Mancurlar
Ümumi məlumat
Mancurlar Şimal-Şərqi Çinin yerli əhalisidi.Sayları 10 milyondur.Mancur dilində danışırlar. Eyni zamanda Çin dilindən də istifadə edirlər.Yazıları XVI əsrdən etibarən monqol əlifbası əsasındadır.Dindarları buddist və daosizm tərəfdarlarıdır.Ənənəvi etiqadlarını da qoruyurlar.Cəmiyyətdə tayfa bölgüsü qalıqları da saxlanılır.Mancurlar qədim Çin salnamələrində xatırlanan tunqus tayfalarının nəsilləridir.Mancurların xalq kimi formalaşmasında qonşu türk, monqol və başqa tayfalar da yaxından iştirak etmişdir.Vahid xalq kimi yalnız XVII əsrin ortalarında formalaşmışlar.Ənənəvi məşğuliyyətləri əkinçilik, dağlıq rayonlarda isə meşəçilikdir.XX əsrin ikinci yarısında sənayedə çalışan mancurların sayı artmışdır.
Tarixi
Neolit dövrlərindən mancurların, bəzən isə Amur hövzəsində yaşayan tunqusların əcdadlarında mülayim qurşağın iri çaylarının sahillərində oturan balıqçılar təsərrüfat- mədəni tipi inkişaf etmişdir. Onlar başlıca olaraq torpaqları və çay axınını dayandırmaq üçün cürbəcür süni maneələrin köməyi ilə qızıl balıq tuturlar. Balığın dərisindən, yaxşı emal edildikdən sonra müxtəlif məişət əşyaları, həmçinin paltar məqsədilə istifadə olunurdu.
645-ci ildə Mancuriyadakı Xitanla və cənubi Koreyanın iki dövləti – Pençe və Silla ilə ittifaqda Koquryaya müdaxilə etdi, lakin ağır itki verməklə geri çəkilməyə məcbur edildi.
696-ci ildə Mancuriyada Xitan özünün çinli qubernatoruna qarşı qiyam qaldırdı. 698-ci ildə türklər öz növbəsində Hopehə müdaxilə etdilər.
Mancurlar 6 milyondan artıq olmaqla özlərini XVII əsrdə Çinə müdaxilə etmiş və 1644-1911-ci illərdə hökmranlıq edən Tsin sülaləsini yaratmış Mancu döyüşçülərinin törəmələri kimi qələmə verirlər. Qədim Mancu dili faktiki olaraq ölü dildir və mancurlar bütünlüklə çinli mədəniyyətinə assimilyasiya olmuşlar.
Mancurlar XVII əsrdə Çindəki Min sülaləsini məğlub etmişdilər. 1624-cü ildə hollandlar Tayvanı tutur. 1582-ci ildə italiyalı yezuit-missioner Matteo Riççi (1552-1610-cu illər) Makaoya gəlir. Sonralar o, çinlilər tərəfindən qəbul edilir və Pekində daimi yaşamağa icazə verilmiş ilk əcnəbi olur.
1628-ci ildə şimal-qərbdə mülkədar ailəsindən olan Li Tszıçenin başçılığı altında qiyam qalxır. 1642-ci ildə Li Tszıçen Çinin şimalının hakimi olur, 1644-cü ildə isə o, Pekini tutur. Sonuncu Min imperatoru özünü asır. Qiyamı yatırmaq məqsədilə Min generalı U Sanquy kömək üçün Mancurlara müraciət edir, onlar XVII əsrin birinci yüzilliyində Tsin ("Saf") dövləti yaratmışdılar ki, buna da Abaxay xan başçılıq edirdi. Mancurlar qiyamşçılara divan tutub Abaxay xanın oğullarındanbirini Çin imperatoru elan etdilər və bunula da yeni Tsin sülaləsinin əsasını qoydular.