Man In The Mirror
Man In The Mirror – Qlen Ballard və Siedah Garrett tərəfindən yazılmış və Maykl Cekson tərəfindən ifa olunmuş mahnıdır. Ceksonun ifasına Kuinsi Cons və Cekson özü prodüserlik etmişdir. 1988-ci ilin yanvarında Ceksonun yeddinci solo albomu olan “Bad”dan dördüncü sinql kimi satışa çıxarılan mahnı qısa zamanda ABŞ hit-paradlarında birinciliyə yüksəlmişdir. Ceksonun ən ciddi işlərindən biri kimi dəyərləndirilən mahnı, İlin Ən Yaxşı Səsyazması kateqoriyasında Qremmi mükafatına namizəd göstərilmişdir.
Man in the Mirror | ||||
---|---|---|---|---|
Maykl Cekson tərəfindən Bad albomunda ifa olunmuş sinql | ||||
Yayımlanma tarixi | 1988, 9 yanvar | |||
Format | sinql | |||
Janr | Pop, Soul | |||
Dil | ingilis dili | |||
Müddət | 5:20 | |||
Prodüser | Maykl Cekson və Quincy Jones | |||
Bəstəkar | Siedah Garrett | |||
Sözlərin müəllifi | Glen Ballard | |||
Studiya | Epic Records | |||
Maykl Cekson sinqllarının xronologiyası | ||||
|
||||
Audio nümunəsi | ||||
|
Mahnı iki həftə “Billboard Hot 100” hit-paradına rəhbərlik etmişdir. 1988-ci ildə “UK Singles Chart”da 21-ci yerdə qərarlaşan mahnı, 2009-cu ildə Maykl Ceksonun ölümündən sonra həmin hit paradda 11–ci yerə kimi yüksəlmişdir.[1] ABŞ və BK-da 1.3 milyon nüsxədən çox onlayn satış uğuru əldə edən[2] mahnı iTunes yükləmələrində də birinci yerə yüksəlmişdir.[3]
Kompozisiya
“Man in the Mirror” Qlen Ballard və Siedah Garrett tərəfindən bəstələnmişdir. Cekson mahnıya Garret, The Winans və Andre Krauç Xorunun fon ifasını əlavə etmişdir ki, bu da mahnıya xarakterik səslənmə vermişdir. Bu mahnı Ceksonun ən sevimli mahnılarından biri olmuşdur.[4] Mahnını qospel xoru ilə aranjiman edən Cekson sonradan "Will You Be There" mahnısında da bu üsuldan istifadə etmişdir. Siedah Garrett 1987-ci ilin yayında Ceksonla birlikdə həm də "I Just Can't Stop Loving You" mahnısını ifa etmişdi. Mahnı G Major açarında və 100bpm tempoda ifa edilir. Vokall diapazonu Ab3-C6-dır.[5]
Tənqidçilərin mövqeyi
Allmusic redaktoru Stefan Tomas Erlyuin qeyd edir ki, bu mahnı Mayklın ən zəif tərəflərini göstərir və onu albomda təqdim edir.[6] Mahnını şərh edən Ed Hoqan isə “incə” sözündən istifadə edir.[7] Robert Kristqau yazır: “O, oğurluğa, sürətin artırılmasına və güzgüdəki insanı dəyişərək dünyanın harmonikliyini dəyişən seksə qarşı çıxır.”[8] “The New York Times”dan Con Pareles qeyd edir ki, bu mahnı “qospel xüsusiyyətlərinə” malikdir.[9] “Rolling Stone”dan Davit Sigerson bildirir ki, “Man in the Mirror” Ceksonun ifaları arasında ən yaxşılarından biridir və davam edir: “Man in the Mirror” mahnısını Cekson özü yazmasa da, o, bir addım geri çəkilərək peyğəmbər kimi nəsihət edir: “Mən güzgüdəki adamdan başlayıram/Mən ondan yolunu dəyişməsini xahiş edirəm/Və heç bir mesaj bu qədər aydın deyil/Əgər sən dünyanı daha yaxşı yerə çevirmək istəyirsənsə/Əvvəlcə özünə bax, sonra isə dəyişiklik et.” [10]
