Mamakan xatun kilsəsi
Mamakan xatun kilsəsi və ya Vaçar kilsəsi — Qafqaz Albaniyasının Vaçar yaşayış məntəqəsində yerləşən tarix-memarlıq abidəsi. XII-XIII əsrlərin tağtavanlı zal kilsələrinin xüsusiyyətlərini daşıyan abidə, Xaçın knyazı Həsən Cəlalın həyat yoldaşı olan Mamakan xatun tərəfindən inşa etdirilmişdir.[1]
Mamakan xatun kilsəsi | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Kəlbəcər |
Yerləşir | Bazarkənd |
Aidiyyatı |
Alban Həvari Kilsəsi Erməni Qriqoryan Kilsəsi |
Sifarişçi | Mamakan xatun |
Tikilmə tarixi | 1251-ci il |
Üslubu | Qafqaz Albaniyasının memarlığı |
|
Tarixi
Kilsə XIII əsrdə, Xaçın knyazı Həsən Cəlalın həyat yoldaşı Mamakan xatunun sifarişi ilə inşa edilmişdir. Kilsənin inşaat kitabəsində deyilir:
Mən, çariça Mamakan, Cəlal Dövlənin həyat yoldaşı, Baqk çarının qızı ruhumu xilas etmək üçün 700-cü ildə (1251) bu kilsəni tikdirdim və Əlincədə torpaq bəxşiş etdim.[2] |
Memarlıq xüsusiyyətləri
Kilsə binası 9.30 metr uzunluğa və 6.15 metr enə malikdir.[1] Kilsənin arxa hissəsində yerləşən kiçik qapıdan gizli kitabxanaya keçid açılır.[1]
Tağtavanlı zala malik olan kilsənin damı bir ədəd dayaq sütunu tərəfindən saxlanılır. Sütun xeyli qabağa çıxan divar dayaqları üzərində ucaldılır və həmin dayaqlar zalı sanki iki hissəyə bölür. Planda yarımdairəvi formaya malik olan altar hissəsinin hündürlüyü apsidadan bir qədər irəli çıxır. Aşağı yarusa aparan iki pilləkan zalın şərq hissəsinin yarısını tutur. Bu xüsusiyyəti ilə Vaçar kilsəsi Ürəkvəng kilsəsini xatırladır.[1]
İstinadlar
- Мамедова, 2004. səh. 109
- Бархударянц, 1895. səh. 163
Ədəbiyyat
- Мамедова, Гюльчохра, Зодчество Кавказской Албании, Баку: Чашыоглу, 2004
- Мкртчян, Ш.М, Историко-Архитектурные Памятники Нагорного Карабаха, Ереван, 1989
- Бархударянц, Макар, Арцах, Баку, 1895