Mandalorlu (teleserial, 2019)
Mandalorlu[3] və ya Mandaloriyalı[4] (ing. The Mandalorian) — Con Favro tərəfindən "Disney+" striminq xidməti üçün yaradılmış ABŞ kosmik vestern teleserialı. Bu, "Ulduz müharibələri" franşizasındakı ilk bədii teleserialdır. "Mandalorlu"nun hekayəsi "Ulduz müharibələri: VI Epizod – Cedayın qayıdışı" (1983) filminin hadisələrindən beş il sonra başlayır. Teleserial Pedro Paskal tərəfindən canlandırılan, "Uşaq"ı ələ keçirmək üçün işə götürüldükdən sonra onu işəgötürənlərdən qaçan yalqız kəllə ovçusu tənha mükafat ovçusu Mandalorlu haqqındadır.
Mandalorlu | |
---|---|
ing. The Mandalorian | |
| |
Rejissor |
|
Yaradıcısı | Con Favro[d] |
Ssenarist | |
Rollarda |
|
Montajçı | Dana E. Glauberman[d] |
İstehsalçı ölkə | |
Studiya | Lucasfilm |
Dil | ingilis dili |
Rəng | rəngli |
Davametmə müddəti | 42,5 ± 12 dəq. |
IMDb | ID8111088 |
disneyplusoriginals.disney.com/… | |
Vikianbarda əlaqəli mediafayllar |
"Ulduz müharibələri"nin yaradıcısı Corc Lukas 2009-cu ildə "Ulduz müharibələri" haqqında bədii teleserialın hazırlanmasına başlamış, lakin layihə istehsal xərclərinin baha olması səbəbilə dayandırılmışdır. O, 2012-ci ilin oktyabrında "Lucasfilm"i "Disney"ə satmışdır. Bundan sonra "Disney+" üçün yeni "Ulduz müharibələri" serialı üzərində iş başlamışdır. Con Favro layihəyə 2018-ci ilin mart ayında ssenarist və şoumen kimi qatılmışdır. O, Deyv Filoni, Ketlin Kennedi və Kolin Vilsonla birlikdə teleserialın icraçı prodüseridir. Teleserialın adı 2018-ci ilin oktyabrında elan edilmiş, ardınca ABŞ-nin Kaliforniya ştatındakı "Manhattan Beach Studios" studiyasında çəkilişlərə başlanmışdır. Vizual effektlər şirkəti "Industrial Light & Magic" teleserial üçün "StageCraft" texnologiyasını hazırlamışdır. Teleserialın mühitini yaratmaq üçün virtual setlərdən və 360 dərəcə video divardan istifadə edir. Bu texnologiya o vaxtdan bəri başqa film və teleproqramlar tərəfindən istifadə edilmişdir.
"Mandalorlu"nun ilk seriyası 12 noyabr 2019-cu ildə, "Disney+" striminq xidmətinin fəaliyyəti başlaması ilə eyni tarixdə yayımlanmışdır. Səkkiz epizoddan ibarət birinci mövsüm müsbət rəylər almış, LXXII praym-taym Emmi mükafatlarında "görkəmli dram serialı" kateqoriyasından namizəd olmuş və yeddi praym-taym yaradıcı sənətlər Emmi mükafatını qazanmışdır. İkinci mövsümün birinci seriyası 30 oktyabr 2020-ci ildə yayımlanmış və müsbət rəylər almışdır. Hal-hazırda çəkilən üçüncü mövsümün 2022-ci ildə yayımlanması gözlənilir. "Boba Fettin kitabı" və "Asoka" kimi spin-off seriallar teleserialın süjeti əsasında çəkilmişdir.
Mövzu
"Ulduz müharibələri: VI Epizod – Cedayın qayıdışı" (1983) filminin hadisələrindən və Qalaktik imperiyanın süqutundan beş il sonra başlayan[5][6] "Mandalorlu"nun süjeti qalaktikanın kənarında yalqız mandalorlu kəllə ovçusu Din Carinin hekayəsindən bəhs edir.[6] İmperator qüvvələrinin qalıqları Qroqu adlı uşağı tapıb gətirmək üçün onu işə götürür, lakin bunun əvəzinə o, uşağı özü ilə götürür və onu qorumaq üçün qaçır.[7][8] Qroqunu özükimilərlə birləşdirməyə çalışan Mandalorlu Qroqunun güc ilə əlaqəsindən istifadə etmək istəyən Moff Gideon tərəfindən təqib edilir.[8][9]
İstinadlar
- IMDb (ing.). 1990.
- fernsehserien.de (alm.).
- "1 milyon "Netflix" abunəçisi "Disney+" platformasını seçib". AzeVoice (az.). 24 dekabr 2019. 2022-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 dekabr 2022.
- ""Mandaloriyalı"nın "spin-off"unun ilk treyleri nümayiş etdirilib - VİDEO". Paralel.az (az.). 3 noyabr 2021. 2022-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 dekabr 2022.
- McCluskey, Megan. "How The Mandalorian Fits Into the Larger Star Wars Timeline". Time. November 12, 2019. November 24, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 6, 2019.
- D'Alessandro, Anthony. "Jon Favreau Unveils Details For His Star Wars Live-Action Streaming Series The Mandalorian". Deadline Hollywood. October 3, 2018. December 22, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 3, 2018.
- Giardina, Carolyn. "Why Jon Favreau Chose Baby Yoda: "We Don't Know a Lot of Details About His Species"". The Hollywood Reporter. December 5, 2019. December 6, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 28, 2019.
- Thorne, Will. "'The Mandalorian': What's Ahsoka Tano Been Up To? Baby Yoda's Big Reveal and More Burning Questions From 'The Jedi'". Variety. November 27, 2020. November 27, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 27, 2020.
- Hibberd, James. "The Mandalorian exclusive: First look inside season 2". Entertainment Weekly. September 8, 2020. September 8, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 8, 2020.
Əlavə ədəbiyyat
- Belluomini, L. 'The Mandalorian as Philosophy: "This Is the Way" // Johnson D. K. (redaktor ). The Palgrave Handbook of Popular Culture as Philosophy (ingilis). Palgrave Macmillan, Cham. 2022. doi:10.1007/978-3-319-97134-6_104-1. ISBN 978-3-319-97134-6.
Xarici keçidlər
- teleserialın — Mandalorlunun rəsmi saytı
- Mandalorlu — "Disney+" platformasında.
- Mandalorlu — Internet Movie Database saytında.
- The Mandalorian — Vukipediya saytında.
- Mandalorlu — "StarWars.com" saytında.