Manavqat şəlaləsi
Manavqat — Türkiyənin Antalya ilində şəlalə. Manavqat şəlaləsi Manavqat çayı üzərində, Side şəhəri yaxınlığında, Manavqat şəhərinin 3 km-də yerləşir. Hündürlüyü 4 metr, eni isə 40 metrdir. Çayın bol sulu dövründə şəlalə bəzən su altında qalır.[1] Şəlalədən 12 km şimalda Oymapınar su anbarı yerləşir. Çay öz başlanğıcını Antaliyadan 76 km şərqdən, Tavr dağlarından götürür.
Manavqat | |
---|---|
türk. Manavgat | |
Ümumi məlumatlar | |
Hündürlüyü | 4 m |
Eni | 40 m |
Yerləşməsi | |
36°48′48″ şm. e. 31°27′16″ ş. u. | |
Ölkə | Türkiyə |
Region | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Ümumi məlumat
Şəlalə bölgənin görməli yerlərindən biri hesab olunur. Şəlalə öz adını Manavqat çayından götürmüş. Keçən əsrin 80-cı illərdən ziyarətə açıq elan olunmuş. Manavqat sözü «Manauva» sözündən meydana gəlmiş və mənası "ilahənin məbədi" deməkdir. Məhs yerli tayfalar çayı belə adlandırıb. Hündürlüyünə görə ölkənin digər şəlalələrində geridə qalsa da, 40 metrlik enə malik olması və bol sulu olmasına görə Türkiyədə çox məşhurdur. Manavqat şəlaləsi ölkənin 1968-1983-cü illərdə işlənilən 5 lirənin arxa üzündə əks olunub.[2] Suyun temperaturu yay aylarında belə 12 dərəcədən yuxarıya qalxmır. O üzdən ətrafda dayanan zaman çox xoş sərinlik hiss olunur.
Şəlalədə diqqət çəkən məqamlardan biri də suyun rəngidir. Günəş şüalarının təsiri ilə şəlalənin rəngi bəzən yaşıl, bəzən isə firuzəyi, yaşıl-göy çalarda olur.
Şəlalə yaxınlığında çoxlu kafe və restoranlar fəaliyyət göstərir. Turistlər restoranda yerləşən xüsusi yerlərdə oturaraq şəlaləni asanlıqla seyr edə bilirlər. Restoranlarda müxtəlif balıq yeməkləri, eləcə də ənənəvi türk yaşıl çayı hazırlanır. Forel balığından hazırlanmış yeməklər daha məşhurdur. Ailəvi istirahət üçün ərazidə xüsusi yerlər mövcuddur. Şəlalə ətrafında meşə zolağı və çay bağları var. Kiçik mağazalarda müxtəlif suvenirlər satılır. 2010-cu ildə şəlaləni 1 milyon turist ziyarət etmiş. Əraziyə giriş pulludur. 2013-cü ildə şəlaləyə bir nəfərlik girişin qiyməti 3,5 lirə idi.[4]
Nəqliyyat
Manavqat şəhərindən üzərində "Şelale" yazılan xüsusi avtobuslar fəaliyyət göstərir. Avtobuslar hər 15-20 dəqiqədən hərəkət edir. Avtobusdan başqa taksi ilə və ya piyada şimala doğru hərəkət etməklə şəlaləyə çatmaq olar. Manavqat çayı ilə qayıqla şəlaləyə səfərlər təşkil olunur. Şəlaləni yay aylarında ziyarət etmək daha məqsədə uyğundur. Yaz aylarında Manavqat çayının suyu çox olduğundan şəlalə demək olar ki, görsənmir. Şəlalənin dəqiq kordinatları belədir: 36°48′48.22″ şm. e. 31°27′16.08″ ş. u.[5]
Şəkillər
- 5 lirə üzərində şəlalənin rəsmi (1968—1983)
İstinadlar
- "AmerasianWorld.com's Manavgat, Turkey". Kevin Miller, Jr. 2012-07-02 tarixində orijinalından arxivləşdirilib.
- Central Bank of the Republic of Turkey Arxivləşdirilib 2009-06-15 at the Wayback Machine. Banknote Museum: 6. Emission Group — Five Turkish Lira — I. Series Arxivləşdirilib 2009-04-18 at the Wayback Machine & II. Series Arxivləşdirilib 2009-02-04 at the Wayback Machine. — Retrieved on 20 April 2009.
- "Arxivlənmiş surət". 2022-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-18.
- "Arxivlənmiş surət". 2012-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-18.