Mamadış rayonu
Mamadış rayonu (tatar. Mamadış rayonı, Мамадыш районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayon respublikanın mərkəzində, Kama və Vyatka çaylarının sahilləri boyunca uzanır. Şimaldan Tatarıstanın Kukmara, şimal-qərbdən Teləçe, qərbdən Balık-Bişməse, cənub-qərbdən Çistopol, cənub və cənub-şərqdən Aşağı Kama, şərqdən Alabuqa rayonları ilə, şimal-şərqdən Udmurtiyanın Kizner rayonu ilə həmsərhəddir. Rayonun inzibati mərkəzi Mamadış şəhəridir.
Mamadış rayonu | |||||
---|---|---|---|---|---|
|
|||||
55°45′ şm. e. 51°08′ ş. u. |
|||||
Ölkə | |||||
İnzibati mərkəz | Mamadış | ||||
Tarixi və coğrafiyası | |||||
Yaradılıb | 10 avqust 1930 | ||||
Sahəsi |
|
||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəsmi sayt | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
Sahəsinə görə Tatarıstan respublikasının ən böyük rayonudur. Sahəsi 2600,7 km²-dir. Hündürlüyü 180–200 m arasında dəyişir.
Tarixi
Rayonun ərazisi 1920-ci ilə qədər Mamadış qəzasına, 1920-1930-cu illərdə Mamadış kantonuna daxil idi.
Rayon 10 avqust 1930-cu ildə təsis edilmişdir.
1 fevral 1963-cü ildə ləğv edilmiş Balık-Bişməse və Təkəneş rayonlarının bir hissəsi Mamadış rayonuna birləşdirildi.
Əhali
- Urbanizasiya
Şəhər şəraitində (Mamadış şəhəri) rayon əhalisinin 37,72% -i yaşayır.
- Milli tərkib
Rayon əhalisi tatarlar (76,3%), ruslar (20,13%), marilər (1,4%) və udmurdlardan (1,3%) ibarətdir[2].
İqtisadiyyat
Dominant sənaye kənd təsərrüfatdır. Rayonun kənd təsərrüfatı çoxşaxəlidir. Buraya taxıl, sənaye bitkiləri istehsalı daxildir. Rayonda buğda, çovdar, qarabaşaq, arpa, noxud və digər bitkilər becərilir. Bölgənin kənd təsərrüfatı quruluşuna mühüm töhfə verən "Mamadışaqrohimservis" ASC, "Usaliaqrohimservis" ASC və digər müəssisələri vardır.
Nəqliyyat
M-7 (Volqa) "Moskva - Kazan - Ufa" federal magistral yolu rayon ərazisindən keçir. Vyatkanı Mamadış şəhərinin aşağısından keçən körpü ilə keçir.
Əsas regional yollar: Mamadış - Kukmara - Vyatskiye Polyanı, Mamadış - Nikiforovo, Mamadış (M-7) - Sokolka, Katmış (M-7) - Kamsk meşə kolxozu.
Kama və Vyatka çayı ilə gəmiçilik mümkündür. Mamadış şəhəri və Sokolka, Bersut kəndlərində gəmilərin yan alması üçün priçallar vardır.
Yerli özünü idarəetmə
Mamadış rayonu ərazisinə 1 şəhər və 28 kənd inzibati vahidliyi daxildir. Rayon ərazisinə ümumilikdə 129 yaşayış məntəqəsi daxildir[3].
- İcra hakimiyyəti rəhbərləri
İlnar Fanileviç Hafizov
İlnar Enqeleviç Fəttaxov (2016-cı ildən)
KİV
Rayonda “Nokrat - Vyatka” qəzeti tatar və rus dillərində nəşr olunur.
İstinadlar
- 26. Численность постоянного населения Российской Федерации по муниципальным образованиям на 1 января 2018 года. Rusiya Dövlət Federal Statistika Xidməti.
- "Всероссийская перепись населения 2010 года. Национальный состав населения Республики Татарстан" (PDF). 2012-11-21 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2021-08-29.
- "Закон Республики Татарстан от 31 января 2005 года № 35-ЗРТ «Об установлении границ территорий и статусе муниципального образования "Мамадышский муниципальный район" и муниципальных образований в его составе»". 2018-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-15.