Musiqi videosu
Mahnının musiqi videosu Ceksonun digər musiqi videolarından fərqlidir, çünki burada Ceksonun özü görünmür (yalnız videonun sonunda kütlənin içində durmuş qırmızı gödəkcəli insan Cekson olduğu güman edilir). Videoda Krossroad əməliyyatı, Vaşinqtona yürüş, Con və Robert Kennedilərə qarşı sui-qəsd, Vyetnam müharibəsi, Kent Universitetində silahlı basqın, Amerikan girovların İrandan qaçırılması, Solidarnost birliyinin qurulması və böyüməsi, Efiopiyada aclıq, ABŞ-də evsizlik problemi, Live Aid, Villi Nelsonun iştirakı ilə Farm Aid, Cessika MakKların xilas edilməsi, Kemp-Devid müqaviləsi (Ənvər Sadat, Menaxem Begin və Cimmi Karterin iştirakı ilə), Orta və yaxın mənzilli raketlərin likvidasiyası haqqında danışıqlar (Mixail Qorbaçov və Ronald Reyqanın iştirakı ilə), həmçinin, Martin Lüter Kinq, Lex Valensa, Tereza Ana, Desmond Tutu, Mahatma Qandi, Roza Parks, Nelson Mandela, Piter Villem Bota, Müəmmər əl-Qəzzafi, Ku Kluks Klan və Adolf Hitlerin iştirakı ilə baş vermiş digər hadisələr kimi XX əsrin mühüm tarixi hadisələrinin videomontajları yer alır.[11]
Mahnının PCM Stereo musiqi videosu versiyası “Number Ones”, “Michael Jackson's Vision”, Target versiyası və 1989-cu ildə çıxarılmış VHS versiyası isə “Bad 25” DVD albomlarına daxil edilmişdir.
Ceksonun “Bad Dünya Turu” zamanı baş tutmuş konsertlərdə yazılmış canlı audio və video görüntülər Ceksonun “Moonwalker” filminin açılışında istifadə olunmuşdur.
Hit-parad göstəriciləri
"Man In The Mirror" Ceksonun “Bad” albomundan olan dördüncü sinql idi ki, ABŞ-də birinci yerə yüksəlirdi. 6 fevral 1988-ci ildə sinql “Billboard Hot 100” hit-paradında 48-ci yerdə debüt edir, səkkiz həftə sonra, 26 mart 1988-ci ildə isə birinciliyə yüksəlir və iki həftə mövqeyini qoruyur. 1988-ci ildə BK-da sinql 21-ci yerə yüksəlir. Lakin Ceksonun ölümündən sonra, 25 iyun 2009-cu ildə “Man in the Mirror” yenidən, bu dəfə 11-ci yerdə BK hit-paradına daxil olur və 2-ci yerə kimi yüksələrək yalnız Cascadanın "Evacuate the Dancefloor" mahnısından geri qalır. Bu mahnıdan başqa həmin ərəfədə hit-paradın top 40 hissəsində Ceksonun daha 12 mahnısı yer almışdı. Bu mahnı isə ardıcıl olaraq 15 həftə top 100-də qala bilmişdi.
