Manaslu

Manaslu (və ya Kutang) — Himalayda dağ. Əsas zirvəsi Manaslu (8156 m) — dünyanın ən hündür səkkizinci zirvəsi[2]. Manaslu Manaslu-Himal (Mansiri-Himal kimi də adlandırırlar) dağ massivinə aiddir. Zirvə Nepalın mərkəzində, Çin sərhəddinin yaxınlığında yerləşir.

Manaslu
nep. मनास्लु
Manaslu gün doğarkən. Əsas zirvə - solda
Manaslu gün doğarkən. Əsas zirvə - solda
Ümumi məlumatlar
Dağ sistemi Himalay
Dağ silsiləsi Manaslu
Mütləq hündürlüyü 8156[1]
Nisbi hündürlüyü 3092 m
İlk fəthi 9 may 1956-cı il, (Tosio İmanisiGyalzen Norbu.)
Yerləşməsi
28°33′00″ şm. e. 84°33′35″ ş. u.
Ölkə  Nepal
Manaslu xəritədə
Manaslu
Manaslu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafiyası

Manaslu üç zirvədən ibarətdir[3]:

Zirvə Hündürlük,

m

Koordinat
Manaslu 8156 28°33′00″ şm. e. 84°33′35″ ş. u.
Şərqi Manaslu 7992 28°33′ şm. e. 84°34′ ş. u.
Şimali Manaslu 6994 28°35′ şm. e. 84°33′ ş. u.

Etimologiyası

Sanskrit dilində Manaslu «Ruhlar dağ»ı mənası verir. Manasa — ruh, qəlb deməkdir.

Fəth olunma tarixi

Hal-hazırda (2015) Manaslu zirvəsinə 10 fərqli marşrut mövcuddur.[4]

1950-cı ildə Tilman dağın şimal-şərq yamacı boyu tədqiqat işləri aparmış və mümükün dırmanma yolunu göstərmişdir. 1952-ci ildə yaponlar zirvənin 5275 metr hündürlüyünə yetişmiş. Daha sonra növbəti yapononlardan təşkil olunmuş 15 alpinist və onlardan üçü 7750 metrlik hüdürlüyə qalxa bilmişlər. 1956-cı il də ilk dəfə olaraq yapon Tosio İmanisi və şerp Gyalzen Norbu Manaslu zirvəsini fəth etdilər.

1971-ci ilin 4 mayında koreyalı Kim Xo-Supa dırmanış zamanı həlak oldu. 1972-ci ildə isə 16 nəfərlik koreya ekspedisiyası (10 nəfər şerp və 1 yapon) qar uçqunu nəticəsində həlak oldular. 1984-cü ilin 12 yanvarında ilk dəfə olaraq polşalı alpinistlər Rışard Qaevski və Maçey Berbeka zirvəni qış ayında fəth etdilər.

1993-cü ildə Kamçatkadan olan rus alpinistlər: İqor Ximilyar ( 7300 m) və Sergey Yadrışnikov (6500 m) hündürlükdə həlak oldular. 2006-cı ildə avstraliyalı alpinist Syu Fia zirvədən enərkən yarağana düşərək həlak oldu. 2012-ci ilin 23 sentyabrında Manaslu yamaclarında meydana gələn qar uçqunu 12 alpinistin həyatına son qoydu. Nepal Alpinizm Cəmiyyətinin verdiyi məlumata görə həlak olanlardan 9 nəfərin cəsədi tapılmış, 3 nəfər isə itkin düşmüş elan edilmiş.[5]

2014-cü ilin sentyabrında polşalı alpinist Andjey Barqel rekord nəticə göstərmiş. O baza düşərgədən (4800 m) zirvəyə (8156 m) standart marşrutla 14 saat 5 dəqiqəyə yetişmiş. Zirvədən enərkən o növbəti rekordu həyata keçirmiş: 21 saat 14 dəqiqə[6].

2015-ci ilin 1 oktyabrnda 18 yaşlı yapon alpinist qadın Marin Minimaya zirvəyə dırmanaraq səkkizminliklərdə olan ən gənc qadın kimi tarixə düşdü. Marin 21 yaşlı ingilis Bonitı Norrisin nəticəsini dəyişdi[7]. 2017-ci ilin 28 sentyabrında Vitali Lazo və Anton Puqovkin oksigensiz dırmanmanı həyata keçirdilər və zirvədən enərkən dağ xizəyindən istifadə etdilər.

2008-ci ilin məlumatına görə Manasluda alpinistlərin ölüm əmsalı 17,8 %-dir[8].

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.