədə
Manipur xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Manipur 2500 ildən artıq müddətdə Asiyanın iqtisadi və mədəni kəsişmə nöqtəsi olmuşdu.[4]

Tarixi

Manipur krallığı cənub və cənub-şərqi Asiyadakı mövcud olmuş yüzlərlər krallıqdan biri olmuşdu. Qədim Manipurun tarixi e.ə. 50-ci illərə qədər uzanır. O vaxtlar Manipur Naqalend, Mizoram və Assamın da bəzi hissələrini öz tərkibində birləşdirirdi. Manipurun ilkin tarixi haqqında yazılı mənbə yoxdur.

Manipur on yeddinci əsrdə Britaniya İmperiyasının əsarətinə keçmişdi. Avropalılar ilk dəfə yerli əhalinin oynadığı polo oyunun görmüş və bu oyunu özlərinə götürmüşdülər. İkinci dünya müharibəsi ərzində Manipurda Yapon ordusu və ingilis-hind qüvvələri arasında qanlı döyüşlər baş vermişdi.

Demoqrafiya

2011-cu il əhalinin siyahıyaalınması məlumatlarına görə Manipurda 2855794 nəfər əhalisi vardır. Bunlardan 1438586 nəfər kişi, 1417208 nəfər qadındır. Hə4 100 kişiyə 985 qadın düşür.[1]

İllərə görə əhali: Manipur
(Mənbə: [5])
İl1951196119711981199120012011
Əhali57800078000010730001421000183700022940002855794

Din

Ştatda ən geniş yayılmış din Hinduizmi (41.39%) ondan bir qədər az tərəfdarı olan Xristianlıq (41.29%) və İslam (8.40%) izləyir. Bundan başqa ştatda Sanamahizm, Buddizm(0.25%) və digər yerli xalqlara aid dinlərə də sitayiş edənlər vardır.[1]

İnzibati bölgü

Manipurun rayonlarının xəritəsi

Manipur 9 rayondan ibarətdir :

Rayon Sahəsi
(km2)
Əhalisi
(2011)
Mərkəzi Xəritədə kodu
Bişnipur496237,399BişnipurBI
Çuraçandpur4570274,143ÇuraçandpurCC
Çandel3313144,182ÇandelCD
Şərqi İmfal709456,113PorompatEI
Qərbi İmfal519517,992LamflepatWI
Senapati3271193,744SenapatiSE
Tamenqlonq4391140,651TamenqlonqTA
Toubal514422,168ToubalTH
Ukxrul4544183,998UkxrulUK

İstinadlar

  1. "Manipur Population Sex Ratio in Manipur Literacy rate data". census2011.co.in. 2015-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-01.
  2. Iboaima Laithangbam. "Shanmuganathan sworn in as Manipur Governor" (ingilis). The Hindu. 2015-09-30. 2017-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-01.
  3. Naorem Sanajaoba (1995), Manipur: Treatise & Documents, Volume 1, ISBN 978-8170993995, Introduction
  4. Naorem Sanajaoba (Editor), Manipur, Past and Present: The Heritage and Ordeals of a Civilization, Volume 4, Chapter 1 - NK Singh, ISBN 978-8170998532
  5. "Census Population" (PDF). Census of India. Ministry of Finance India. 2008-12-19 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2015-11-02.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.