Avstraliyada mahnı 39-cu yerə kimi yüksəlmişdi. Müğənninin ölümündən sonra yenidən hit-parada daxil olan mahnı səkkizinci yerə kimi yüksəlmişdir ki, bu da ilk çıxarıldığı vaxt mahnının əldə etdiyi uğurdan daha böyük uğur idi. Mahnı həm də iTunes yükləmə nəticələrinə görə ABŞ və BK-da birinci yerə yüksəlmişdir.[3]
Charts
|
|
Sələfləri Rik Astlivin "Never Gonna Give You Up" mahnısı |
Billboard Hot 100 number-one single 26 mart, 1988 – 2 aprel, 1988 |
Xələfləri Billi Ouşenin "Get Outta My Dreams, Get Into My Car" mahnısı |
Sələfləri Morris Deyin "Fishnet" mahnısı |
Billboard's Hot R&B/Hip-Hop Songs number-one single 26 mart, 1988 |
Xələfləri Trens Trent D’Arbinin "Wishing Well" mahnısı |
Sələfləri The Black Eyed Peasin "Boom Boom Pow" mahnısı |
UK R&B Chart number-one single 5 iyul, 2009 – 19 iyul, 2009 |
Xələfləri JLSin "Beat Again" mahnısı |
Canlı ifalar
1988-ci ildə Qremmi Mükafatlarının təqdim edilməsi mərasimində Cekson ilk dəfə mahnının genişləndirilmiş canlı versiyasını ifa etmişdi. Həmçinin “Bad” Dünya Türnesinin ikinci mərhələsində konsertlərin sonunda və “Dangerous” Dünya Türnesi zamanı da Cekson mahnını canlı ifa etmişdir. Mahnının canlı versiyaları “Live at Wembley July 16, 1988” və “Live in Bucharest: The Dangerous Tour” konsert videolarında yayımlanmışdır. 16 iyul 1998-ci ildə xeyriyyə məqsədli “Royal Concert Brunei” zamanı Cekson sonuncu dəfə mahnını canlı ifa etmişdir.
Maykl Ceksonla vida mərasimində, tabutun salondan çıxarılması zamanı mahnının instrumental versiyası səsləndirilmişdir; Bu zaman boş və qaranlıq səhnədə yalnız mikrofon işıqlandırılmışdı. Mahnının sədaları altında ibadətin tamamlanmasından sonra səhnədə yalnız işıqlandırılmış mikrofon qalmışdı.[36] Mahnı həm də Ceksonun sonuncu albomu olan “This Is It”ə daxil edilmişdi.
Kompozisiya siyahısı
- 12" və CD
- "Man in the Mirror" (single version) – 5:00
- "Man in the Mirror" (album version) – 5:19
- "Man In The Mirror" (instrumental) – 5:00
- 7"
- Man in the Mirror (single version) - 5:00
- Man in the Mirror (instrumental) - 5:00
- Video sinql
- Man in the Mirror (music video) - 5:00
Ümumi vaxt: 5 dəqiqə 30 saniyə
Kover versiyalar
- 1990: Oklohamalı gitaraçı Tak Andress özünün “Reckless Precision” albomu üçün mahnının akustik instrumental versiyasını yazdırmışdır.[37]
- 2003: Amerikalı musiqi yazarı və ifaçı, həmçinin mahnının da bəstəkarı olan Sedah Garret özünün “Siedah” adlı ikinci albomu üçün mahnının akustik versiyasını ifa etmişdir.[38]
- 2011: Garrett Mərakeşdə “Mawazine Festivalı” zamanı mahnını ifa etmişdir.[39]
- 2005: mahnı “Rythme Fatal” və “Redd Angel” tərəfindən “Man in the Mirror” albomu üçün ifa edilmişdir.[40]
- 2008: ingilis musiqiçi Ceyms Morrisson mahnını ifa etmişş və bu ifa onun “Songs for You, Truths for Me” adlı ikinci albomunun deluxe versiyasına daxil edilmişdir.
- 2011: Patrik Stamp mahnını akapella şəklində ifa edərək Ceksonun digər mahnıları işə mash-up təqdimat hazırlamışdır.[41]
- 2011: Fox TV-də yayımlanan “Xor” serialının üçüncü mövsümünün “On altıncıya qədər tutun” adlı səkkizinci seriyasında mahnı ifa edilmişdir.[42]
- 2011: Nyu-York akapella qrupu olan “Duwende” mahnını ifa etmişdir.[43]
- 2012: Abraham Lim “Xor Layihəsi” reality-şousunun ikinci mövsümündə mahnını ifa etmişdir.
- 2012: YouTube ulduzların Castin Robinett və Maykl Henri “MHJR Classics Series” layihəsinin tərkib hissəsi kimi mahnını ifa etmişlər.
