Manas

Manasqırğız dastanı.

Ümumi məlumat

Həcm etibarilə "Manas" dünya folklorunun ən böyük əsəridir. Türk dünyasının şah əsərlərindən olan bu dastan bütün türk xalqları tərəfindən sevə-sevə oxunulur.

Qırğızların “Manas” dastanı dünya xalqlarının şifahi ədəbiyyatının möhtəşəm zirvələrindən biridir. Vətənin azadlığını, müstəqilliyini hər şeydən uca tutan, müqəddəs ata yurdunu yadellilərin işğalından qorumaq üçün xalqı mübarizəyə çağıran, türk xalqlarının həyat və məişətini, adət-ənənələrini, torpaq sevgisini özündə yaşadan “Manas” dastanı əsrdən-əsrə, nəsildən-nəslə keçərək bu günümüzə gəlib çatmışdır.

"Manas"ın kökləri qədim əsrlərə gedib çıxır. Bununla belə 1995-ci ildə dastanın YUNESKO-nun qərarı ilə 1000 illiyinin qeyd olunması səbəbindən onu X əsrə aid edirlər. "Manas" Qırğızıstanda bu gün də genişlənməkdədir. Çağdaş manasçılar ona yeni-yeni motivlər və çalarlar əlavə edirlər. Eposun manasçılar tərəfindən söylənilmiş 18-dən çox variantı qeydə alınmışdır. Yaranma tarixi hələlik dəqiqləşdirilməmişdir.[1]

İstinadlar

  1. Heydər Əliyev. Müstəqilliyimiz əbədidir: (Çoxcildliyin I-IX cildlərinin köməkçi aparatı).- Bakı, 2008.- 339 səh.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.