Manaf Dadaşov
Manaf Məcid oğlu Dadaşov (21 noyabr 1981, Bakı) — azərbaycanlı aktyor.
Manaf Dadaşov | |
---|---|
Manaf Məcid oğlu Dadaşov | |
Doğum tarixi | 21 noyabr 1981 (42 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı | |
Atası | Məcid Dadaşov[d] |
Fəaliyyəti | aktyor |
Təhsili |
Həyatı
Manaf Dadaşov 21 noyabr 1981-ci ildə Bakıda anadan olmuşdur. 2002—2006-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Kütləvi tədbirlər və tamaşalar rejissorluğu" ixtisası üzrə təhsil almışdır. 1 oktyabr 2002-ci ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyordur. Teatrdakı ilk rolu rejissor Nicat Kazımovun quruluşunda Ərəb xalq nağılı olan "Ələddinin sehirli çırağı" tamaşasında carçıı obrazı olub.
Türkiyə, Rusiya, Tatarıstanda qastrol səfərlərində olmuşdur. Bir neçə bədii filmlərdə və teleseriallarda çəkilmişdir.
- Aktyor Məcid Dadaşovun oğludur.
Əsas rolları
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı
- Ələddinin sehrli çırağı (ərəb xalq nağılı) — carçı
- Xeyir və Şər (N.Gəncəvi) — şah
- Ana qaz (R.Rza) — qonşu
- Qaraca qız (S.S.Axundov, A.Şaiq) — qaraçı; Oruc
- Ağ dəvə (Elçin) — 2-ci NKVD işçisi
- Hacı Qara (M.F.Axundov) — Əsgər bəy
- Ezop (Q.Fiqeyredo) — həbəş
- Cənnətin üç alması (N.Kazımov) — Şirməmməd
- İki tonqal (A.Həsənoğlu) — Tərlan
- Güc birlikdədir (R.Tohidoğlu) — Nazim; vəzir
- Pəri Cadu (Ə.Haqverdiyev) — çoban
- Şeyx Sənan (H.Cavid) — dəliqanlı
- Şelkunçik (E.T.A.Hofman) — ata
- Oliver Tvistin macəraları (Ç.Dikkens) — polis
- Mən səni sevirəm (M.S.S) — Marlen
- Romeo və Cülyetta (U.Şekspir) — Merkusio
- Qoca kloun (M.Vişnek) — Manaf
- Şahzadə Xəzrin nağılı (K.Ağabalayev, N.Kazımov) — Basat
- Buratinonun macəraları (A.Tolstoy) — Duremar
- Konnemarada bir kəllə (M.Makdonax) — Martin Hənlon
YUĞ teatrı
- Günlərin bir günündə (İbrahim İbrahimli)
Akademik Milli Dram Teatrı
- Kölgə (Y.Şvarts) — maliyyə naziri
Filmoqrafiya
- Yol yoldaşları (film, 2003)
- Əlvida, cənub şəhəri (film, 2006)
- Hökmdarın taleyi (film, 2008)
- Üfüqü ötənlər (film, 2011)
- Sirr (serial, 2012)
- Həkimlər
- Bir ovuc torpaq (teleserial,2013)
- Bir ailəm var ( teleserial, 2013)
- Məriz (film, 2015)
- Xüsusi təyinatlı İbad (film, 2016)
- Sən olmasaydın ( teleserial, 2016)
- Nar bağı (film, 2017)
- İkinci güllə (film, 2017)
- Ümidlər puç olanda ( film,2018)
- Könül yarası ( teleserial, 2018)
- Son iclas (film, 2018)
- Dalan (film, 2019)
- Qarabağ. Birinci film “Bir topa adam” ( film, 2021)
- S.Ə.S. “Cındır adamlar” ( 2-ci bölüm) (serial, 2021)
- Əqrəb mövsümü (teleserial, 2022)
İstinadlar
Xarici keçidlər
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.