- 2012: “Almaniyanın Səsi” layihəsinin iştirakçısı və musiqiçi Gil Ofraim mahnının akustik studio versiyasını yazdırmışdır.[44]
İstifadə/remixlər
- 2006: Bruklinli hip-hop musiqiçisi Papoose “The Boyz in the Hood” mixteypinə daxil olan “Gonna Make a Change” mahnınının yazılması zamanı “Man in the Mirror” mahnısından istifadə etmişdir.[45]
- 2008: Çikaqolu repçi Rhymefest mahnıdan “Mark Ronson Presents: Man in the Mirror” adlı mixteypində istifadə etmişdir.[46][47]
Canlı kover versiyalar
1980-ci illər
- 1989: ABŞ müğənnisi Dionna Varvik mahnını “Soul Train” Musiqi Mükafatlarının təqdimatında ifa etmişdir.
2000-ci illər
- 2007: Avstraliya müğənnisi, həmçinin “Australian İdol” yarışmasının beşinci mövsümünün qalibi kimi tanınan Natali Gauci mahnını şou zamanı ifa etmişdir.[48]
- 2008: Mahnı “The X Factor” yarışmasının beşinci mövsümündə iştirakçı Diana Vikers tərəfindən ifa edilmiş[49] və bundan sonra yenidən hit-parada daxil olmuşdur.
- 2009: İştirakçı Danil Conson həmin yarışmanın altıncı mövsümündə mahnını ifa etmişdir.[50]
- 2009: “American İdol” yarışmasının səkkizinci mövsümünün qalibi Kris Allen yarışmanın yarımfinalında mahnını ifa etmişdir.[51]
- 2009: Ceksonun ölümündən sonra irland rok qrupu U2 özlərinin “360 World tour” çərçivəsində "Angel of Harlem" mahnısının sonunda “Man in the Mirror” mahnısını ifa etmişdir.[52]
- 2009: ABŞ rok qrupu “The Fray” mahnının xorundan iki dəfə - 25 iyunda Ceksonun ölən günü “Nevər Say Never” mahnısında və bir ay sonra “Look After You” mahnısında istifadə etmişdir.[53]
- 2009: 2009 Nobel Sülh Mükafatı Konsertinin finalında mahnı müxtəlif ifaçılar tərəfindən səsləndirilmişdir. İfaçılar arasında Vayklef Jan, Tobi Keyt və “Westlife” qrupu da olmuşdur.[54]
- 2009: İsveç müğənnisi Eddi Razaz mahnını İsveçrənin “Idol” yarışmasında ifa etmiş[55] və bu ifa “Swedish Idol Compilation 2009” albomuna daxil edilmişdir.
- 2009: ingilis müğənnisi və mahnı müəllifi Emi Studt mahnını 2009-cu il akustik turu çərçivəsində ifa etmişdir.[56]
- 2009: Çin mənşəli ABŞ müğənnisi Lihom Vanq özünün “Music-Man” turnesi çərçivəsində Pekinin İşçilər Stadionunda baş tutmuş konsert zamanı, 22 avqustda mahnını ifa etmiş, həmin gün CD sinql şəklində mahnı pulsuz şəkildə dinləyicilərə təqdim edilmişdir.[57]
- 2009: italyan müğənnisi Marko Menqoni İtaliya X Factor yarışmasının üçünücü mövsümü zamanı birinci canlı efirdə mahnını ifa etmişdir. Mahnı sonradan studiyada yazılmış və müğənninin “Dove si vola” adlı debüt albomuna daxil edilmişdir.[58]
- 2009: ABŞ rok qrupu The All-American Rejects “Kidd Kraddick in the Morning show” verilişində mahnının xorunu “Gives Your Hell” mahnısı ilə ifa etmişdir.[59]
2010-cu illər
- 2010: ABŞ R&B müğənnisi Vitni Hyuston “I Look to You” turnesi çərçivəsində Moskvanın Olimpiyski stadionunda baş tutan konsert zamanı mahnını ifa etmişdir.[60]
- 2010: Ceksonun ölümündən sonra, The Liaison pop-rok qrupu bir neçə konsertində mahnını ifa etmişdir.[61]
- 2010: ABŞ pop müğənnisi Kris Braun 2010-cu il BET Mükafatlarının təqdim edilməsi mərasimində Maykl Ceksona həsr edilmiş çıxışı zamanı mahnını ifa etmişdir. Lakin səhnədə onu ağlamaq tutduğundan ifasını tamamlaya bilməmişdir.[62]
- 2010: “American idol” yarışmasının IX mövsümündə yarışmaçı Cermeyn Sellers mahnını Hollivud həftəsində ifa etmişdir.
