Manaf Zərnəvai

Manaf ZərnəvaiŞəki xanlığının Şirvan naibi, Hacı Məhəmmədəli xanın oğlu.

Manaf Zərnəvai
1768 1769
ƏvvəlkiMəhəmmədsəid xan
SonrakıƏsgər xan Xançobanlı
Şəxsi məlumatlar
Vəfat tarixi
Atası Hacı Məhəmmədəli xan

Həyatı

1761-ci ildə Hacı Məhəmmədəli xanın devrilməsindən sonra Şəki xanlığına qaçmışdı. Nəhayət 1768-ci ildə Şəki-Quba qoşunlarının Şirvanı işğalından sonra Manaf bəy Məhəmmədhüseyn xanın Şirvan naibi təyin olundu.[1] Hakimiyyəti altında Yeni Şamaxı, Sərdərin mahalıHəsən mahalı vardı. Çox keçmədən 1768-ci ilin avqustunda Quba xanlığına qarşı danışıqlara başlayan Manaf bəy və Məhəmmədhüseyn xanın danışıqlarına əsasən Manaf bəy Köhnə Şamaxını ələ keçirərək bütöv Şirvanın xanı olacaq, göstərdiyi hərbi dəstək müqabilində Şəki xanlığına vergi ödəyəcəkdi. Lakin plandan xəbər tutan Fətəli xan tərəfindən məğlubiyyətə uğradılaraq Dərbəndə sürgün edilir.[2] 1769-cu ilin iyulunda isə Yeni Şamaxı dağıdıldı.

1789-cu ildə Fətəli xanın ölümündən sonra Məhəmmədhəsən xan Şirvana hücuma keçərək Manaf bəyi hakimiyyətə qaytarmağa çalışdı. Lakin Manaf bəyin hakimiyyəti cəmi yarım ay çəkdi. Həmin il Əsgər xanın orduları tərəfindən ələ keçirilərək öldürüldü.

İstinadlar

  1. Hüsü Abdullayev, Azərbaycan XVIII əsrdə və onun Rusiya ilə əlaqələri. Bakı, Azərbaycan Elmlər Akademiyasının Nəşriyyatı. 1965, səh. 217
  2. Nailə Bayramova (2009), Şamaxı xanlığı, səh. 49
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.