Mənəşli

Mənəşli (əvvəlki adı: Manaşid) — Azərbaycan Respublikasının Goranboy rayonunun Mənəşli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Goranboy rayonunun Manaşid kəndi Mənəşli kəndi adlandırılmışdır.[1]

Mənəşli
40°26′35″ şm. e. 46°26′51″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.341 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 244 nəf. (2009)
Mənəşli xəritədə
Mənəşli
Mənəşli

Toponimikası

Mənəşli kəndi dağətəyiə ərazidədir. XIX əsrdə Çar Rusiyası Azərbaycanı işğal etdikdən sonra burada Türkiyənin Qars vilayətindənGürcüstandan gəlmə ermənilər yerləşdirilmiş və kənd bir müddət Manaşid adlandırılmışdır. 1992-ci ildən Mənəşli kimi rəsmiləşdirilmişdir. Mənəş türk dillərində "gözal surət, görünüş, mənzərə" deməkdir. Oykonim "mənzərəli", "gözəl görünüşlü" mənasındadır.[2]

Əhalisi

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 244 nəfər əhali yaşayır.[3]

İstinadlar

  1. "Azərbaycan Respublikasının bəzi yaşayış məntəqələrinin tarixi adlarının bərpası və dəqiqləşdirilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı". 2022-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-10.
  2. Mənəşli // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. səh. 427. ISBN 978-9952-34-156-0.
  3. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. səh.629

Xarici keçidlər

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.