- 2011: Kanada müğənnisi Selin Dion Las Veqasda baş tutmuş “Celine” adlı şousunda mahnını ifa etmişdir.[63]
- 2011: “American İdol” yarışmasının X mövsümündə iştirakçı Ceykob Lusk “Roknroll Şərəf Xiyabanı” həftəsində mahnını bəstəkar Siedah Garretlə birgə ifa etmişdir.[64]
- 2011: “Səs” şousunun finalında “Maaron 5” qrupunun vokalçı və gitaristi Adam Levin və müğənni Xavier Kolon mahnını ifa etmişlər.[65]
- 2011: “The X Factor (USA)” şousunun birinci mövsümündə iştirakçı Melani Amaro mahnını “Filmlərdən musiqilər” həftəsində ifa etmişdir.
- 2012: Keke Palmer and The Cast of Joyful Noise The Movie & The Joyful Noise film musiqisi.
- 2012: Kye Sons mahnını “The X Factor” yarışmasının ilk həftəsində “Qəhrəmanlar” mövzusu çərçivəsində ifa etmişdir.
- 2013: “X Factor İndoneziya” yarışmasının birinci mövsümündə ifaçı Nu Dimenşn mahnını ifa etmişdir.
- 2013: Snoop, Cordin Sparks, Ceyson Derulo, Siedah Garret “Power of Love Gala: Quincy Jones and Sir Michael Caine's 80th Birthdays” şousu zamanı mahnını ifa etmişlər.
Personal
- Sözləri və musiqisi – Qlen Ballard və Siedah Garret
- Prodüser – Kuinsi Cons
- İkinci prodüser – Maykl Cekson
- Solo və fon vokallar – Maykl Cekson (Siedah Garrett, The Winans və Andre Krauç Xorunun iştirakı ilə)
- Çəpik – Olli E. Braun
- Gitara – Denn Haff
- Fortepiano – Qreq Fillincens
- Sintezatorlar – Qlen Ballard, Rendi Kerber
- Ritm aranjemanı – Qlen Ballard, Kuinsi Cons
- Sintezator aranjemanı - Qlen Ballard, Kuinsi Cons, Cerri Hey
- Vokal Aranjeman - Andre Krauç
İstinadlar
- "Michael Jackson tops album chart". BBC News. News.bbc.co.uk. June 29, 2009. May 12, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2014.
- Paul Grein. "Chart Watch Extra: Songs From The Last Century". Chart Watch. Nielsen Business Media. Yahoo! Music. September 23, 2010. October 5, 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2014.
- "Michael Jackson's music tops charts". CNN. Edition.cnn.com. July 1, 2009. 2012-08-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2014.
- Siedah Garrett on writing a song for Michael Jackson. YouTube. 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2014.
- "Michael Jackson: Man In The Mirror Sheet Music". Sheetmusicdirect.com. Aerostation Corporation. 2021-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2014.
- Stephen Thomas Erlewine. "Bad review at Allmusic". Allmusic. Rovi Corporation. 2017-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2014.
- Ed Hogan. "Man in the Mirror review at Allmusic". Allmusic. Rovi Corporation. 2021-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2014.
- Robert Christgau. "Michael Jackson". Robertchristgau.com. 2015-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2014.
- Jon Pareles. "POP: MICHAEL JACKSON'S 'BAD,' FOLLOW-UP TO A BLOCKBUSTER". The New York Times. August 31, 1987. October 12, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2014.
- Davitt Sigerson. "Michael Jackson – Bad". Rolling Stone. Jann S. Wenner. October 22, 1987. January 12, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2014.
- ""Man In The Mirror" short film (with photos and video)". Leaf & Letters (Japanese). 2012-03-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2014.
- bulion. "Forum - ARIA Charts: Special Occasion Charts - CHART POSITIONS PRE 1989, part 2". ARIA. Australian-charts.com. 2013-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2014.
- Michael Jackson — Man In The Mirror Austriancharts.at (alm.). Ö3 Austria Top 40. Hung Medien. Yoxlanılıb 20 sentyabr 2014.
- Ultratop.be — Michael Jackson — Man In The Mirror (nid.). Ultratop 50. ULTRATOP & Hung Medien / hitparade.ch. Yoxlanılıb 20 sentyabr 2014.
- "Man In The Mirror - MICHAEL JACKSON". VRT (Dutch). Top30-2.radio2.be. 2012-04-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2014.
- "Adult Contemporary - Volume 48, No. 1, April 23, 1988". Library and Archives Canada. December 3, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2014.
- "Top Singles - Volume 47, No. 25, April 09 1988". Library and Archives Canada. 2015-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2014.
- [http://musicline.de/de/chartverfolgung_summary/title/Michael+Jackson /Man+In+The+Mirror /single Musicline.de — Chartverfolgung — Michael Jackson — Man In The Mirror] (alm.). Media Control Charts. PhonoNet GmbH. YoxlanılıbJuly 31, 2013.
- "The Irish Charts - All there is to know". IRMA. 2018-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2014. Only results when searching "Man in the mirror"
- "Indice per Interprete: J". HitParadeItalia (Italian). Creative Commons. October 25, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 31, 2013.
- Nederlandse Top 40 - Michael Jackson - Man In The Mirror search results (nid.). Stichting Nederlandse Top 40. Yoxlanılıb 20 sentyabr 2014.
- Dutchcharts.nl — Michael Jackson — Man In The Mirror (nid.). Mega Single Top 100. Hung Medien / hitparade.ch. Yoxlanılıb 20 sentyabr 2014.
- Charts.org.nz — Michael Jackson — Man In The Mirror. Top 40 Singles. Hung Medien. Yoxlanılıb 20 sentyabr 2014.
- "MAN IN THE MIRROR - Michael Jackson". Nowe Media, Polskie Radio S.A. LP3.polskieradio.pl. 2014-08-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2014.
- "Michael Jackson". Official Charts Company. 2016-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2014.
- "Bad awards at Allmusic". Allmusic. Rovi Corporation. 2012-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2014.
- Australian-charts.com — Michael Jackson — Man In The Mirror. ARIA Top 50 Singles. Hung Medien. Yoxlanılıb 20 sentyabr 2014.
- "50 Back Catalogue Singles – 20 February 2010". Ultratop 50. Hung Medien. 17 May 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2014.
- Danishcharts.com — Michael Jackson — Man In The Mirror. Tracklisten. Hung Medien. Yoxlanılıb 20 sentyabr 2014.
- "Michael Jackson - Chart History". Billboard. 2018-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2014.
- "Japan Singles Chart". Achart.us. İstifadə tarixi: 20 sentyabr 2014.
- Norwegiancharts.com — Michael Jackson — Man In The Mirror. VG-lista. Hung Medien. Yoxlanılıb 20 sentyabr 2014.
- Spanishcharts.com — Michael Jackson — Man In The Mirror Canciones Top 50. Hung Medien. Yoxlanılıb 20 sentyabr 2014.
- Swedishcharts.com — Michael Jackson — Man In The Mirror. Singles Top 60. Hung Medien. Yoxlanılıb 20 sentyabr 2014.
- Michael Jackson — Man In The Mirror swisscharts.com. Swiss Singles Chart. Hung Medien. Yoxlanılıb 20 sentyabr 2014.
- Michael Jackson Memorial Final Closing Prayer by Pastor Lucious Smith "Man in the Mirror" (Youtube video). CNN. YouTube. July 7, 2009. March 27, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2014. Note: The poster of the video added the segment of the song at the end of the video after the prayer.
- "Tuck Andress – Reckless Precision (CD) at Discogs". Discogs. 2021-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2014.
- "Siedah Garrett's Man in the Mirror cover of Michael Jackson's Man in the Mirror". WhoSampled.com. 2013-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2014.
- Gary. "Siedah Garrett Performs her MJ Penned Classic "Man in The Mirror"". Singersroom Gossip. Blog.singersroom.com. June 1, 2011. June 7, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: July 31, 2013.
- "Rythme Fatal feat. Redd Angel's Man in the Mirror cover of Michael Jackson's Man in the Mirror". WhoSampled.com. 2012-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2014.
- Erica Futterman. "Patrick Stump Pays Tribute to Michael Jackson in Awesome A Cappella Medley". Rolling Stone. Rollingstone.com. 2014-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2014.
- Amanda Hensel. "'GLEE' CAST, 'MAN IN THE MIRROR' – SONG REVIEW". Rolling Stone. Pop Crush. December 5, 2011. September 27, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2014.
- Michael Jackson - Man In The Mirror (A Cappella Cover by Duwende). YouTube. 2022-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2014.
- "Man In the Mirror (From The Voice Of Germany) - Single - Gil Ofarim". iTunes. Apple Inc. 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2014.
- "Papoose's Gonne Make That Change sample of Michael Jackson's Man in the Mirror". WhoSampled.com. 2012-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2014.
- "Man In The Mirror REMIX - MICHAEL JACKSON Ft RHYMEFEST". YouTube. March 27, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 31, 2013.
- DJ Pizzo. "Mark Ronson Presents Rhymefest – "Man In The Mirror" – @@@@ Hiphopsite.com". Hiphopsite.com. February 14, 2008. March 23, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2014. "Ronson teamed up with Chicago super-emcee Rhymefest for Man In The Mirror, a tribute album built upon samples from the King Of Pop himself, Michael Jackson."
- Natalie Gauci - Top 9 - Man in the Mirror. YouTube. March 27, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 19, 2013.
- "Diana Vickers Man in the Mirror X Factor". Metacafe Inc. October 19, 2008. March 4, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2014.
- Catriona Wightman. "Danyl Johnson voted off 'The X Factor'". Digital Spy. Hearst Magazines UK. December 6, 2009. September 24, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2014.
- "Check out my #telly". Telly. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2014.
- Beth Hardie. "U2 sing tribute to Michael Jackson on first date of 360 world tour in Barcelona - video and pics". Mirror. July 1, 2009. June 11, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2014.
- The Fray covers Michael Jackson's "Man In The Mirror". YouTube. İstifadə tarixi: 20 sentyabr 2014.
- "Man in the Mirror - Nobel Peace Prize Concert (Noruega,11.12.09)". Lipstick Alley. DragonByte Technologies Ltd. December 14, 2009. September 6, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2014.
- Eddie Razaz Man in the mirror Idol 2009 Lyrics. YouTube. 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2014.
- Amy Studt - Man In The Mirror (M.J.). YouTube. 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2014.
- "Wang Lee Hom Covers Michael Jackson's Song in Respect". Live Journal. Aiyatheydidnt.livejournal.com. 2013-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2014.
- Laura Gorini. "Marco Mengoni- Dove si vola (SonyMusic), l'ep di debutto della nuova stella della musica italiana". TC&C Srl (Italian). Musicalnews.com. January 7, 2010. October 7, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2014.
- The All-American Rejects - Gives You Hell (Acoustic Live 091609). YouTube. İstifadə tarixi: 20 sentyabr.
- Whitney Houston: Michael Jackson Tribute (MITM + Speech). YouTube. 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2014.
- The Liaison - Man in the Mirror (cover). YouTube. 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2014.
- Brad Wete. "Chris Brown finally gets his Michael Jackson tribute at BET Awards 2010. Amazing? Yes! Appropriate? Hmmm..." Entertainment Weekly. Music-mix.ew.com. June 27, 2010. January 14, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2014.
- "Celine Dion Covers Michael Jackson's "Ben" & "Man In The Mirror" In New Vegas Show". Pop Crunch. SeaWaves Technology. 2014-02-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2014.
- Angeline. "Video: Jacob Lusk Sings "Man in the Mirror" by Michael Jackson on April 6". Wetpaint.com. April 6, 2011. November 8, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2014.
- Amanda Hensel. "Javier Colon and Adam Levine Sing Michael Jackson's 'Man in the Mirror' on 'The Voice'". Pop Crush. June 28, 2011. June 12, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2014.